www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Dekabr » 19 » Yaddaşlar təzələnsin...
19:49
Yaddaşlar təzələnsin...

Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan futzal tirnirinə qədər gələn yol.   I yazı. (TƏKRAR)

 

Azərbaycanın milli qəhrəmanı şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunan futzal turnirinin Lənkəranda keçiriləcəyi barədə məlumat vermişdik. Hazırda bu turnirlə bağlı təşkilati işlər gedir. Təşkilatçı və layihə rəhbəri Rəşidov Vaqif əvvəllər də bu işlərlə ad çıxarmışdır. Beləki, ""12-ci oyunçu” çempionatı” adı altında keçirilən  "Yay əfsanəsi”  mini futbol turnirinin də layihə rəhbəri məhz o olmuşdu. Həmin tədbirdə "12-ci oyunçu” azarkeş klubu təşkilati işlərdə iştirak etmişdi. Amma bütün çətinliklər yenə layihə rəhbərinin üzərinə düşürdü. Turnirlərin keçirilməsi ondan sonra da davam etdi. Bütün bunlar və digər layihələr  haqqında adıcıllıqla yazılar təqdim edəcəyik.

 

 

"12-ci oyunçu” azarkeş çempionatı. 2009-cu il iyun.

 

"Yay əfsanəsi”

 

Çempionatın keçirilməsini təklif edən Rəşidov Vaqif  artıq hər şeyi hazırlamışdı. Təqvim püşk atmadan sonra təşkil olundu və turnirə gözlənildiyindən daha çox azarkeş qoşuldu. Çətinliklər oldu, amma bu ilk belə tədbir olduğundan hər şey anlaşılan idi. Çempionatın elə oyunları olurdu ki, Lənkəran olimpiya kompleksinin tribunalarına  500-dən çox tamaşaçı toplanırdı. Nəhayət final oyununu izləməyə 1500-azarkeş gəldi. Təhlükəsizliyə təminat verə bilmədiyimizdən final oyununu sabahkı günə keçirdik. "Səma” komandası qalib gəldi. Qalib komandaya çempionluq  kuboku , bombardirə  və ən yaxşı futbolçuya bahalı hədiyyələr təqdim etdik.

Maraqlı odur ki, bu turnirin bütün xərclərini əsasən layihə rəhbəri  Vaqif bəy və "12-ci oyunçu”nun təşkilat komitəsi çəkdi. Beləcə təmənnasız təşkil olunan turnirin keçirilməsində heç bir sponsordan yararlanmadıq.

Çempionatda seçilənlərdən ibarət bir neçə yığma komanda yaratdıq. Onlardan biri "İnter” fanatları ilə görüşdü.

 

"İnter” fan klubu ilə yoldaşlıq görüşü və dostluq münasibətləri. 2009-cu il avqust.

 

2009/2010 mövsümündə "Xəzər Lənkəran”ın ilk oyunu "Bakı” klubuyla olmalı idi. Lakin adı çəkilən klubun avroliqadakı çıxışı təqvimdə məcburi dəyişikliyə səbəb oldu və beləcə Lənkərana "İnter” komandası gəldi.

Vaqif bəyin təklifi ilə "12-ci oyunçu” adlı azarkeş komandası "İnter” fan klubunun komandası ilə yoldaşlıq görüşü keçirdi. Görüş Lənkəran olimpiya kompleksinin mini futbol meydançasında baş tutdu. Yoldaşlıq oyunundan sonra hər iki komandaya xatirə hədiyyələri təqdim etdik. Daha sonra Lənkəranın atributlarından olan çay süfrəsində gedən gözəl söhbətlərdə dostluq və qardaşlığın bünövrəsi qoyuldu.

Beləcə "İnter” fanatları ilə Lənkəranlı azarkeşlərin böyük kütləsi arasında  ilk dostluq münasibətləri yarandı və bu münasibətlər indi də davam edir.

 

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 538 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz