Ana Səhifə» 2010»İyun»14 » Kapitana məktublar silsiləsındən növbəti məktub...
02:09
Kapitana məktublar silsiləsındən növbəti məktub...
Bir neçə gün öncə saytımızda Mübariz Mənsimova ünvanlanan, “Kapitana məktublar silsiləsindən”, “Dəniz və biz” adlı şer təqdim olunmuşdu.Şerin müəllifi, Azərbaycan yazıçılar birliyinin (AYB) üzvü,2002-2003-cü illərdə üzvü olduğu qurum tərəfindən ölkənin “ən çox çap olunan” və “ən uğurlu şairi” seçilmiş və AYB-nin təsis etdiyi mükafata layiq görülmüş, bir neçə kitabın müəllifi olan şair Tərlan Əbilovdur.O bir qələm sahibinə məxsus düşüncə tərzi ilə yanaşaraq son hadiəslərə münasibətini bildirmiş və “Xəzər Lənkəran” azarkeşlərinin istək və arzularını şerində poetik deyimlərlə,eyni zamanda fəlsəfi fikirlərlə əks etdirməyə çalışmişdı.Bu günlərdə isə “Xəzər Lənkəran”nın azarkeş ordusunda öz yeri olan, “Bosman” fan klubunun rəsmi internet saytında “Kapitana məktub” adlı şer diqqətimizi cəlb etdi.Artıq cənub təmsilçisinin çox minli azarkeş ordusu, belə demək mümkünsə “gəmi kapitanı”na bir başa məktublar göndərərək, hər zamankı fəallıqlarını bu dəfə qeyri adi şəkildə nümayiş etdirməyə başlamışlar.Bu da onu göstərir ki, “Xəzər Lənkəran” azarkeşləri bütün sahələrdə yaradıcı olduqları qədər də baş verən hadisələrə həssaslıqla yanaşır və fikirlərini bildirərkən təkcə şüarlar səsləndirməklə,bəyanatlar yaymaqla,müraciətlər etməklə kifayətlənmirlər. “Xəzər Lənkəran”lılar lazım gələndə poeziya vasitəsi ilə də klub rəhbərliyinə təsir göstərmək imkanından yararalanırlar. “Bosman” fan klubunun saytından götürülən “Kapitana məktub” adlı şeri olduğu kimi təqdim edirirk.
Kapitana məktub.
Bizdən əvvəl də üzürdü, limanlara birinci çatan gəmi,
Üzən vardı, tufanlara sinə gərən, həm vardı batan gəmi.
Dəniz çətin, dalğa böyük, tufanlı bir zamanda,
Təlatümlü, burulğanlı, dəniz kükrəyən anda.
Səyahətlər etmək üçün, bizlərə də fürsət verincə zaman,
Çırmalanıb, gəmimizi qurmaq üçün, işə girişdik o an.
Toplaşaraq böyük heyət, seçildi bir kapitan,
Qurulurdu gözəl gəmi, adı – ‘’Xəzər Lənkəran’’
Uzaq, çətin səfərlərə hesablanıb quruldu,
Sanmayın ki, qurucular işlərindən yoruldu.
Limanımız Xəzərdədir, cənubdadır – Lənkəran,
Gəmimizi qəbul edir, yola salır hər zaman.
Səfərlərə həm çıxanda, həm də ki qayıdanda,
Qarşılayır on minlərlə insan onu limanda.
Bu gəmini hamı sevdi, hamı ondan danışdı,
Körfəzlərdən, dənizlərdən, okeandan danışdı.
Ilk səfəri uğurluydu, 2004-2005, keçdi sınaq illəri,
O şahanə üzə-üzə yorulmadı, fəth etdi könülləri.
Sonra bir az bilinmədən, sürətini o, nədənsə azaltdı,
Amma buna baxmayaraq, səbirsiz gözləyənlərlə dolu limana çatdı.
Bu möhtəşəm bir gəmi bəs nədən yorğun göründü?
Azca təmir olunaraq, dənizlərə yenə səfərə döndü.
Səfərlərdə yenə də o, lazımınca, həm arxayın üzürdü,
Yaxın, orta, uzaq olan dənizlərdə məharətlə süzürdü.
Yoxdu tayı, çox möhkəmdi, limanlara o birinci çatırdı,
Baxmayaraq, tufanlarda neçə-neçə başqa gəmi batırdı.
Bu il yenə lap sonacan yaxın idi, çatmaq üçün limana,
Heyət hamı söz vermişdi, and içib kapitana.
Heyhat, bu il gəmi ilk olaraq, çatmayınca limana,
Sual dolu üzlər hamı çevrildi kapitana.
Suallara cavab kimi, o kapitan acı sözlər danışdı,
Olanlardan limandakı gözləyənlər sanki bir anda çaşdı,
Həm gəmini, həm də onu gözləyəni çox sevirdi kapitan,
Birdən-birə acı sözlər bəs nədən idi o an?
Acı sözlər deyilmədi intizarla gözləyən insanlara,
Mən Xamıyev Ramiz, bir neçə gündür ki,internet portallarını və qəzetləri izləsəm də sevimli komandam haqda heç bir məlumat tapa bilmirəm.Bu işdə yardım edən və iyun ayının 12-dən Almaniyaya yollanan,sonra isə itkin düşən Xəzər Lənkəran haqda məlumat verənə minnətdarlıq edərəm.
Cavab: Belə narazılıqlar Lənkəranın hər yerində hiss olunur.Müxtəlif azarkeş fikirləri əsasında demək olar ki,mətbuat xidmətinin yarıtmaz işi azarkeşlərin haqlı narazılığına səbəb olub.
Yazan barmaqlari var olsun shair qardashimizin! Heqiqeten de klubumuzun kechmish, indiki ve gelecekdeki heyatini gozel setirleriyle qeleme almishdir qardashimiz! Bele getse bizi guclu felaket gozleyir. Komandaya yeni temiz qan lazimdir, xeste qanlar yox.