"Neftçi”
klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur
Əşrəfoğlu Premyer
Liqa matçlarından fərqli olaraq, ölkə kubokundakı ev oyunlarının "Lider” TV-yə
deyil, AzTV-yə verilməsinin səbəbini belə izah edib: "Biz bu telekanalın digər
sahələr kimi, idmana da isti münasibətindən, həmçinin apardıqları reportajların
keyfiyyətindən məmnunuq. Ona görə də başda Şirkət rəhbəri Ədalət Əliyev olmaqla,
telekanalın İdman Departamentinin hər bir əməkdaşına minnətdarıq. Ölkə kubokundakı
ev oyunlarımızın yayım hüququnu isə AzTV-yə verməyi qərara aldıq. Bu
seçimimizdə isə şirkət nəzdində "İdman Azərbaycan” telekanalının olması və
oradakı personalın da peşəkarlığını, eləcə də şirkətin rəhbəri Arif Alışanovun
idmana xüsusi diqqət və qayğısını nəzərə aldıq. Ümid edirik ki, bu, AzTV
vasitəsilə yayımlanacaq son kubok matçımız olmayacaq və əməkdaşlığımız daha da
inkişaf edəcək”.
Klub
rəsmisi, həmçinin bildirib ki, "Neftçi”nin mövsümün sonunadək öz meydançasında
keçirəcəyi çempionat oyunlarını isə yenə "Lider” TV göstərəcək.
Qeyd
edək ki, "Neftçi” – "Xəzər Lənkəran” matçı fevralın 3-də saat 18:00-dan
etibarən AzTV ilə canlı yayımlanacaq.
Mənbə:
lent.az
|