Ana Səhifə» 2010»Noyabr»25 » 382194401206381602 hesab nömrəsini unutma !
23:11
382194401206381602 hesab nömrəsini unutma !
Yeni açılacaq
azarkeş saytında nələr olacaq...
İlk
olaraq onu qeyd edək ki, "Xəzər Lənkəran”
azarkeşlərinin ixtiyarında olacaq saytın yaranmasını da məhz azarkeşlərin
vasitəsi ilə olmasını istədik. Bunun üçün "Bank Respublika” da hesab nömrəsi
açdıq və hazırda bankın yaddaş kartları
ilə habelə saytımız vasitəsi ilə hesab
nömrəmizin yayılmasına nail olmağa çalışırıq.
Yeni
saytımızda "Xəzər Lənkəran”ın telekanallar vasitəsi ilə yayımlanmayan ev və ya
səfər oyunlarının onlayn mətn yayımı
təqdim olunacaq. Ən maraqlı epizodların fotoları elə oyun gedərkən canlı olaraq
saytda veriləcək. Mübahisəli məqamlara aydınlıq gətirilməsi üçün də bunun
əhəmiyyəti böyük olacaq. Oyunun videoyazısı tam və ya oyunun maraqlı məqamlarından
hazırlanan video görüntülər matç bitəndən dərhal sonra saytımızda azarkeşlər
tərəfindən izlənilə bililənəcək. "Xəzər Lənkəran”ın "Fırtınalar Meydanı”nda
keçirdiyi bütün məşqlər azarkeşlərə elə məşq
zamanı təqdim olunacaq. Xəbərlər bloku gün ərzində "Xəzər Lənkəran” və ümumi
Azərbaycan futbolu, həmçinin avropa və dünya futbolundan xəbərləri
işıqlandıracaq. "Xəzər Lənkəran”ın aşağı
yaş qrupları və ümumiyyətlə Lənkəranın gənc futrbolçuları haqqında məlumatlarla
saytın xüsusi bölməsi məşqul olacaq. Saytın poeziya, maraqlı hadisələr,
gündəlik həyat kimi futboldan kənar mövzuları üçün də ayrıca bölmələr fəaliyyət
göstərəcək. Saytda gənclər və futbolsevərlər çatlaşa biləcəklər. Reklam şöbəsi
saytın özünü idarə etməsi işini tənzimləyəcək. Azarkeş məktubları bölməsi,
mütəmadi olaraq "Xəzər Lənkəran” azarkeşlərinin məktublarını dərc edəcək. (ardı
var)
Ramin Musayev təzə yaranan idman saytlarından birinə müsahibə verir. - Ramin müəllim, içirsiz? - Hə. - Nə? - Çay. - Mən onu demirəm e. - Bə nəyi deyirsən? - Söhbət spirtli içkidən gedir. - Ondan da içirəm. - İçəndə adətən necə olursuz? - Necə oluram… - Bəli. - Bu dəqiqə göstərərəm. - Buyurun… - Yığışdır diktofonunu, özün də sürüş burdan. - Başa düşmədim. - Demədim götür diktofonunu, rədd ol burdan? «Davay», «davay», tez sürüş burdan. - Ramin müəllim… - Azzar Ramin müəllim, çor Ramin müəllim. Tez ol, uç burdan. Bunun «pirçoska»sına bax hələ. Xoruz quyruğuna oxşayır… - Ramin müəllim… - Sən hələ burdasan? Nə sırtıq adamsan ə sən? «Nastrayeniya»mın yaxşı vaxtında zəhləmi niyə tökürsən ki, bajoğlu? «Davay», sürüş dedim burdan. - Yaxşı, gedirəm. Amma bu hərəkətiniz cavabsız qalmayacaq. Sağ olun. - Ayə, bajoğlu, hara gedirsən? Gəl otur burda görüm. - Məzələnirsiz? - Məzələnmək niyə? Demədin ki, içki içəndə necə oluram? Mən də bunu göstərirdim də. Ha-ha-ha…
“Xəzər-Lənkəran”la oyuna hazırlaşan "Bakı"nın heyətində itkilər artır. Apasport.az saytının xəbərinə görə, Rəhman Hacıyevlə Hacı Əhmədov komandanın hazırlıqlarına qatılmır. Zədəli olan futbolçuların yaxın günlərdə əməliyyat ediləcəyi gözlənilir.
"Bakı"nın itkisi bununla yekunlaşmır. Belə ki, sənədlərində yaranmış problem səbəbindən bir müddətdir vətənində olan Vyaçeslav Sofroni hazırlıqlardan kənarda qalıb.
Qeyd edək ki, MOİK-lə oyunda qırmızı vərəqə alan Əziz Quliyev "Xəzər-Lənkəran" matçını buraxacaq. Onunla yanaşı, hazırlıq səviyyəsi qənaətbəxş olmayan Vaqif Cavadovun da oyunda iştirak etməyəcəyi gözlənilir. Cavadov hazırda komandanın məşqlərinə qatılmır və fərdi qaydada məşq edir.