“Xəzər Lənkəran”ın yeni baş məşqçisinin gəlişini həvəslə gözləyən Lənkəranlı azarkeşlərin marağını nəzərə alaraq klub rəhbərliyindən məlumat əldə etməyə çalışdıq.Əvvəlcə klubdan bizə bildirdilər ki, Mirça Rednik “Xəzər Lənkəran” komandasıyla ilk məşqini iyulun 19-da saat 19:00-da Lənkəranda keçirəcək.Biz də öz növbəmizdə bu haqda xəbər yaydıq və azarkeşləri baş məşqçinin rəhbərliyi ilə keçiriləcək ilk məşqi izləməyə dəvət etdik.Amma,bir neçə saat sonra aldığımız məlumatlar planların dəyişildiyindən xəbər verdi.Nələrin baş verdiyini dəqiqləşdirmək üçün “Xəzər Lənkəran” klubunu icraçı direktoru Höccət Hacıyevlə əlaqə saxladıq.Onun bildirdiyinə görə planlar dəyişilmişdir və komandanın yeni baş məşqçisi Mirça Rednikin rəhbərliyi altında
iyulun 19-da Lənkəranda keçiriləcəyi nəzərdə tutulan məşq baş tutmayacaq.Komanda bu gün saat 20:30-da Lənkərandan Bakıya yollanır və baş məşqçinin təqdim olunması da,elə ilk məşq də paytaxtda keçiriləcək.
Islam qardas, bir daha sag ol ki, yeniden bizleri melumatlandirdiz. Her halda mesq Lenkaranda kecirilseydi melum meselediki daha cox azarkes olardi. Ancaq eybi yox, Bakidada Xezer Lenkerani sevanlar coxdu. Onlardan biri men ve etrafimda olan dostlarim. Sene bir daha cox sag ol deyirem.
Hörmətli Rəşad Xəzərli sizin təklifinizlə biz klub rəhbərliyi ilə əlaqə saxladıq və məşqin lənkəranda keçiriləcəyi barədə məlumatı yaydıq.Amma sonra vəziyyətin dəyişilməsi haqda məlumat aldıq.Sonra da əlaqə saxlayıb dəqiqləşdirdik ki,ilk məşq Lənkəranda baş tutmayacaq.Biz də dərhal bu haqda məlumatda dəyişiklik etdik.