22- fevralda “12-ci oyunçu” azarkeş klıubunun iki illik yubileyi qeyd olunur.
2006-cı ilin dekabr ayında Lənkəran şəhər stadionunda qəribə görüntü yarandı. 2006/2007 çempionatının birinci dövrəsinin son oyununda “Xəzər Lənkəran” Qəbələnin “Glian” klubu ilə qarşılaşırdı(09 dekabr 2006).Birinci dövrənin yekunlarına görə komandamız “qış çempionu” oldu.Fəal azarkeşləri bir yerə yığaraq hamılıqla Santa Klaus papaqları ilə stadionda qeyri adi formada azarkeşlik etdik.İki gün sonra “Futbol+” qəzeti bu hadisəni işıqlandırdı.Həmin çempionatın ikinci dövrəsində artıq fəal azarkeşlərlə çoxlu maraqlı layihələr həyata keçirməyə başladıq.Tribunalara toplaşan azarkeşlərə demək olar ki, hər oyunda ağ-yaşıl vərəqələr hazırlayıb paylayırdıq.”Gələn ili kimin yubileyidir ?” yazılmış plakatımız hələ də bir çox azarkeşin yaddaşındadır.Növbəti çempionatda “15000-lik stadion,14999+sən “ adlı layihə ilk cəhddən alınmasa da ikinci cəhdimiz uğurlu oldu və biz tribunaları tam doldura bildik.Artıq “12-ci oyunçu” müstəqil fan klubunu yaratmışdıq(12-ci oyunçu mfk).22-fevral 2008-ci ildə təsis yığıncağını keçirərək nizamnaməmizi təsdiq etdik.Azərbaycanın ilk müstəqil fan klubunun yaranması yenə də “Futbol+” qəzetinin 23-fevral tarixli nömrəsində işıqlandırıldı.Azərbaycanda ilk dəfə biz “Xəzər Lənkəran” klubu ilə əlaqə yaratmadan tam müstəqil formada fəaliyyətimizi qurmağa başladıq.Fan klumuz üçün baraban aldıq,səfər oyunlarına gedərkən “Xəzər Lənkəran” klubunun təşkil etdiyi avtobuslarla deyil öz hesabımıza kirayələdiyimiz avtobuslarla yola çıxdıq.Fan klubun idarə heyyəti üzvlərinin şəxsi ianələri hesabına aldığımız parçalardan bayraqlar və müxtəlif atributlar hazırlayıb azarkeşlərə hədiyyə edirdik. “Fırtınalar meydanı”nın “E”- sektorunu özümüzə daimi məkan seçdik.Fan klubun yarandığı gündən düz bir il sonra 22- fevral 2009-cu ildə fan klumuzun internet saytını açdıq.Bir müddət sonra isə fan klubun fəaliyyətini dayandıraraq, fəaliyyətimizin formasında dəyişikliklər etdik.Bu günə qədər də “12-ci” oyunçu azarkeş klubu kimi fəaliyyət göstərən “12-ci oyunçu” olaraq “Xəzər Lənkəran”ın ən çətin günlərində də komandanın yanındayıq. “12-ci oyunçu” azarkeş klubunun fəaliyyətində milli komandanın Lənkəranda keçən ilin sentyabrında Finlandiya milisinə qarşı keçirilən matçda “NO RASİZM” adlı layihə də olmuşdur.
Biz Azərbaycanda futbol klubuna yaxın olmadan azarkeşlik etmək qaydasının bünövrəsini qoyduq,biz müstəqil fanat anlayışını ölkə futboluna gətirdik.. “12-ci oyuçu”- azad düşüncənin məhsuludur,beləcə qərarlarımızı biz veririk və kimlərinsə iradəsinə tabe deyilik.
22-fevral tarixi “12-ci oyunçu” üçün əlamətdar gündür.”12-ci oyunçu”nun yaranmasının iki illiyi,internet saytının açılmasının isə bir illiyi qeyd olunur.
Bütün “12-ci”ləri bu münasibətlə təbrik edirik.
“12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi.
Yaxsi ki,Lenkeranda 12-ciler var idi,yoxsa bizler hele de fan klub anlayisindan o yana gede bilmezdik.Men az hallarda Lenkeranda futbola baxiram amma her defe 12-cilere heyran qaliram.Esasen de onlarin nrehberi Islam bey,uzaqan tanidigim bu insanda ne qeder energi var.Her zaman yeni bir sey dusunur.Yalniz ugurlar arzulaya bilerem ve tebrik edirem.