Ana Səhifə» 2011»Fevral»12 » "12-ci oyunçu" etiraz edir !
16:31
"12-ci oyunçu" etiraz edir !
"12-ci oyunçu" etiraz edir !
"Futbol+” qəzetinin 12-(13) fevral 2011- ci il
tarixli, 28-sayında (2211), səhifə 4-də dərc olunan "Evimizə gəlin gəlir” adlı
yazı Lənkəran sakinlərinin hiddətinə səbəb olub. Beləki, yazı müəllifi əxlaq
normalarına və milli mənəvi dəyərlərə
hörmətsizlik edərək, bölgə klubunun minlərlə azarkeşini təhqir etmişdir. Yazıda
ötən il sentyabrın 25-də Lənkəranda baş tutan "Neftçi” – "Xəzər Lənkəran” oyununda
iştirak edən minlərlə yerli azarkeşi hansısa utopik düşüncələrə qapanaraq "qız
evi”nin adamları kimi qələmə vermişdir(Peşəkar Futbol liqasının
rəsmi internet saytında həmin oyuna toplaşan insanların sayı 11.0000-nəfər göstərilib).
Yazıda, fevralın 13-də paytaxta qonaq komandanın azarkeşləri olaraq yola düşməyə
hazırlaşan minlərlə insan da eyni formada təhqirə məruz qalmışdır. Bundan əlavə
paytaxt - bölgə münasibətlərinə gərginlik gətirməyə hesablanan yazı, fevralın
13-də Bakıda keçiriləcək oyun zamanı hər iki klubun azarkeşləri arasında baş
verə biləcək qarşıdurmalara şərait yaratmışdır. İnsanları qarşıdurmalara məhz
belə şəkildə dəvət edirlər, futbol zamanı tribunlarada xoşa gəlməz hadisələr
məhz belə yazılardan sonra baş verir.
Ölkənin
aparıcı idman mətbu orqanı olan "Futbol+” qəzetinin səhifələrində minlərlə
insanın heysiyyatı ilə oynayan bu tipli əxlaqsız
yazıları görmək təəsüf doğurur. Ən azından qəzetin baş redaktoru bu yazının dərc
olunmasına mane olmağa borclu idi.
Yuxarıda
qeyd olunan fikirləri əsas götürüərək:
1. Özünü
"Xəzər Lənkəran” klubunun azarkeşi sayan, cənublu və Lənkəranlı sayan hər bir kəsi "Futbol+”
qəzetinin bundan sonrakı nömrələrini satın almaqdan imtina etməyə çağırırıq.
2. "Xəzər
Lənkəran” klubunun rəhbərliyini, klubumuzun "Futbol+”
qəzetində hər hansı reklam xarakterli yazılarını təqdim edilməsinə qarşı
çıxmağa çağırırıq.
3.Fevralın
13-də T.Bəhrəmov stadionunda keçirləcəkoyunda "Xəzər Lənkəran”
azarkeşlərini, qarşı tərəfin təxribatlarına uymamağa, hüquq muhafizə orqanları
əməkdaşlarının tələblərinə əməl etməyə dəvət edirik.
4.
Eyni zamanda hüquq mühafizə orqanı əməkdaşlarını da diqqətli və ədalətli olmağa,
"Xəzər Lənkəran” azarkeşlərinə edilə biləcək təzyiqlərin vaxtında qarşısını
almağa çağırırıq.
4.Məhz
bu oyunda "Neftçi” fanatları qabaqcadan hazırladıqları müxtəlif şüarları
səsləndirərək cənubluları və Lənkəranlıları iyrənc formalarda təhqir edə bilərlər. Xüsusən
"Flaqman” fan klubunun üzvlərinin daha aqressiv davranacaqları istisna olunmur.
Oyundan öncə qəzet səhifələrində əxlaqsız yazılar dərc olunursa, deməli
stadionda daha kəskin hücumların olacağı ehtimalı da vardır. Bütün bunları nəzərə
almağın və istənilən vəziyyətdə səbirli davranmağın vacibliyini də qeyd edirik.
5.
Biz bir bölgə klubunun azarkeşləri olsaq belə, sivil davranışın və hər hansı
vəziyyətdə əxlaq normalarına riayət olunmasının tərəfdarı olmuşuq.
Biz : "Öncə vətəni, sonra səıni sevdik , "Xəzər
Lənkəran ” ! " deyərək vətənimizə olan sevgimizi hər şeydən daha üstün bilmişik və biləcəyik.
Biz "Xəzər
Lənkəran” azarkeşləri olaraq formasından asılı olmayraq istənilən ayrıseçkiliyə
qarşı etiraz etmişik.
Biz, haqqımızda
qəzet səhifələrində fikir bildirənlərdən, əxlaq normalarına və mənəvi dəyərlərə
hörmətlə yanaşmalarını tələb edirik !
Bu vaxta qədər və bundan sonra haqqımızda yanlış
fikirlər səsləndirən hər bir şəxs öz səviyyəsini və əxlaqını nümayiş etdirmiş
olur.
Mende bu aksiyaya qosuluram. Bu qazetde bele qeletler bezen bas verir. Pul zamanidir, kimse pullarin yaxsi verir, onlarda ne geldi yazirlar. Sadece azerkelsre catdirmaq lazimdir ki, onlarda qazeti almaqdan imtina etsinler.
Men 1000 defe demishem hammiya, bir daha meslehet edirem: Qazet oxumayin! Butun qazetler bize paxilliq edirler! Oz puluvuza heyfiniz gelsin. Saytlarda hemcinin. Yalniz Fanat.az, Apasport nisbeten dogru yazir. Qalanlari Neftci azarkeshi deqil! Sadece bize paxilliq edirler vessalam! En duzgun xeberler ANSPRES.COM