www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 22 » Ağasəlim Mircavadov:-“Qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik”
23:38
Ağasəlim Mircavadov:-“Qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik”
* Ağasəlim Mircavadovun, Azərbaycan kubokunun final oyunundan öncə Tofiq Bəhramov adına stadionda, KİV nümayəndələri üçün təşkil olunan mətbuat konfransında səsləndirdikləri fikirlərdən sonra Lənkəranlı azarkeşlərdə müəyyən ruh yüksəkliyi yaranıb.Beləki, komandanın baş məşqçisisnin – “Qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik” –deməsi əslində azarkeşlərə ünvanlanan bir mesajdır.Azarkeşləri sakit edəcək bu kuboka həqiqətən də ehtiyac vardır.Amma deyilən səmimi sözlərə ondan daha çox ehtiyac olduğunu vurğulamaq lazımdır.Belə bir addımın atılmasının klub rəhbərliyi tərəfindən gözlənildiyi vaxtda, baş məşqçinin ağsaqqallıq göstərməsi isə təqdirə layiqdir.
*
Ümumiyyətlə Ağasəlim Mircavadovun “Xəzər Lənkəran”a keçən il gerçəkləşən dönüşündən sonra cənublu azarkeşlərin komandaya dəstəyi də möhkəmlənmiş, “Fırtınalar Meydan”ı yenə köhnə günlərini yaşamışdır. “Fırtınalar Meydanı”na azarkeş yığımının bütün rekordlarını cənublu futbol sevərlər, məhz Mircavadovun dövründə təzələmiş və yeni rekordlara imza atmışlar.Elə Lənkəranda Mircavadovçular kimi tanınan “12-ci”lər də həmişə bu faktı ortaya qoyur,komandanın özünə gələrək çempionluğa və eyni zamanda kuboka iddialı kimi oynamasını dilə gətirirdilər.Bu mənada komandanın oyununda müəyyən axsamaların olması faktının qarşısında ,altılqda çıxış edən digər komandaların da uğursuzluqlarını qoymaq olardı.Elə çempion olan “İnter”in altılıqda qazandığı qələbələrinin və heç-heçə ilə nəticələnən oyunlarının sayını, “Qarabağ”ın qələbə qazanmaqda çətinlik çəkməsini və s. göstərmək olar.
*
Hələ keçən il baş məşqçinin kim olacağına aydınlıq gəlməmiş,klub rəhbərliyinin “Ağasəlim Mircavadov üçün də istefa qışqıracaqsınızmı” sualına,”90-faiz əminliklə deyə bilərik ki,istefa şüarı olmayacaq” deyən “12-ci oyunçu”nun, mayın 15-dəki uğursuzluğa qədər sözünün kəsəri daha böyük idi. Premyer liqanın son oyununda bu şüarının sələnməsi əslində bizim qorxduğumuz yerdə qalan həmin “10 faiz” idi desək yəqin ki,bizi anlayarlar.Son bir həftə ərzində isə müzakirələr zamanı Lənkəranlı azarkeşlər tərəfindən “12-ci oyunçu”nun qınaq obyektinə çevrilməsi baş verirdi. Həmin məğlubiyyətdən sonra yenə Ağasəlim Mircavadovun azarkeşlərə kuboku hədiyyə etmək istəyini bilidirməsi bizim yanılmadığımızın göstəricisidir.
*
Məğlubiyyətdən sonra hətta klubun fəxri prezidenti əsəsblərini cilovlaya bilməyib azarkeşlərə sərt cavab verdiyindən bu yana yaranan boşluqları yenə Ağasəlim Mircavadov doldura bildi. “Xəzər Lənkəran”ın yaranışından bəri azarkeşlərlə onun qədər görüşüb söhbətlər edən ikinci məşqçi olmamışdı.O bizə qələbə sevincinin,birinci olmanın,ölkə xaricindən fəxrlə, başı uca dönməyin gözəlliyini daddırmışdı.O bizim “Fırtınalar Meydanında məğlub olmaq qadağandır” şüarımızın baş qəhrəmanı olmuşdur.Mayın 15-dəki oyuna qədər çempionat matçlarında Ağasəlim Mircavadov heç vaxt “Fırtınalar Meydanı”nda məğlub olmamışdı.O özü haqda Lənkəranda “məğlubedilməz” mifini yarada bilmişdi. Güman edirik ki,kubokun finalında da baş məşqçi növbəti uğurunu qazanaraq azarkeşləri sevindirə biləcək.
*
Sonda Ağasəlim Mircavadova bir mesaj da biz göndəririk:-“Ağa, yadınızdadırsa sizinlə görüşlərdən birində, biz şərtləri heç zaman pozmayan insanlar olduğumuzu demişdik.Biz o sözümüzü tutduq. Biz gücümüzü göstərdik.Biz minlərlə insanın pərişan olmaması üçün,komandaya hər cür dəstək olaraq çalışdıq.Biz komandanın məşqləri zamanı azarkeşlər arasında gəzərək sizə qarşı əks təbliğat aparan öyrədilmiş adamları neytrallaşdırdıq.Aramızda olan Xan Lənkəran ləqəbli o ağsaqqal azarkeşin dedikləri də əməlləri ilə üst-üstə düşdü. Biz kim olduğumuzu göstərdik.Bizim gücümüz kubokun final oyunu başlayana qədər yetəcək.Sonra söz sizindir".
*
"12-ci oyunçu"nun düşünən beyni olan Şair Tərlan demişkən:
*
- Kirləndikcə hər şey zaman bizi, bizsə libasımızı dəyişərik, yalnız libasımızı...
Fikrincə dəyişkənlikmi bu?! Yox ağa, yox.
*
Əkdiyimiz ağacların kölgəsində dincələnlər varsa,
əkdiyimiz ağacların kölgəsinin kölgəmizdən böyük olması heç də faciə deyil, faciə deyil, Ağa...
Bölmə: |Baxış sayı: 635 | Yazar: ISLAM |
Всего комментариев: 5
23.05.2010
5. qezene [Материал]
Kishi dediyi sozu tutar!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.05.2010
4. CABBARLI (ISLAM) [Материал]
Təki qələbələri müzakirə edək.İstənilən halda biz azarkeş qrupu olaraq ilk növbədə azarkeş fikirlərinə üstünlük veririk.Bizim üçün önəmli azarkeşlərin fikirləridir.Axı futbol azarkeşlər üçün oynanılır.Uğurlar.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.05.2010
3. XL Fanati [Материал]
Hörmətli Cabbarlı, əvvəla saytınızda fikrimi bildirmək üçün şərait yaratdığınıza görə (şərhlərimi silmədiyinizə görə) sizə təşəkkürümü bildirirəm. Sonra isə bildirmək istəyirəm ki, mən də Xəzər Lənkəranın azarkeşiyəm. Vaxtımın imkan verdiyi qədər səfər oyunlarında da ıştirak etməyə çalışmışam. Bu çağırışımın səbəbi də yersiz deyil. Səbəblərini sizin saytda olan, müəllifi Bosman fanklubu olan "Ey "Xəzər Lənkəran” azarkeşi, indi deyin bunlara dözək?" adlı məqaləyə olan şərhlərimdə göstərmişəm.

