www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 28 » 28-may Respublika günüdür !
02:35
28-may Respublika günüdür !
May ayının 25-də Şərafət Hadir adlı uzun illər Rusiyada yaşamış bir Azərbaycanlı, saytımıza məktub göndərib.Onun məktubunu olduğu kimi təqdim edirik.
*
İllərlə demək istədiyimi,son bir ay içində isə vətəndə gördüklərimi yazmağa qərar verdim və bu yazdıqlarımı,vətəndən növbəti dəfə uzun müddətli ayrılandan sonra otrtaya çıxmasını istədim.Çox istərdim ki, yazıqlarımı Respublika günü təqdim edəsiniz.Çünki,bu məmləkətdə tarix boyu çox az-az günlərdə ədalət zəfər çalıb.Onlardan ən önəmlisi isə mayın 28-dir.Bayramınız mübarək !
*
Hərbiçi ailəsində böyüdüyümdən keçmiş sövetlər ittifaqının çoxlu yerini görmüşdüm.70-cı illərin əvvəllərindən başlayaraq hərbi həyatın yoruculuğundan bezən ailəmiz,elə atam da vətənə dönmək üçün çox çalışırdı və nəhayət buna nail oldu.Ailəmizdə mən uşaq olduğum üçün söz sahibi deyildim,amma bu dəfə yer seçimində mənim sözümə qulaq asdılar.İllər keçəndən sonra isə anladım ki,bu bir ata uzaqgörənliyi imiş.Azərbaycanın hansı şəhərini seçərsən sualına əlbəttə,Bakını deyə cavablandıranda, anlamırdım ki,atam “perevod”unu məhz Bakıya almağa heç özü də qərar verə bilməzdi .Daha doğrusu Azərbaycana “perevod” almağa çalışan atamı özünə belə, şəhər seçimi etmək hüququ da verilməmişdi,sadəcə müttəfiq respublikanın paytaxtında onun kimi hərbi mütəxəssisə ehtiyac olduğundan SSRİ müdafiyə nazirinin əmri belə oldu. Mən isə gördüyüm hərbi şəhərçiklərdən bezmişdim və Azərbaycanlı olduğum üçün fəxr edir,sovetlər ittifaqının harasıında olursa olsun həmişə yaşıdlarıma Azərbaycan haqda danışarkən Bakı şəhərini görməsəm də tərifləyirdim.Məhz buna görə vətənimin paytaxtında yaşamaq istəyi ilə yanaşı milyonçu şəhərin özəlliklərinin ömrümün gənclik illərinə rəng qatacağına əmin idim. Əvvəlcə orta məktəbin yuxarı siniflərində,daha sonra ali məktəbdə özümə dost tapmaq işində çətinlik çəkmirdim.Dostlarım arasında fərq qoymaq istəməsm də bu məndən asılı olmadan belə alınırdı.Yaxın dost, lap yaxın dostlarla yanaşı sadəcə tanışlarım çox olsa da onların arasında özümə yaxın buraxdıqlarım şəxsi keyfiyytələri ilə fərqlənirdilər.Şəxsi keyfiyyətlər deyəndə mərdlik və ləyaqət hissini nəzərdə tuturam,bu mənim üçün önəmli idi.İnsanın başına çoxlu iş gələ bilər,yaxşı və pis gün deyilən anlarda yanımda olanlar,bu olmanın səbəbləri,bundan kimin necə yararlanması həmişə mənim üçün maraqlı olurdu.İllər keçdikcə hamı yaşa dolub,ailə sahibi olandan sonra əlaqələr müəyyən qədər kəsilirdi.lakin hələ gənclik illərindən bəzi xüsusiyyətləri ilə yadda qalan dostlar indi də illər öncəki kimidirlər.Ədalətli olmaq üçün hər şeydən keçməyə razı olanlar,indi heç bir şeyə sahib olmadıqları kimi,əks fikirdə olanlar da illər sonra heç dəyişməyiblər.Əslində mən hələ o vaxtlar düzgün seçim etdiyimə görə sevinməliyəm,amma itirdiyim dostlara görə daha çox üzülürəm.Onların seçdikləri yola qiymət vermək üçün, “məqsəd vasitəyə bəraət qazandırır” deyiminə əsaslandıqlarından, sonu gözləmək lazım gəlirdisə də sonda onların heç də ədalətli olmadıqları üzə çıxırdı.Kimisi illərlə qazandığı hörməti itirir,kimisi ailəsininin üz çevirməsi ilə rastlaşır,kimisi canından çox sevdiyi övladının onun üzünə ağ olmasından şikayətlənir,kimisi müflisləşməsinin səbəblərini anlamır,beləcə dostlarım və tanışlarımın necə olacğını sanki o vaxtlardan zənn etdiyimdən özümlə onalar arasında qoyduğum məsafəyə görə indi də peşman deyiləm.O vaxrtlar onlar nə edirdilərsə indi bəhrəsini görürlər.Ədalətli olanlar da,ləyaqət hissini qiymətləndirənlər də,şərəfli yaşamağın gözəlliyini anlayanlar da,mərdliklə ad çıxaranlar da,bütün sadaladıqlarıma əks gedənlər də.Hamı cəzasını və ya mükafatını alırdı,zaman- zaman.Yalnız səbr edənlər, illər sonra yaradanın ədalətinə heyran qala bilir,ən azı isə bunu görə bilirdilər.
*
Bu yaxınlarda uzun müddət ayrılıqdan sonra Azərbaycana dönmək qərarını verməklə səbrim hesabına gördüklərimdən zövq alacağımı bilirdim.İllər öncə düşündüklərimin düz olduğunu,məhz illər sonra gördüm.
Keçmiş xoş və acı xatirələrin bəzilərini dost-tanışlarımızla yada salarkən,övladlarımız da birlikdə əylənirdilər.May ayının 22-də isə hamılıqla ertəsi gün futbola getməyə qərar vermişdik.Həm vətənə gələrkən heç bir dostumu xərcə salmayacağıma görə, özümə verdiyim sözü tutaraq,həm də Lənkəranlı kimi kubok oyunundan sonra kubok bayramını qeyd etmək üçün hamını restorana qonaq edəcəyimi bildirmişdim.Təbii ki,əslən Lənkəranlı olduğum üçün hamı doğma şəhərimi təmsil edən komandanın kubok qazanacağı təqdirdə məclisin daha şən keçəcəyini anlaylrdı.Amma oyundan sonra 60-nəfərlik məclisin şənliyində sönüklük hiss olunmasa da mübahisəsiz də keçmədi.Əsasən gənclərin mübahisə etdiyi məqam isə həmin oyunda vurulan ilk qolla bağlı idi.Kənardan seyr etdikcə mənim dostlarım və ya tanışlarım olan həmin o gənclərin valideynləri mübahisələrə qatılmadıqca, mən müşahidəçiliyimdən yararlanmaq istəyimdə idim.Mənim iki oğlumun və digər dörd həmyaşıdlarının həmin qolu ədalətsiz qol hesab etmələri ilə razılaşmayan,o biri say çoxluğuna mailk gənclər,illər öncə atalarının əməllərinin davamçıları idi.Mənim diqqətimi çəkən bu gənclər qolun ədalətlə vurulmasını qətiyyətlə iddia edirdilər.Sanki bir zamanlar valideynlərinin etdikləri kimi,yalnız vəziyyətdən çıxmağı düşünür,nəyin bahasına olursa olsun qalib gəlməyə bəraət qazandırırdılar.Onlar bilmirdilər ki,bir zamanlar valideynləri də belə edirdi və indi o valideynlərin hamsının yada salarkən utandıqları bir keçmişləri vardır.O keçmiş ki,onlara baş ucalığı gətirmir.Lakin bunu o gənclər bilməyəcəkdi də,çünki mən bu haqda susacaqdım.İnsanın vicadanı daha çox qələbə qazanmaq həvəsindən ləkələnir və məğlubiyyt acısını yaşayanların qaliblrələ müqayisəsində, vicdansızların ikincilər arasında daha çox olduğunu tarix də sübut edir.Lakin bu qələbələr, “ən yaxşı gülən sonuncu güləndir” deyiminə qarşı dözümlü də deyil.
*
Mən nə gənclərin mübahisəsinə müdaxilə etdim,nə də onların bəzilərinin valideynlərinə yaddaşlarda ilişib qalan çatışmamazlıqları xatırlatmadım.Bunun mənası da yox idi.Hər şey necə var idisə belə də davam edirdi,valideynlər,övladları tərəfindən təkrar olunurdular.Ədalət,mərdlik və layaqət isə öz yerində qalmışdı.Mənim iki oğlumla birgə kubokun final oyununa ləkə gətirən qolu ədalətsiz qol sayan dörd gəncin ataları mənim ən yaxın dostlarım idi.İllər öncə onların ataları beləcə ədalətli olmaq üçün hər şeydən keçməyə razı olanlar,indi heç bir şeyə sahib də deyillər.Lakin onlar özləri kimi, qarşılarında baş əyiləsi qədər mərd və ləyaqətli oğullar böyütmüşlər.
*
Nə yaxşı ki, hələ o vaxtlar tanışlarımdan özümə dost və yaxın dost seçimimdə,kimlərə daha çox güvəndiyimdə,kimlərinsə səmimiyyətinə tam inanmadığımda yanılmamışam.Bunu illər sonra anlamaq daha gözəl,daha zövq vericidir.
*
P.S.Atam hərbiçi olduğundan 40-il əvvəl Azərbaycanın hansı şəhərinə "perevod" almaq seçimində azad deyildi,amma dar çərçivədə belə seçim etməyin çətinliyini gözə almadan,hər hansı bir vəziyyətdə düzgün qərar verərək,mübarizə aparmağı və şərəfli yaşamağı öyrətmişdi mənə.Seçim etməkdə azad olarkən insanların böyük əksəriyyətinin daha çox yanılırdığını görmək üzücü olsa da, hadisələr, forma dəyişkənliyi ilə təkrarlandığından, baş verənlərə münasibətlərin də dəyişmədiyi həqiqətdir.Ədalət,ləyaqət,mərdlik və şərəf kimi, həqiqət də yer kürəsinin ətrafında fırlandığı fərz edilən oxa bənzəyir,qalan nə varsa onun ətrafında dövr edib,təkrarlanır...!
*
Şərafət Hadir.Rusiya,Moskva.
Bölmə: |Baxış sayı: 607 | Yazar: ISLAM |
Всего комментариев: 1
28.05.2010
1. XL Fanati [Материал]
Mən də bütün Azərbaycanımızı 28 may - Respublika Günü münasibəti ilə təbrik edir, Şimallı-Cənublu Bütöv Azərbaycanımızın bir olub Respublika Gününü qeyd edecəkləri günü görmələrini arzu edirəm.

Şərafət Hadir qardaşımızın yazısını oxudum, bir lətifə yadıma düşdü:

Bir gün oğul məktəbdən gəlib atasına deyir: "Ata, müəllim niyə mənə dedi ki, bar ağacdan uzağa düşməz?". Atası isə hirslə oğlunun üstünə cumur: "Ə, köpəkoğlu, yenə məktəbdə nə hoqqa çıxarmısan?"

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz