www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyul » 17 » "Yaşıl-ağ dünyamız” biz səni sevirik!
01:16
"Yaşıl-ağ dünyamız” biz səni sevirik!
"Yaşıl-ağ dünyamız” biz səni sevirik!
*
Ölkənin cənubunda həmişə futbol olub desək heç də yanılmarıq. Bu haqda uzun tarixi araşdırmalar, monoqrafiyalar, ayrı-ayrı canlı şahidlər və nəhayət bu baxımdan böyük tarixi əhəmiyyəti olan H.Cəbrayıloğlunun və S. Məmmədzadənin həmmüəllifləri olduğu "Cənub futbolunun inkişaf tarixi” adlı kitabda əlbəttə, mümkün qədər araşdırmalar aparılmış və böyük faktlar aşkar edilmişdir. Bütün bunlar və hələ çox-çox aşkar edə bilmədiyimiz tarixi məqamlar, həqiqətən də bölgəmizdə uzun zamandan bəri bu idman növünə maraq, bu marağın nəticəsi olaraq futbolun Lənkəranda inkişafı və əhali arasında özünə rəğbət qazanması, artıq əhalinin futbolu sevərək, "azarkeş”ə çevrilməsi prosesində böyük rol oynamış, hətta dünyanın bir çox ölkələri ilə bu baxımdan rəqabət apara biləcəyi bir fakt kimi qəbul olunmalıdır.
*
Bu tarixi məqamlarla, göstərdiyimiz və digər mənbələrdə tanış olmaq mümkündür. Ona görə də biz son dövrlərin futbol həyatımıza bildiyimiz qədər toxunmaq istərdik. Sovet dönəmində SSRİ 2-ci liqasında yarışan Lənkəranın "Xəzər” komandası, o vaxtlar da iddialı komandalardan biri idi. Lənkəran şəhərinin Sütəmurdov yaşayış ərazisində təxminən 15-minlik azarkeş tutumuna malik stadionu olan bu futbol komandası həmişə öz iddialı çıxışı ilə seçilən bir Azərbaycan komandası idi. O vaxtın məşhur futbol isimləri komandaya məşqçilik etmiş, Lənkəran futbol məktəbinin nümayəndələri və SSRİ-nin müxtəlif yerlərindən bacarıqlı futbolçular ( İndiki halda legionerlər adlanır), hətta Sovet futbolunun ulduzları belə komandamızda çıxış etmişdilər.
*
Bütün bunlar Lənkəran futbolunun tarixinin cüzi bir hissəsi olmaqla yadda qalsa da, onun azarkeşlərinin və azarkeş mədəniyyətinin formalaşmasında mühüm bir dövrü əhatə edib. Sonradan Sovet birliyinin siyasi süqutu, bir müddət onun futbol həyatında da özünü göstərdi. 1-ölkə çempionatında yarışan 15-ölkənin komandaları, yenidən hər bir ölkə özünün çempionatlarını təşkil etməyə başladı. O, cümlədən bu proses Azərbaycanda da məcburi reallığa çevrildi. Az sayda komandaların təşkil etdiyi çempionat gah keçirilir, gah da fasilə yaranırdı. AFFA-nın təşkil olunması, onun isə bütün strukturlarının fəaliyyətə başlaması uzun və çətin keçən bir proses olmuşdu ki, bu ayrı bır yazının mövzusudur. Həm də bununla paralel ölkə çempionatının və kubok yarışlarının və s. futbol turnirlərinin keçirilməsi də çox böyük çətinliklər bahasına reallaşırdı.
*
Əslində bu yazını yazmaqda əsasən bir məqsədim var idi ki, yazımın bu yerinə çatdıqda məqsədimin demək olar həyata keçdiyi haqda xəbərlər yayıldı.
