www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Fevral » 13 » Yas günü toy edən əndrabadilər.
23:08
Yas günü toy edən əndrabadilər.


Yas günü toy edən əndrabadilər.

Fevral ayının 13 "Neftçi” komandası üçün heçdə xoş deyil. Çünki keçən il "Karvan”la səfər matçından qayıdan "Neftçi”nin iki rəsmisi faciəli avtomobil qəzasında həlak olmuşdular. Bunlar komandanın mətbuat şöbəsinin işçiləri Alim Malikoğlu və Vahıd Həmidov kimi "Neftçi” klubu üçün çox işlər görmüş iki işgüzar və cavan yaşlı mütəxəssislər idi. Allah onlara rəhmət eləsin!

Düz bir il sonra nə qədər qəribə olsa da fevralın 13-ü "Neftçi” komandası həmin günü öz meydanında ən prinsipial rəqibi "Xəzər Lənkəran”a qarşı oynayacaqdı. Bunun üçün Komanda rəhbərliyi bir neçə addım da atmışdı ki, bunlardan biri mərhumların yad olunması üçün oyundan əvvəl "bir dəqiqəlik sükutla yad etmə” mərasimi, daha sonra komandaların oyuna qara sarğı ilə çıxması və nəhayət stadiona girişin biletsiz olması tədbirləri idi. Biz futbolsevərik və bütün bunları ürəkağrısı və anlayışla qarşılayıb bu tədbirlərdə hüznlə iştirak edəcəyik.

Lakin bütün bunlara baxmayaraq bəzi üzdəniraq neftçisevərlər bütün bulnarı yaddançıxarmış kimi, həmin gün rəqibə etik çərçivəyə sığmayan atmacalar atmağa başlayıblar. Onlar bu hüzn məsələsinə heç əhəmiyyət verməyərək, toy əhval-ruhiyyəsində olduqlarını və rəqibə ünvanlanan "Evimizə gəlin gəlir” kimi toy mahnısının başlığı ilə qəzet səhifələrinə yazı çıxarmaqdan belə utanmamışlar.

Adı çəkilən yazının müəllifi isə adı və soyadından məlum olduğu kimi qadındır. Bir az uzağa gedib onu da demək olar ki, məqalənin qadına yaraşmayan çalarları ilə müəllif Afaq Şükürova sanki hamını toya dəvət edir və bu hüzün günündə bunları söyləyirdi:-"Bütün millət toya dəvətlidi. Misli görünməmiş möhtəşəm toy olacaq. Gəlin bəyimizi sevindirin.” Daha sonra bu qadın (Xanım yox) :”-Bu yazılarımla "ağ-qaralar”ın üzündə, gözündə təbəssüm yaratdımsa, buna çox sevinərəm”-deyirdi.

Keçən il sentyabrın 25-də Lənkərandakı oyunu eybəcər şəkildə nişana bənzədən bu xanım, bu gün Bakıda toy olacağından dəm vururdu. Yazısı boyu "Eşşək”, "Qaz” kimi ifadələr işlədən yazı müəllifi özünün əsl simasını göstərmiş olur. Beləliklə yazı müəllifi ad və soyadından göründüyü kimi qadın olsa da xanım olmağın nə olduğunu belə dərk etmir. Çünki yaranışdan insanlar fizionomiyalarına və quruluşlarına görə kişi və qadın olaraq fərqli yaradılmışlar. Bu sadəcə belədir. Amma sonra həyat məktəbi keçərək və ya bəzən Allah tərəfindən əta olunan xanımlıq məsələsi yazı müəllifinə yaddır. Qadın kimi yaradıla bilərsən, amma çox az insana xanımlıq müyəssər ola bilir. Belə hərzə-hədyan danışan qadın xanımlıq anlamının heç həndəvərində də ola bilməz.

Öz dediyi kimi yazısında, "nişan” və "toy” mərasimlərinin elə çalarlarına işarə vurur və utanmadan bunu qəzet səhifələrinə, ictimaiyyətin önünə çıxarır ki, buna nə dərəcədə "üz lazım olduğunun” fərqində deyil. Bununla da səviyyəsini nümayiş etdirmiş olur. Məşhur "O olmasın, bu olsun” filmindən Rüstəm bəyin evindəki qonaqlıq səhnəsini xatırladır.

Əgər iş belədirsə, bu qadına misal çəkdiyi filmdən daha başqa bir epizodu xatırlatmaq lazım gəlir. Məşədi İbad gəlinin üzündəki duvağı qaldırıb baxanda Gülnazın əvəzinə Sərvəri görür. Təslimçilik ərizəsini Sərvərin qorxusundan yazandan sonra, ətrafındakı fırıldaqçılara: -Bir gəlini gətirəndə baxmazlar ki, bu kişidi yoxsa qadın?” Ətrafındakılar:-”Bu nə sözdü Məşədi? Gəlin arvad olar da!” təəccübünə, Məşədi İbad:"Bu kişi çıxdı”-deyə cavab verir. Bununla da Məşədi İbadın Gülnaz sevdası puç olmuş olur... 

Sizin də "Xəzər Lənkəran”ı gəlin görmək sevdanız çoxdan puç olub bunun heç vaxt əsası da olmayıb, gedin özünüzə qulluqçu Sənəmi tapın!  Çünki "Xəzər” - "Ər oğlu ər”dir!

Bir də yazı müəllifinə onu da xatırlatmaq lazımdır ki, sənin "ağ” köynəkli, "qara” qalstuk və "qara” kostyumlu bəyin neçə illərdir müxtəlif müalicələrə "türkəçarələrə” həkimlərin (oxu hakimlərin) müxtəlif müalicələrinə baxmayaraq, bəylik taxtında (oxu turnir cədvəlinin ilk pilləsində oturub çempion olmaq nəzərdə tutulur) otura bilmir ki, bilmir. Bu müalicələr heç biri effekt vermir. Çünki impotentdən bəy olmur. Sizinki qalıb münəccim ümidinə...

 Səlim baba

 

 

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 799 | Yazar: ISLAM |
Всего комментариев: 0



Copyright MyCorp © 2024
Используются технологии uCoz