“Mən yalnız və yalnız ölkə xaricində oynamaq istəyirəm. Rumıniya klubları mənə dəvət göndərməsin”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Dinamo” klubunun futbolçusu Adrian Kristea deyib.
Timişoara “Politexnika”sından aldığı təklifi rədd edən 27 yaşlı hücumameylli cinah yarımmüdafiəçisi karyerasını Azərbaycanda davam etdirmək arzusundadır: “Yerli komandaların təklifləri məni maraqlandırmır. “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikdən işarə gözləyirəm. Gələn ilin yanvarında harada oynayacağım dəqiqləşəcək”.
Qeyd edək ki, Adrianın adı neçə aydır “Xəzər Lənkəran”la yanaşı hallanır.
Salam Islam bey. men de cox isterdim 12ci oyuncunun super azerkewleri super bir klubu kimi super bir sayti olsun.Amma menim bu sayt ucun gucum az pula catar.cunki ozum basqa yerde isleyib ozumu dolandiriram.amma komputer uzre tehsil aldigimdan infarmasiya tapmaq ve yerlewdirmek ve s komputere aid iwlerde size komek ede bilerem.
Mən də Rus və Ukrayna saytlarında "Лянкяран" sözünə rast gəlmişəm. Hətta onların birində "Лекорань" kimi yazılışa irad da tutulurdu. Halbuki illər boyu hələ sovetlər dönəmində də şəhərimizin adı Rus dilində "Лекорань" yazılardı və deyilərdi. Yəqin bizim Rus dilli hörmətli Azerispot saytı da qeyd etdiyim bəzi "Noviy Ruskiy" saytlar kimi düşünür və yazırlar. Rus sayağı düşünüb heç olmasa özümüzə uyğun yazaydılar... Deyəsən onlarda həm düşünmə həm də yazma məsələlərində vəziyyət də elə ruscadır axı ?!.