*
Yenə öz fikirlərimə davam edəcəyəm: - Nəhayət çətinliklə də olsa, Azərbaycanda da futboldakı bu çətinliklər aradan qalxmağa başladı, futbol tədricən lazım olan istiqaməti götürdü. Köhnədən olan komandalar və məcburi yaradılan gənc komandalar çempionat keçirmə xətrinə də olsa qurulmağa başladı. Əvvəlki AFFA rəhbərliyi bir çox əziyyətli dövr yaşamasına, çox çətinliklə Azərbaycan futbol bayrağının Avropa futbol ölkələrinin bayraqları ilə bir cərgədə dalğalanmasına nail ola bildi. Fuad Musayevin AFFA-ya rəhbərliyi altında, o çətin maliyyə dövründə çox işlər görüldü, yeni əsaslarla "Şəfa” komandası və bir neçə gənc komanda yaradıldı, "Şəfa” stadionu inşa edildi və bir çox köhnə stadionlar təmir işlərinə başladı və s. Bu dövrdə futbolumuza vicdanla qulluq edən hər bir şəxsə, tarix öz səhifələrində şərəfli sətirlər yazmışdır!
*
Azərbaycanda futbolun yeni erası isə 2004-cü ildən başladı desək yanılmarıq. Bu ildən etibarən dövlət səviyyəsində futbola olan xüsusi münasibət onun inkişafına təkan verdi. Ölkədə get-gedə stabilliyin oturuşması bu sahədə də güclü inkişafı xarakterizə etməyə başladı. İmkanlı təşkilatlara, ayrı-ayrı iş adamlarına xüsusi güzəştlərlə futbol klubları təsis etmək təklif olundu. Məhz yeni klub anlayışı formalaşan bu dövrdə bir neçə "Xəzər Lənkəran”, "Karvan” və s. kimi futbol klublarımız yarandı. Bununla da Azərbaycan futboluna yeni rəng, yeni üsul-idarə, yeni rəqabət gəlmiş oldu.
*
Əvvəllər çempionatımızda hegemonluq edən bir-iki komanda artıq bunun mümkün olmayacağını görüb, yenilərlə, yeni dövrlə ayaqlaşmağın vacib olduğunu dərk etdilər.
Bəli, "Xəzər Lənkəran” belə bir dövrdə, mən deyərdim ki, Lənkəran futbolunun əsasları üzərində bərpa olundu. Bunu bir yandan "Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov öz şəxsi kapitalı və əlaqələri hesabına həyata keçirməyə başladısa, digər tərəfdən saysız hesabsız futbolla nəfəs alan insanlar-indiki "Xəzər Lənkəran” azarkeşləri qollarını çırmayıb bu işdə ona hər cür kömək göstərməyə hazır olduqlarını sübut etməyə başladılar. Bəli, "Xəzər Lənkəran” halal kapitalın və böyük sevginin birliyi kimi bərpa olunmağa başladı. Dediyim fikirlər, "Xəzər Lənkəran”haqqında çəkilmiş qısametrajlı filmdə də öz əksini tapmışdır.
Bu filmdə Mübariz Mənsimovun bir çox fikirləri "Xəzər Lənkəran”sevərlərə nə qədər xoşbəxt anlar yaşatmış, ümidlər vəd etmişdi (bunun belə olduğuna artıq indi də demək olar heç kim şübhə etmir). Onun səsləndirdiyi fikirlər belə idi: " Mən bir işə başlamaram, amma başlasam, ondan istədiyimi qoparmayıca əl götürmərəm” və ya ""Xəzər Lənkəran” elə bir əsaslarla qurulmuş bir klubdur ki, bütün klublar qapansa da "Xəzər Lənkəran” qapanmaz”. Bu sözlər, arada müəyyən fasilə yaşamış Lənkəran azarkeşinin futbol yarasına bir məlhəm deyildimi? Deməli, bu sözlərdən çıxan nəticə kimi, Lənkəran azarkeşinin, istəyinə və mənliyinə uyğun, rəqabətə davamlı, həmişəyaşar və müasir dünya futboluna uyğun bir klubu olacaqdı. Onlar bu klubla fəxr edəcək, onunla nəfəs alacaq vədaim onun yanında olacaqdılar. Bütün bunları fikirləşdikcə, mənəviyyatın bəxş etdiyi sevinc göz yaşları yanaqdan süzüldükcə, bu yolda hər cür əziyyət cəkməyə hazır olan bədənin tər damlalarına qarışaraq yarandı – "Xəzər Lənkəran”!
*
Qollar çırmandı, ilk işinə böyük iddialarla başladı - "Xəzər Lənkəran”! Avropa standartlarına uyğun olan işlər görüldü. Böyük və müasir stadion, baza, uşaq futboluna aid yenidənqurma işləri, tibbi-sağlamlıq reabilitasiya mərkəzi, müasir beynəlxalq hava limanı və s. müasir futbola minimum nə lazımsa hamısı Lənkəran şəhərində tikildi, təşkil olundu "Xəzər Lənkəran” üçün, onu canı qədər sevən azarkeşləri üçün.
*
Bu günə qədər ölkəmizdə gümüş medal qazandıq, çempion olduq, iki dəfə ölkə kubokunu qazandıq, biri "qızıl dubl” olmaqla, "Birlik Kuboku”nu qazandıq, həyəcanlı anlar yaşadıq, sevincdən gözlərimiz doldu, daha nələr. Kədərli günlərimiz də oldu, hər bir klubda olduğu kimi. Amma həmişə doğma klubumuzun yanında olduq, onu sevdik, problemlərin aradan qaldırılmasına biz də çalışdıq, necə əsl bir dost kimi. "Xəzər Lənkəran” və azarkeşləri neçə dəfə əsl dostluğun nümunəsini göstərdi zaman-zaman.
*
2009/2010 mövsümünün həm çempionluq və həm də kubokunun son anda əldən verilməsi, eyni zamanda Avropa liqasının uğursuzluğu, çox söz söhbətlərə yol açdı. Ətraf ünsürlər klubumuza uyğun olmayan söhbətlərə rəvac verdi. "Xəzər Lənkəran” böhran keçirir və s. kimi fikirlər ortaya atdı. "Xəzər Lənkəran” azarkeşini ruhdan salmaq istədi. Çempionatdakı rəqiblərimizin əvvəlki dövrlərdən fərqli olaraq, xeyli gücləndiyi bir vaxtda isə "Xəzər Lənkəran” zəifləyir, "Xəzər Lənkəran” maliyyə böhranı keçirir və ş. kimi fikirlər onsuz da qəlbən bağlı olduğu azarkeşini heç zaman klubundan soyuda bilməz! Baş məşqçi istefası, yerinə təyinatın yubanması belə fikirlərə rəvac verdi.
*
Bu yazını yazmaqda məqsədim klub rəhbərliyinə bir müraciətin forması idi. Ətraf gücləndiyi vaxt, əgər imkan var isə biz niyə güclənməyək? Yox əgər imkan yox isə, biz "Xəzər Lənkəran”ın bu heyətlə də var olmasını, yaşamasını istərdik. Təki, "Xəzər Lənkəran” yaşasın, təki bizim qururumuz yaşasın!
*
Mənim bu müraciətim yazılıb qurtarmamış, bayaq dediyim kimi artıq klub rəhbərliyi lazımi məşqçi seçimini edərək, "Xəzər Lənkəran”ın sükanını taleyin ixtiyarına butaxmaq fikrində olmadığını sübut etdi. Burada, çox əvvəllər deyilmiş və bayaq xatırlatdığım cənab fəxri prezidentin dediyi sözlərinin üstündə durduğu bir daha sübuta yetdi.
*
Bəli istedadlı, həm futbolçu kimi və həm də məşqçi kimi Avropada uğurları olan Mircea Rednic (Mirça Rednik) kimi bir məşqçinin "Xəzər Lənkəran”a gəlməsi əlbəttə bizi sevindirir. Onun özünün bələd olduğu futbolçuları komandamıza cəlb etməklə daha güclü bir "Xəzər Lənkəran” quracağı və biz azarkeşləri sevindirəcəyini, növbəti mövsümdə heç kimdən geri qalmamaqla meydanları birlikdə bayrama çevirəcəyimiz günləri səbirsizliklə gözləyirik!
*
Uğurlar sənə -"Xəzər Lənkəran”!, Uğurlar sənə - Mircea Rednic!, Uğurlar sənə - "Xəzər Lənkəran” azarkeşi!
*
Çünki, "Yaşıl-ağ dünyamız” biz səni sevirik!
*
Müəllif: Mirhafiz M. Babayev 15-16 iyul 2010.
Bölmə: |Baxış sayı: 677 | Yazar: 12cioyuncu |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz