Ana Səhifə» 2010»Aprel»28 » "12-ci oyunçu" azarkeş klubu və "Bosman" fan klubunun birgə müraciəti.
20:19
"12-ci oyunçu" azarkeş klubu və "Bosman" fan klubunun birgə müraciəti.
Premyer liqanın XXX turunda keçiriləcək "Neftçi” - "Xəzər Lənkəran” matçı ilə bağlı "12-ci oyunçu” azarkeş klubunun və "Bosman” fanklubunun müraciəti.
2009/2010 Azərbaycanın futbol üzrə premyer liqasının final mərhələsi artıq sona yaxınlaşır. Sona üç tur qalsa da hələ heç bir komanda çempionluğu qarantiləməyib. Gərgin gedən bu mübarizədə çempionluğa bir neçə komanda real namizəd görünür ki, bunlardan biri də "Xəzər Lənkəran” klubudur. "Xəzər Lənkəran” klubunun növbəti matçı "Neftçi” komandası ilə keçiriləcək.
Bildiyiniz kimi, bu komandalar arasında keçirilən demək olar bütün oyunlar öz prinsipiallığı və gərginliyi ilə diqqət çəkib. Bu gərginlik və prinsipiallıq həm hər iki klub arasında, o cümlədən də hər iki tərəfin azarkeşləri arasında müşahidə olunub. Bu gərginliyi yaradan əsas səbəblərdən isə meydandankənar amilləri göstərə bilərik.
"Xəzər Lənkəran” Azərbaycan çempionatında iştirakının ilk günündən iddiasını ortaya qoymuş bir klubdur. Görünür bu iddia bəzilərini qane etmir. Hər vəchlə, xüsüsən də "Neftçi” ilə oyunlarda klubumuza edilən müxtəlif haqsızlıqlar lap əvvəldən müşahidə olunmaqdadır.
Ayrı-ayrı misallar çəkmədənsə, elə bu komandalar arasında Lənkəranda keçirilən son oyunu yada salmaq kifayətdir. Burada hakim Əfqan Həmzəyevin əli ilə müxtəlif formada ağlagəlməz haqsızlıqlar etməklə xeyli gərginlik yaratmiş və klubumuzu iki xaldan etmişdilər. Bu azmış kimi "Neftçi” rəsmiləri hətta "Xəzər Lənkəran”a texniki məğlubiyyət belə tələb etməkdən çəkinmirdilər. Heç bir idman və əxlaq normalarına sığmayan belə tələblər əlbəttə bizi hiddətləndirir. Bu hiddətin nəticəsi idi ki, bu müraciəti imzalayan hər iki fanat qurumu həmin ərəfədə AFFA prezidenti R.Abdullayevə müraciət etmişdi və çox sağ olsun ki, AFFA rəhbəri Azərbaycan futbolunun bir neçə rəsmi şəxslərini cəzalandırmışdı.
Göstərilən son oyunda matçlara texniki hazırlıq səbəbindən çatmamazlıqlar, əslində gülünc görünür.PFL prezidenti tərəfindən bəyan edilən, güya qulaqcıqların başqa oyuna göndərilməsi, hakimlərin bayraqlarındakı "batareyaların qurtarması” səbəbindən hakimlər arasında əlaqənin pozulması kimi göstərilən bəhanələr əlbəttə gülüncdür. Eyni zamanda hakimlərlə bağlı niyə məhz hakimlər komitəsi deyil, PFL prezidentinin məsul açıqlamalar verməsi maraqlıdır.
Sonra, hər hansı mübahisəli epizodun kamera azlığindan aydin görünə bilməməsi faktı da gülüncdür. Bunlar hamısı əvvəlcədən hazırlanır ki, sonra həmin epizodlara aydınlıq gətirmək mümkün olmasın və beləcə maraqlı tərəf öz istəyinə çatsın.
Biz "Xəzər Lənkəran”azarkeşləri olaraq, qarşıdakı "Neftçi” – "Xəzər Lənkəran” matçında belə hallara yol verilməməsi üçün həm futbol qurumlarına və həm də yayım hüququna malik AZtv rəhbərliyinə müraciət edərək, bu matçda belə hallara yol verməmələrini tələb edirik. Əks halda, texnikanın belə inkişaf etmiş bir vaxtında biz onsuz da bütün oyunöncəsi, matç zamanı hakimləri və matç sonrası bütün məqamları texnikanın videoyaddaşına köçürəcək və sonra lazım gələcəksə aidiyyətli qurumlara və mediaya təqdim edəcəyik. Bununla bəlkə haqsizlığın qarşısını almaq mümkün oldu.
Eyni zamanda Bakı şəhər baş polis idarəsinə, mayın 1-də keçirləcək "Neftçi” – "Xəzər Lənkəran” oyunu zamanı stadionda və oyun sonrası, stadiondan kənarda qonaq azarkeşlərin təhlükəsizliyinin təminatını yüksək səviyyədə təşkil olunmasına nəzarət etməsi xahişi ilə müraciət edirik.
