www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Fevral » 23 » O təkcə "Neftçi"nin deyil...
14:19
O təkcə "Neftçi"nin deyil...

 

Bu gün Azərbaycanın gəlib-getmiş futbol əfsanələrindən biri, Anatoli Banişevskinin doğum günüdü. Mərhum futbolçunun 65 yaşı tamam olur.

            Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub. O, Azərbaycanın futbol tarixində silinməz izlər qoymuş istedadlı bir futbolçu olmaqla tarixə düşmüşdür. O, yüksək insani keyfiyyətlərə malik  olmaqla yanaşı sadiqliyi ilə də seçilib. O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub.

             SSRİ yığmasının məşqçilər korpusunun diqqətini də oz istedadı ilə cəlb edən dahi futbolçu SSRİ milli komandasının heyətindən də kənarda qalmayıb. Belə ki, parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında SSRİ mili komandasına cəlb edilib. Tezliklə bakılı məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Bundan başqa, Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş Dünya çempionatında iştirak edib və yığmasının turnirin üçüncü mükafatçısı olmasında az rolu olmayıb.

            1968 və 1972-ci illərdə təşkil olunan Avropa çempionatlarına da qatılan həmyerlimiz son yarışda gümüş mükafata layiq görülüb. Ümumiyyətlə, Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib. SSRİ çempionatı və kuboku, o cümlədən sovetlərin yığma komandasında üst-üstə 100-dən çox qol vurduğuna görə bombardirlərin "Qriqori Fedotov klubu"nun üzvüdü.

            Futbolçu karyerasını başa vurduqdan sonra o, 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik edib.

 

             O, sonradan 1984-88-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb. Afrikadan qayıtdıqdan sonra isə sağalmaz xəstəliyə düçar olub.

            Anatoli Banişevski 1997-ci il dekabrın 10-da vəfat edib.

2 fevral 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.

            Allah rəhmət eləsin.

 

            Biz, "12ci oyunçu” azarkeş qrupu və "Bosman” fanklubu həm "Xəzər Lənkəran” klubunun o cümlədən Azərbaycan futbolunun çoxminli azarkeşləri olaraq Azərbaycan futbolunun əfsanəsi olan Anatoli Banişevskinin doğum gününün 65 illik yubileyi münasibəti ilə həm "Neftçi” klubunu və həm də onun azarkeşlərini təbrik edirik. Qoy Azərbaycan futbolu daim belə əfsanələri ilə yadda qalsın.

 

Qeyd: Bu sözlər yazılmış və dahi futbolçunun şəkli həkk olunmuş təbrik məktubu "12ci oyunçu" azarkeş qrupunun rəhbəri İslam Cabbarlı və "Bosman" fanklubunun rəhbəri Mirhafiz M. Babayev tərəfindən imzalanaraq "Neftçi" klubunun rəhbərliyinə təqdim edilmişdir.

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 669 | Yazar: ISLAM |
Всего комментариев: 6
24.02.2011
6. RAMIN_XEZERIM [Материал]
Allah rehmet elesin....Cox yaxsi futbolcu idi ad qoyub getdi..
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.02.2011
5. Neftchili [Материал]
Tewekurler!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.02.2011
4. linderot [Материал]
ALLAH A.Banishevskiye rahmat elasin.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.02.2011
3. linderot [Материал]
XAZARIN azarkeshlari ela hamisha bele anlayishli va davranishlidilar,hormatli neftchi 1937.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.02.2011
2. CABBARLI (ISLAM) [Материал]
Anatoli Banişevski təkcə "Neftçi"nin deyil, bütün Azərbaycanın tarixidir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.02.2011
1. Neftchi-1937 [Материал]
Bu davranisiniz ucun tesekkurler.Teki hemise bele anlayisli olasiniz.O daim bizim qelbimizde yasacaq.10 nomreli efsane...
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz