Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə
həsr olunan turnirə qədər gələn yol.
III yazı "Dostluq" turniri. (TƏKRAR)
Lənkəranda
indiyə qədər azarkeşlər arasında keçirilən ən böyük futzal turniri isə yenə Vaqif Rəşidovun
layihəsi əsasında baş tutdu. Bu turnirdə kimləri görmək olmazdı ki…
Sovet dönəmində və müstəqillik illərində Lənkəranın
"Xəzər” komandasında top qovan futbolçulardan tutmuş xarici vətəndaşlara
qədər, bir neçə il əvvəl "Xəzər Lənkəran”ın əvəzedici heyyətində oynamış
futbolçulardan tutmuş gənc həvəskarlara qədər bu turnirdə oynadı və zövq aldı.
Lənkəranda yerləşən Pal-Süd müəsisəsində çalışan Türk vətəndaşları da iştirak
edərək turnirə rəng qatdılar. Azərbaycan çempionatında çıxış "Masallı”
komandasının baş məşqçisi kimi çalışan, uzun müddət "Xəzər Lənkəran”ın
əvəzeidci komandasının baş məşqçisi olan Lənkəranın əfsanəvi futbolçusu Fazil
Əsədovun da turnirdə iştirakı xüsusi qeyd olunmalıdır.
Turnir iki formatda
keçirildi. Hər iki formatın öz komandaları, turnir cədvəli və qalibi
oldu.
Biri "Superliq” digəri isə "Həvəskarlar” adlanan
çempionatın maraqlı və yadda qalan anları oldu. Aşağıda "Retro” adıyla
təqdim olunan siyahıdakı keçmiş
futbolçuları Lənkəranda hamı yaxşı tanıyır:
"Retro"
Fazil Əsədov
Əkbərov Ziyafət
Baxşiyev Hüseynağa
Səmədov Həsənbala
Şərifov Fəxrəddin
Rzayev Elşad
İsmayilov Fərman
Məcidov İbrahim
Əskərov Ağabala
Mircalal Əliyev
Elxan Rzayev
Ağadadaş Həmidov
Turnirin qaliblərinə mükafatlar, bütün iştirakçılarına
xüsusi diplomlar verildi.
Ümumilikdə
isə nominasiyalar bunlar idi.
Nominasiyalar:
Ən yaxşi
qapıçı
Ən yaxşi
oyunçu
Ən yaxşi
məşqçi
Ən sərrast
oyunçu
Ən dəyərli oyunçu
|