www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyun » 25 » Ağasəlim Mircavadovun “dostları” və ya bu torbanın ilmələri iynə ilə deyil "qıyıq"la vurulur.
23:51
Ağasəlim Mircavadovun “dostları” və ya bu torbanın ilmələri iynə ilə deyil "qıyıq"la vurulur.
Ağasəlim Mircavadovun “dostları” və ya bu torbanın ilmələri iynə ilə deyil "qıyıq"la vurulur.
*
Azərbaycanın ən titullu məşqçisinin Lənkərana dönüşü elə ilk gündən səs küyə səbəb oldu.Bu qayıdışa qarşı olanlar,sakitcə seyr edənlər və sevinənlər arasında say fərqindən başqa niyyət və məqsəd fərqləri var idi.Qayıdışa qarşı çıxanlar hücumları ilə yadda qaldılarsa, sevinənlər bəzən az qala xain kimi də qələmə verilirdi.Bir müddət sonra “Fırtınalar Meydanı”nda tribunalar dolmağa başladıqca ara-sıra baş qaldıran “antiAğasəlim” fikirlər arxa plana keçirdi.Hər şey son çempionat oyununda qarışdı.Həmin başı bəlalı oyun öncəsi “Xəzər Lənkəran”ın məşqləri zamanı kimlərin necə deyərlər “nə oyundan çıxdığını” yaxşı ki,telefonumun yaddaşına köçürdüm.Öyrədilmiş adamlar azarkeşlərin arasında gəzərək “Ağasəlim bizə lazım deyil,çempionluq da cəhənnəmə təki o getsin” deyəndə mən artıq torbada pişiyin olduğunu,bu torbanın son ilmələrinin isə “iynə” ilə deyil “qıyıq”la vurulduğunu başa düşdüm.Mənim üçün fərqi yoxdur kim inciyəcək,kim isə narahat olacaq.Mənim qazanacağım və itirəcəyim heç nə yoxdur…
*
İnsan özündə söz demək üçün haqq hiss etməlidir.Mən 2004-cil ildən gecəli gündüzlü işimi, şəxsi həyatımı unudaraq, “Xəzər Lənkəran” haqda düşünüb yaşadım.Maddi vəziyyətimin çətinliyini nəzərə almadan borc pul alıb fan klubun yaranmasının xərclərini çəkdim,hər oyun öncəsi səhərə qədər bayraqlar düzəltdim,ən azı bir oyunluq stadionu doldura biləcək qədər billet alıb pulsuz payladım,bir fanatın deyil bəlkə də klub prezidentinin boyununa düşəni etdim.O səbəbdən kimsə özünü məndən ağıllı sayırsa heç yazımı oxumasın.Mən isə deyəcəyəm…
*
Ağasəlim Mircavadovun bu dəfəki gəlişini istəyənlərin bəzilərinin indi səsi çıxmırsa və səssiz qalmaqlarını əsaslandıra bilmirlərsə, bu onların söz deyib dalında dura bilməmək bacarığından irəli gələ bilər. Əvvəldən etiraz edənlərin isə heç də hamısı bir qrupda birləşməyiblər deyə onlar haqda daha ətraflı fikirlərim var.Bütün hallarda hər hansı etirazın məntiqi olmalıdır.Bu etirazçıların bir hissəsi komandanın uğursuzluqlarını əsas gətirirlər ki,onlar eiraz etməkdə haqqlıdırlar.Bu dünya praktikasında qəbul olunan bir şeydir,baş məşqçi komandanın uğursuz çıxışına görə tam olaraq məsuliyyət daşıyır.Digər qrup ümumilikdə kluba və baş məşqçiyə etiraz edirlər ki,onları da anlamaq lazımdır.Komandanın uğursuzluğu və üstəgəl klub sahibinin tikanlı danışığı, bu insanların haqlı etitazına səbəb olub.Mənim üçün maraqlı bundan sonra gələnlərdir.Çünki yuxarıda sadaladığım insanlar haqlı olduqları üçün kiminsə tərəfindən qınaq obyektinə çevrilə bilməzlər.
*
Üçüncü qrup insanlar isə probemləri qismən klubda,əsasən isə baş məşqçidə görürlər.Təzadlar buradan başlayır.Üçüncülərin içərisində elələri vardır ki,Ağasəlim Mircavadovun gəlişindən bəri üsyan edənlərdir və onların da bəziləri özləri bilmədən kimlərəsə işləyirlər.Kimlər deyəndə bir az qaranlıq qala bilər deyə,müəyyən qədər aydınlıq gətirim.Bəlkə də burada Ramin Musayev nəzərdə tutula bilər.Hər halda son illər ərzində futbolumuzda baş verənləri analiz etdikdə bu qənaətə gəlmək olar.Amma adların burada əhəmiyyəti yoxdur.Əsas məsələ kütlə içərisində şivən salaraq hörmət qazanmağa çalışanların hərəkətləridir. “Xəzər Lənkəran” qalib gələndə qəhrəman kimi hansısa futbolçunu,məğlub olanda isə günahkar kimi baş məşqçini göstərmək prinsipi mənim diqqətimi çoxdan çəkirdi.Axı bunun arxasında nə qala bilərdi,ya sifariş ya da güclü təbliğat.Sifarişə müntəzər olanlar,ya da təbliğata uyanlar bütün problemlərdə Ağasəlimi suçlayırlarsa deməli şübhələnməyin yeri var.Hətta elələri ilə də rastlaşmışam ki,Ağasəlim Mircavadovun rəhbərliyi ilə komandanın qələbəsinə sevinmir,komanda məğlub olanda isə onu rüşfətxor adlandırır,köhnə məşq sistemini tətbiq etdiyini dilə gətirirdilər.Bəziləri sifarişsiz,təbliğatsız da belə fikir yürüdə bilərlərsə deməli onlar xəstədirlər.
*
“Xəzər Lənkəran” klubunun rəhbərliyi də məni tanıyır,sadə azarkeşlər də.Kim özünü məndən ağıllı sayırsa heç yazımı oxumasın.Maaş almadan “Xəzər Lənkəran”a bu qədər bağlı olduğuma görə mənə dəli deyənlər,indi mənəviyytadan danışır,milli azadlıq hərəkatından misallar çəkirlərsə,mən onların dediklərini bu sözlərlə qiymətləndirərdim “lya-lya-lya”.Musiqidə notları yaxşı bilmədiyinə görə tonunu dəyişənlər kimi baxıram belələrinə.Futbol hesabına pul və şöhrət qazananların isə,futbola çörək pulunu xərcləyəndən,can qoyandan,ömrünü gününü sərf edəndən fərqi vardır.Bütün hallarda ikincilər bir baş yuxarıdadırlar. Minlərlə insan gündəlik qazancının dalıyca gedir,bu normal haldır.Mən isə bu gündəlik işlərimin böyük bir hissəsini “Xəzər”imə ayırdım və maddi cəhətdə hamıdan geri qaldım.Mən ömrümü qoydum bu işə və sonda gördüm ki,azarkeşliyi əyləncə sayanlar fikir deyərkən daha çox gözə girməyə çalışırlar.O zaman düşündüm ki, mən də bir çoxlarının xoşuna gəlməyən sözləri deyim.İnsan söz demək üçün nəsə etməlidir.Biz iş görənlər susduqca, kimlərsə pulunun hesabına,kimlərsə “şivən”liyinin hesabına özlərini bizdən üstün kimi göstərməyə çalışırlar.
Belələrinə deyəndə ki, mən bu işdə ürəyimi qoymuşam, sən,ürəyimi mənə qaytara bilərsən ?
Cavab gəlmir,çünki cavab verməyə də ürək lazımdır.
Kim ürəklidirsə buyursun !
P.S. Kim Qurana əl qoyub deyə bilər ki, Zaur Ramazanovu bu dəfə Ağasəlim Mircavadov gətirib.
Denis Silvanın “Xəzər Lənkəran”ı deyil “Neftçi”ni seçməsi Arif Əsədovun güclü məşqçi olmasına dəlalət edirmi ?
Mübariz Mənsimovun 15-mayda dediyi sözləri kim vecinə almadı ?
Islam
Bölmə: |Baxış sayı: 758 | Yazar: ISLAM |
Всего комментариев: 7
29.06.2010
7. CABBARLI (ISLAM) [Материал]
Messiye bir replika: Bəlkə parça yiyəsi ,bəlkə də sap yiyəsi,bəlkə iynə yox.yox qıyığ yiyəsi...
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