Son olaraq həmin oyunda iştirak edəcək bütün "Xəzər Lənkəran” azarkeşlərinə bildiririk ki,bu dəfə də komandamızın matçda qalib gəlməsinə mane olacaq bəhanələr axtarıla biləcəyi həmişəki kimi realdır.Məhz bu oyunda komandamıza növbəti təzyiq vasitəsi kimi qonaq azarkeşlərin əməllərini bəhanə gətirə bilərlər.Oyundan əvvəl və sonra stadion kənarında ev sahibi komandanın fanatları ilə hər hansı bir konfliktə getməklə, bizə qarşı yönələn növbəti aksiyanın iştirakçısına çevrilə bilərik. İnetrnet saytlarında və “Futbol +” qəzetində təqdim olunan yazılarda, “Neftçi” fanatlarının radikal, həmçinin Lənkəranlıları təhqir edən fikirləri bir daha düşünməyə əsas verir ki,azarkeş qarşıduramsından rəqib tərəfin sui istifadə edəcəyi gözlənilə bilər.İstənilən formada olan təzyiqlərə qarşılıq verməməklə biz Lənkəranlı futbol azarkeşlərinə yaraşacaq səviyyəmizi nümayiş etdirməliyik.
Bütün "Xəzər Lənkəran” azarkeşlərini təxribatlara uymamağa və komandanı sivil yollarla dəstəkləməyə çağırırıq.
Bütün iştirakçılara müraciət edərək xahiş edirik,mümkünsə burada müzakirələrə son versinlər.Yeni yazılar vardır və orada müzakirələri davam etmək olar.Yalnız bütün şərhlərdə təhqirlərə yol verilməməsini bir daha xahiş edirik.Bu sayta bütün yaşda olan gənclər və hətta uşaqlar da daxil olub yazıları oxuyurlar,o səbəbdən də diqqətli olmaq lazışmdır.Mədəni və etik normalar çərçivəsində blidirlən fikirlərə hörmətlə yanaşılacaq,digər şərhlər isə dərhal sayt idarəçiləri tərəfindən silinəcək.
BOZ QURDA.... Bir sheyi sehv dedin ay qaqash.Lenkeran hemishe Talishlarin olub, bunu yadinda saxla!Siz bozqurdlar ne bilim neler her sheyi ozuvuzki hesab edirsiniz,halbuki biz buralarda olanda siz Altay tereflerdeidiz.Yadinda saxla senin kimi bozqurd nebilim neler Azerbaycanimiz bolur.
Men eslen cenubluyam ay ozune cenublu deyen gardashlarim men siden de o tayda olan Guney Azerbaycandanavm. Burda yazilanlari oxuyanda sizlere yazigim gelir her iki terefin azerkeshlerine bu sozler aiddi neyi bole bilmirsiniz ? Lenkeran ne vaxtdan talishlarin olub ? Bele milli sohbetleri araya atanlarin bir milleti var o da ermenidi / Bir dushmenimiz var ichimizde ikinci dushmen axtarmaga ehtiyac yoxdu .men ozum Lenkeranda herbi xidmat kechmishem oranin camaatinin istiqanligina beledem.Men deyerdim Azerbaycanin hec bir bolgesinde esgere bele xos munasibet yoxdu. Sabah muharibe olsa bu forumda inanmiram bir nefer yazacag haydi Qaarabaga . Gedenlerin de arasinda hec kim Xezere Neftciye ferg goymayacag hamimiz ciyin ciyine vurusacig onda utanacig bir birimizden. Men ozumu taniyandan Neftciye azerkeshlik edirem Azerbaycanda da Xezer kimi bir klubun yaranmasina cox sevinirem . 2000-de men esgerlikde olanda cox getmishem oyunlarina ama onda Xezeri hec taniyan yox idi. Siz etirazinizi duz unvana yoneltmirsiz men deyerdim gorxursuz . Neftcinin azerkeshi ne elesin ya Xezerin azerkeshi ? Araniza atiblar bu gurma oyunu siz de girirsiz bir birinizi . Burda talish talish salanlar heddinizi ashmayin. Azerbaycan onsuzda parca parcadi fars o yandan rus bu yandan siz de onlarin nokerlerisiniz bolursuz milleti.Kime gullug edirsiz ? Belke duz demirem ? Savah da Qubada bir klub yaranar lezgi lezgi deye gishgirarsiz ! Bura Azerbaycandi kimese xos deyilse burdan gede biler. Neyi goyub ne axtarirsiz haqsizliqlara garshi bele etiraz elemirler kiminse balasini doymurler avtobusun shushelerini sindirmirlar. Ne ise ele ona gore de bu gundeyik. Azerbaycanda her shey necedise futbolumuz da azerkeshlerimiz de o seviyyededi. Avropa kuboklari oyunlarda onsuz hamimizin ureyi Lenkeran uchunde Meftchi ucun de Inter uchun de bir vurur. Hamimiz bir yerde azerkeshlik edirik. Besdi day girmayin bir birinizi eksine siz azerkeshler bir yerde toplashib butun haqsizliqlara birge etiraz etmelisiniz.Her shey bizde sunidi futbolumuz da azerkeshlerimiz de day basha dushmursuz kimleri sevindirirsiz bele hereketlerinizle. Ugurlar dileyirem her iki kluba cox isterdim gelecekde biz azerkeshler ayri ayri sektorlarda deyil bir sektorda eyleshek yan yana bir Xezerli bir Neftcili onda dushmenlerin gozleri kor olar.
Bütün şərhçilərə minntədarıq.İstər Xəzər Lənkəran İstərsə də Neftçi fanatlarının şərhlərini olduğu kimi də saytımızın səhifıələrində saxlayarıq.Yalnız etik normalar çərçivəsindən kənar yazılar ya redaktə olunacaq,ya da tamamilə silinəcək.Xahiş edirik bundan sonra da şərh yazarkən milli,dini və etnik ayrıseçkiliyə yol verməyəsiniz.Eyni zamanda dövlət qanunlarına hörmət olunmalı,etik normalardan kənar ifadələr işlədilməməlidir.
SADECE 1SOZ DEYIM BILIN SIZ OZ ARAVIZDA TALIS-LENKERAN SOHBETINI BAGLAYIN SORA BIZDEN NESE TELEB EDIN... AZERBAYCAN 1DI ONUN TERKIBIDE AZERI TURKLERINDEN VE AZERBAYCANLILARDAN IBARETDI...QALDIKI BU SOZ-SOHBETE ALLAH HAQQI NEFTCI FANATI KIMI YOX NEYTRAL AZERKEW KIMI DEYIREM HEMIWE OYUN BARESINDE DAVA YARADAN SOZ SOHBET YARADAN 12CI OYUNCU FAN CLUBU... FSOOO AYIBDI BUNU ETMEK ISLAM BU HEREKETLERI MEN WEXSEN SENIN YAWIVA YARAWDIRMIRAM. HAMI CAVANDI BEYNI QANDI SABA KIMINSE EVINE BEDBEXTLIK GELSE FERQ ETMEZ NEFTCI VEYA XEZER AZERKESINE NESE OLSA CAVABDEH OLACAN SEN?COXDA IDMANCIDI O IDMANCININ VEYE IDMANCI TUTAQ VURDUGU WEXSE NESE OLSA KIM CAVABDEHLIK DAYIWAYACAQ ??? SEN BOYUKSEN BUNU YIGIWDIRIN HAMI GELSIN ADAM KIMI AZERKEWLIK EDIB GETSIN EVINE.. OZUMUZU ELE APARIRIQ KI GUYA BIZIM OYUNA DUNYA BAXIR BIZDE HEC VAXT FENERBAHCE-Galatasaray Barca-Real arasinda olan reqebat olmayib olmayacaqda suni wiwirtme yaratmayaq!!!
Slm. "Futbol +" qazetində yazılanları "Yozmaq" lazim deyil... Birincisi Siz başladiz "antiNeftci" söhbətı... Flaqmanın rəhbəri Ceyhunun da əks reaksiyası "Antixəzər" yox, "AntiLənkəran" olub... kimi əsəbləşdirməz ki belə söhbətlər? Amma Ceyhunu sözünü SİYASƏTƏ və ya ETNİK zəmində "YOZMAYIN" , onun sözünün güvvəsi odur ki, o Lənkəran ƏHLİNƏ yox, sözünü Lənkəran AZARKEŞLƏRİNƏ ünvanlamışdı!!!
Onu da unutmayin ki, Xezer-Lenkeran tekce Talislarin deyil. Lenkeranda kifayet qeder - men deyerdim ki Talisdan daha cox Turk var. Xezer-Lenkeran bizim hamimizin - Lenkeranlilarin, cenub bolgesinin, butun Azerbaycanimizin komandasidir. Yasasin mohtesem azarkeslerin mohtesem komandasi XEZER-LENKERAN!!!
Bizim Xezer-Lenkeranin azarkeslerine de bu yarasir. Her zaman sivil, medeni olmaq ve yuksek azarkeslik seviyyesi ile komandanin qelebesinde azaciq da olsa pay sahibi olmaq.
Biz Xəzər Lənkəran azarkeşləri həm mədəni həm də sivil azarkeşliyi bacarırıq.Vay o insanların halına ki,bizi vəhşi kimi qələmə verirlər.Bütün Xəzər Lənkəran azarkeşlərini bağrıma basıram və sizinlə fəxr etdiyimi bikdirirəm.Xəzər Lənkəran azarkeşi olmağımla fəxr etməyə haqqım var.Var olsun bütün Xəzər Lənkəran azarkeşləri,var olsun Xəzər Lənkəran !!!! Uğurlar arzulayıram...
Bizim ücün Neftçiyə qol vur,Xəzər qooool vuuuur, Xezer qoooool QoooL... Lənkəranlım oynaaa.Cənub üçün oyna, Talış üçün oyna,bizim üçün oynaaaa.. Afqan YOXDU, Neftci də YOXDU!!!
(Sayt idarəçisi:-Xahiş edirik şərh yazarkən tərəfinizdən kənar sözlər işlədilməsin.Bu hal baş verərsə,şərhiniz ya redaktə olunacaq ya da tamami ilə silinəcək.)