Ana Səhifə» 2009»Dekabr»25 » Yeni ildən yeniləşəydik...
20:28
Yeni ildən yeniləşəydik...
Kaş yeni ildən bir az dəyişiləydik,bir az səmimi olaydıq,bir az da sadələşəydik.Azca yaxşılaşaqdıq dostlarımıza qarşı, pisləşəydik düşmənlərə qarşı çoxlu-çoxlu.Beləcə bilinəydi bir millət olmağımız.Kökümüzün saflığını tarixçilərin yalançı əsərləri ilə deyil əməllərimizlə sübut edəydik.Qarabağın bizim olmağını mahnılarda,şerlərdə deyil xəritədə göstərə biləydik.Bir az gömrükxanada, bir az prezident aparatında, bir az da dükan bazarda düzlük olaydı.Bu üzümüzə gələn 2010-cu ildə cürətli olub ehsan edəydik yaxşı əməllərimizi,yuxarıdan aşağıya,aşağıdan yuxarıya.Məhərrəm ayının 9-cu və 10-cu günləri pensiyalar verilir deyə məscidləri buraxıb bankomatlara qaçmayaydıq.Namaz qılırıq deyə “maska”lanmayaydıq,sələmçilik edib məzlum dilənçiləri bizdən qəpik istəyib dilənərkən təhqir etməyəydik. Çox yox heç olmasa bir az axsaqqallarımızın dediklərində ya da cavanlarımızın həyat tərzində məntiq olaydı.Diqqətli olaydı icarədarlar,insaflı olaydı xəzinədarlar.Heç də həmişəlik demirəm cəmi bir il rüşvət verməyəydi polisin həbs etdiyi narkoman gəncin valideyni,müəllimlər dərs keçəydi vicdanla orta məktəbdə bircə dərs ilini.Bircə il həkimlər xəstələrə potensial müştəri kimi baxmayaydı nə olar.Müdafiyə nazirliyinin üzərində satışı qadağandır yazılmış ərzaq və əşyaları satılmayaydı mülki şəxslərə düz bir il. Naxçıvanlıya, Lənkəranlıya bölünməyəydik, rayonlulara “Çuşka” deyən Bakılıların əhatəsində.Bir az kişi olaydıq Çeçenlər kimi,bir az mədəni olaydıq Almanlar kimi olaydıq,olaydıq, olaydıq amma sonda təmiz Azərbaycanlı olaydıq.