28.06.2010
6. Messi [Материал]
aagaselim ozu derzidir onunchun kim torba tikecek ? :)
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

26.06.2010
5. XL Fanati [Материал]
Islam, qardaş, azarkeşlər bir neçə cür olur. Kimisi evdə oturub qabağında çay televizorda sevdiyi klubun oyunlarına baxır, kimisi yalnızca oyundan sonra hesabı digər azarkeşlərdən soruşmaqla azarkeşlik görəvinin başa çatdığını hesab edir, kimisi də oyunları birbaşa meydançadan seyr etməyə üstünlük verir. Amma elə azarkeşlər də var ki, nəinki klubun bütün oyunlarında iştirak edir, bununla kifayətlənməyib digər azarkeşlərin də oyunda iştirakı üçün maddi və mənəvi qüvvə sərf edir, oyundan əvvəl və oyun zamanı komandanın qələbəsi üçün əlindən gələni edir. Sən də məhz belə azarkeşlərdənsən. Xəzər Lənkəranın və ümumiyyətlə Azərbaycan futbolunun sənin kimi azarkeşlərə böyük ehtiyacı var. Elə bu yaratdığın sayt özü Azərbaycan futboluna və Xəzər Lənkərana kifayət qədər xidmət edir. "Əhməd haradadır" filmində deyildiyi kimi "sükanı belə saxla!"

O ki qaldı Ağasəlim Mircavadov barəsində yazdıqlarina, inanıram ki Ağasəlim bəyin "torbasını tikənlər" var və onlar mütəşəkkil şəkildə hərəkət edirlər. Ağasəlim Mircavadovun Xəzər Lənkəran üçün xidmətləri danılmazdır. Xəzər Lənkəran "birlik kubokunu", qızıl dublu Ağasəlim bəyin rəhbərliyi altında qazanıb.

Mən biraz öncə bəhs etdiyim Ağasəlimin torbasını tikənlərdən deyiləm. Amma İslam qardaşım, premyer liqanın son 4 turunda cəmi 2 xal qazanmaq, kubokun finalında məğlub olmaq (bu fair play qaydalarının pozulması hesabına olsa da, etiraf edək ki, komandamız həmin oyunda rəqibindən zəif təsir bağışlayırdı), son 3 yoxlama oyununda cəmi 2 top vuraraq 11 qol braxmaqla üçündə də məğlub olmaq nə Xəzər Lənkəranın adına, nə maddi vəziyyətinə, nə də azarkeşlərinə layiq deyil. Gəl etiraf edək ki, belə vəziyyətdə ən düzgün qərar Ağasəlim Mircavadovun istefa verməsidir. Ağasəlim bəyin ona "torba tikənlərə" cavab verməyə gözəl imkanları vardı. Yoxlama oyunlarında yaxşı nəticə qazanmaqla "torba tikən"lərə yaxşı dərs vermiş olardı. Bacarmadı. Və göstərdi ki, bu posta layiq deyil.

Həqiqətləri qəbul etmək lazımdır. Bu günün reallığı Ağasəlim Mircavadovun istefasını tələb edir.
Nəzərə alsaq ki, UEFA kubokunun seçmə oyunlarına az bir vaxt qalıb, bu halda baş məşqçi dəyişikliyi kluba yalnız zərər verə bilər. Çünki, belə qısa vaxt ərzində yeni məşqçinin komandanı toplaması çox çətin məsələdir. Bu vəziyyət Ağasəlim bəyin özünü sübut etməsi üçün gözəl bir şans da yaratmış olur.

Ağasəlim bəy, komandanı layiqincə idarə et, qələbələrı sırala, azarkeşlər arasında etibarını artır və eyni zamanda "torba tikən"lərə yaxşı bir dərs ver. Heç bir mərhələ də keçmədən seçmə mərhələdə oyunları bitirərsən sənin istefanı ən çox tələb edən mən olacağam. ÖZÜ DƏ HEÇ "TORBA TİKMƏDƏN". :-)

P.S. Yazımı sonacan səbrlə oxuyanlara təşəkkürümü bildirirəm.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

26.06.2010
4. qezene [Материал]
Agaselimi ve Zauru kimlerin getirdiyi maraqli deyil menim uchun. Maraqlisi odur ki, pula gore ozune butun sozleri goturen sherefsizlerin yeri deyil Lenkeran ve o cumuneleden Xezer-Lenkaran.Eger insan oz-ozune hormet qoymursa, niye biz azerkeshler onlara hormet qoymaliyiq? Niye ugurlu neticelere goze nizam ve intizamli Pasulkunu qovduq? Zaur kimi yerli oyunchular oynamaq istemeyende Pasulko onlari mecburen oynadirdi ve buna gore de pis olurdu. Amma Aga kimi meshqchinin eynine deyil Xezerin uguru. Agani pul maraqlandirir. Bele rushvetxorlarin yeri Xezer deyil.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

26.06.2010
3. Tural [Материал]
bu üsyandı mən də üsyanda varam.çirkinliyə, səmimiyyətdən uzaq olanlara, eşşəyə gücü çatmayıb palanı döyənlərə,mübarizi özünə böyük sayıb özünü kiçildənlərə,xəzərin hesabına özünü gözə soxanlara,klubun böyüklərinin sağında solunda hərlənib gözə girənlərə, bütün girənlərə,təfəkkürün deyil təsvvirin dalıyca gedənlərə qarşı üsayandır.zəhmət çəkmiyib havayıdan hörmət sahibi olmaq istiyənlərə,gah nala gah da mıxa vuran şöhrət sahibi olanlara,mutilşiklərə başqa sözlə şakallara qarşı üsyandır.bunlara qarşı üsyanda mən də varam mən də ürəkli,mən də ürəyi dolu birisi.mən də səninləyəm islam !!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

26.06.2010
Elcinle razıyam.Insanı bezdirende bele olur.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

26.06.2010
1. Elcin-Inter [Материал]
İslam Mən Allahdan arzu edirəm ki,Azərbaycan futbolunda sənin kimi azərkeşlərin sayı çox olsun.Mənim şəxsi fikrimə görə Xəzərdə nəsə bir oyun gedir.Mən çempionatın sonuncu oyununa televizor vasitəsi ilə baxdım və ilk öncə gördüyüm o oldu ki,futbolçular oynamaq istəmir,qapıya zərbə vurmaq belə istəmirdilər.Mənim fikrimcə Ağasəlimi komandaya gətirən rəhbərlik özü indi onun torbasını tikir.Yoxsa nəyə lazım idi Zaur,Xəqani kimi futbolçular.Beş gündən sonra Xəzər Moldovada oyunna çıxacaq,bu qocalar ilə nə edəcək Ağasəlim.Nə isə İslam danışıram və özüm də əsəbləşirəm.Bu Azərbaycan futbolunda o qədər iyrəncikliklər görmüşəm ki,amma çox əfsus ki,nəyə sə görə onları dilıə gətirmək olmur.Xəzər Lənkarana Avropada UĞURLAR arzulayıram və sizə də Allahdan səbirli olmağınızı diləyirəm.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz