Ana Səhifə» 2010»Mart»30 » Yaşa, yaşa Azərbaycan...
02:58
Yaşa, yaşa Azərbaycan...
Yaşa yaşa Azərbaycan... və ya Biz Dədə Qorqud dastanındakı kələ yıxan Qazanxanlarıq. “Xəzər Lənkəran” azarkeşləri kimlərinsə tərəfindən idarə olunan insanlar deyillər. Bunu bilmək lazımdır. Çünki bizlər öz düşüncələrimizə uyğun hərəkət edirik. Kimsənin iradəsinə tabe olmaq biz azarkeşlərin mənəviyyatına uyğun gəlmir. Eyni zamanda bizlər nə vəhşi nə də əxlaqsızlar deyilik. Bizim haqqımızda pis düşünənlər öz arşınlarına bir daha nəzər salsınlar. Bu ölkəni parçalamaqdan vaz keçin, bu milləti əyalətli paytaxtlıya bölərək sındırmayın. Əyalətdə olduğumuzu başımıza çırpmayın, bizə rişxənd etməyin. Televiziya vasitəsi ilə deyilən hər bir kəlmə daha çox qıcıq verici olur. Bu mənada Xəzər tv–nin martın 30-da gecə saatlarında efirə gedən futbol saatı verilişində “Neftçi” futbol klubunun mətbuat katibi Elnur Əşrəfoğlu bəzi fikirlər səsləndirdi ki, bunları qəbul etmək bir Azərbaycanlıya yaraşmaz. O səbəbdən də yuxusu ərşə çəkilən bir Azərbaycanlı olmaqla yanaşı Lənkəranlı olaraq və eyni zamanda da “Xəzər Lənkəran” azarkeşi olduğum üçün düşüncələrimi bu vasitə ilə həm fikirlərimi bölüşməliyəm. Biz Dədə Qorqud dastanındakı kələ yıxan Qazanxanlarıq. Azərbaycan torpaqlarını müdafiə edərkən qəhrəmanlıq göstərənlər də bizik. Azərbaycanın ən çox milli qəhrəmanı bizdədir, döyüşlərdə ən çox əsgər şəhid verən də bizik. Biz Lənkəranlılar Qazanaxanlarıq. Xanlıq bizə yaraşır. Bizim gücümüz təkcə qollarımızda deyil, bizim gücümüz vicdanımızdadır, əxlaqımızdadır, mənəviyyatımızdadır, iradəmizdədir. “Neftçi” klubunun rəsmisi mənim həmyerlimə rişxənd məqsədi ilə kələ yıxan Qazanxan deyir, ayıb olsun. Ayıb olsun Elnur Əşrəfoğluya rişxənd etdiyinə görə, ayıb olsun onu bu sözlərdən sonra klubun rəsmçisi kimi qəbul edərək vəzidə saxlayan “Neftçi” klubunun rəhbərliyinə (Əgər onu o vəzifədə saxlasalar). Mənim həmLənkəranlı azarkeş qardaşımın həmin anda nələr hiss etdiyini Elnur kimi savadlı jurnalist anlamırsa,bu bizim jurnalistikanın adına kəmlik gətirir. Biz “Xəzər Lənkəran” azarkeşləri olaraq çılğın azarkeş və futbol biliyinə malik insanlarıq. Bizim gördüyümüz haqsızlıqlar o qədər olub ki... O haqsızlıqlar bizi Qazanxan etməyib, biz zatən beləyik. Amma Həmin o dastanın digər qəhrəmanları da yada düşür hərdən. Elə onun bunun qılıncının altından keçməyə vərdiş edib sonra da onlara xəyanət edən üzdən iraqlar da olub o dastanda. Onlar da yəqin ki, zatən belədirlər. İndi var. Lətifəsi Elnur Əşrəfoğlundan uzaq... Heç kəs inciməsin mən rişxəndlə demədim ki... Mən ümumiyyətlə dastan qəhrəmanlarımızı yada salanda rişxənd etmək mədəniyyətinə hələ ki, Əşrəfoğlu qədər sahib deyiləm. Mən sadə bir azarkeşəm və dediyim fikirləri tam ciddi olaraq bildirdim, savadım yetdiyi qədər. Xahiş edirəm bu yazıya heç kəs şərh verməsin. İmza: Kələ yıxan 14.999-cu Qazanxan.