P.S. İnşallah Xezer Lenkeran bu kuboku qazanar, sonra sizinlə çay süfrəsi arxasında bu mövzunu geniş-geniş müzakirə edərik.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.05.2010
2. CABBARLI (ISLAM) [Материал]
Sizin fikrinizə hörmətlə yanaşılaraq şərhiniz silinməyəcək.Baxmayaraq ki,əks çağırış var.Bu sayt bütün Xəzər Lənkəran azarkeşlərinindir.O azarkeş ordusu arasında komandadan razı və narazı azarkeşlərin olması mümkündür.Əslində elə hamı komandadan narazı qalıb,əsasən də son oyundan sonra.Amma onu da nəzər almaq olar ki,komandanın təşkil edən futbolçular və məşqçilər müəyyən zamandan sonra komandanı tərk edə bilərlər.Kubokun qazanılması isə bizə qalacaq.Ən azı Xəzər Lənkəranın 2009-2010-cu ilin kubokun sahibi kimi tarixdə qala bilər.Hər halda azarkeşlər fikir bildirməkdə,dəstək olmaqda və ya etiraz etməkdə tam azaddırlar.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.05.2010
1. XL Fanati [Материал]
Ağanın Xəzər Lənkəran üçün xidmətləri danılmazdır. Xəzər Lənkəran ilk və yeganə çempionluğunu, xüsusən də Birlik Kubokunu Ağasəlim bəyin rəhbərliyi altında qazanıb. Amma bu da faktdır ki, son 4 çempionat oyununda cəmi 2 xal qazandıra bilib. Daha doğrusu, Ağanın rəhbərliyi altında son 4 çempionat oyununda 10 xal itirmişik ki, bu da çempionluqla vidalaşmağa səbəb olub.

Hörmətli Ağasəlim Mircavadov! Heç olmasa KUBOKU QAZANMAQLA AZARKEŞLƏRİNİ SEVİNDİR. Bununla həm zəifləmiş nüfuzunu müəyyən qədər bərpa edərsən, həm də əksər azarkeşləri yenidən meydanlara qaytararsan.

P.S. Bizim işimiz yetim sevindirməyə oxşayır (Yetimin papağını əlindən alırlar, başlayır ağlamağa. Sonra təzədən özünə qaytarırlar başlayır sevinib-şadlanmağa). Ovcumuzun içindən çempionluğu qaçırtdıq, indi kuboka sevinmək istəyirik.

Bir də ki, indiyə qədər dediklərimiz öz qüvvəsində qalır. EY XƏZƏR LƏNKƏRAN AZARKEŞLƏRİ, BU KUBOKUN FİNAL OYUNUNA G E T M Ə Y İ N ! ! ! Müraciətimiz bütün azarkeşlərə, xüsusən də 12-ci oyunçu azarkeş klubuna, Bosman və Fırtına fanklublarına aiddir.

Hörmətlə, XL Fanatı
E-mail: xl_fanat@box.az

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz