Mirça Rednik, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Bu gün çempionatın ən güclü iki komandası qarşılaşdı. Gərgin və maraqlı oyunun şahidi olduq. Hər iki hissədə fərqli oyun izlədik. Komandamızda yeni futbolçular olduğu üçün uyğunlaşmaq üçün müəyyən vaxta ehtiyacımız var. Bu gün komandamız potensialının yalnız 60%-ni göstərə bildi. Qələbə qazana bilməsək də, bərabərlik də yaxşı nəticədir. Bizi bu soyuq havada dəstəkləyən azarkeşlərimizə minnətdarlığımı bildirirəm".
Arif Əsədov, "Neftçi" klubunun baş məşqçisi: "Fasilədən sonra ilk oyun həmişə çətin olur. Komandamız potensialının 80%-ni göstərə bildi. Rəqib komandayla müqayisədə biz topa daha çox sahib idik. "Xəzər Lənkəran"ın əks-hücumları çox təhlükəli idi. Havanın küləkli olması və meydançanın vəziyyəti futbolçulara daha yaxşı oyun göstərməyə mane olurdu".
Heqiqeten Mirça Rednik gözel transferler edib. Men esasende Elnur Abdullayevi beyendim gözlemirdim ama heqiqeten yaxşı oyunçudu. Canlı intenetden izledim her şey yaxşı idi bir şerhçiden başqa
Hanis bextden danisirsan? premyerliqa.az ac bax epizodlara,gozunu ac yaxsi-yaxsi bax gor kimin tehlukeli veziyyetleri daha coxi oldu.NEftci qorxusundan 1 Nesomovu qoymusdu hucuma,o da ozunu itirmisdi bilmirdi topu hara vursun.
NEFTCI_FOROVER razılaşın ki, bu oyundan ölkə futbolu qazandı. Bu gün ki oyun bəxtlə və ya bəxtsizliklə yox hər iki komandanın futbolçularının gözəl oyunu ilə daha çox yadda qaldı.