Ana Səhifə» 2010»Avqust»17 » “ağlı-göylü” və "ağ-yaşıl"
00:48
“ağlı-göylü” və "ağ-yaşıl"
“Inter” və “Xəzər Lənkəran”ı nə bağlayır - bax belə başlıq altında Polşa fan saytlarının birində məqalə dərc olununb.Sizlərə məqalənin tam tərcüməsini təqdim edirik.
Biri Bakını təmsil edən “İnter” adlı klub hansı ki, ikinci dəfə Azərbaycan çempionu adını qazanıb “Lex” Poznanla oynadı.Digəri isə Lənkaran adlı zonanı təmsil edən “Xəzər Lənkəran” komandası.Bəs bu iki klubu nə birləşdirir, daha doğrusu fanatlarını nə birləşdirir?
“İnter” azarkeşi çılğın Lənkaran şəhərində tam sərbəst gəzə bilər, hətta dükana daxil olub pul uzadıb su alsan səndən pul götürməyəcəklər, əvəzində isə deyəcəklər "Siz bizim qardaşımısız".
Gecə yolda qalsa bir “İnter”li oyunçu istənilən Lənkaranlı onu evinə qonaq aparar.Amma digər klublar (“Neftçi” , “Bakı” , “Qarabağ” azarkeşi ora ayaq bassa ya zədə alacaq ya da ....!)
“Xəzər Lənkəran”lı azarkeş “Şəfa” stadionunda ( “İnter”in stadionu) tam sərbəst gəzər və istədiyi hərəkəti edə bilər.Halbuki digər klubların azarkeşi isə ya “İnter”li azarkeşin ciddi tənqidinə, yada təzyiqə məruz qalacaq:"Yerini bil bura “Şəfa”dı)
“Xəzər Lənkəran”lı yolda “Neftçi” fanatı tərəfindən təklənsə sanki “İnter”li təklənib deyə köməyə yetişəcək.
Bəs bu cür isti münasibətə səbəb nədir?
Onların dediyi kimi Azərbaycanda iki klub var, biri Bakının “İnter”i digəri Lənkaranın “Xəzər Lənkəran”ı.Uzun zamandırki iki klubun fanatları arasında isti münasibətlər var və heç bir qüvvə bunu poza bilməz.Çünki bu iki fanlar öz klublarının oyunundan həzz alır.Doğurdanda “Xəzər Lənkəran” “İnter”lə oynayanda stadion ağzına kimi dolu olur.Bu iki klub arasında oyun çox zaman böyük hesabla bitir və gözəl oyun keçir, fanatların dili ilə desək "Əsil 2 avropa klubunun oyunu" və ya "Paytaxt və Cənub Deribisi". Hətta Avro Liqa oyunlarında “Xəzər Lənkəran”lı azarkeşlər “İnter”in ev oyunların məhz Lənkaranda keçirilməsini istəyirdilər
Biz bu iki klubun oyunlarının video yazılarına baxdıq doğurdanda deyilən kimidir iki güclü klub, iki hücum futbolu oynayan klub,adam həzz alır.
Bu il Avro liqa başlamazdan öncə iki fan qruplar arasında söhbət gedirdi ki görən “İnter” “Xəzər Lənkəran”ın qisasını alacaqmı “Lex” Poznandan ?
Doğurdan da bu belə oldu, düzdü ilk oyunda Poznan təmsilçimiz qalib gəldi, amma evdə “İnter” bizə divan tutdu.Həm Polşa klublarının uduzmamaq sindiromunu qırdı,həm də “Xəzər Lənkaran”ın qisasın aldı.
İndi Azərbaycanda futbol demək olar ki, 1 nömrəli oyundu və hamı günü-gündən futbola maraq göstərir və bu il Azəri klubları bizə ciddi baş ağrısı oldu.Bizlər bir daha istəmərik Azərbaycan klubları ilə rəqib düşək. Biz gördüyümüzü gördük...
Polşa fanatları.
Mənbə: agli-goylu.ucoz.net
************************************
************************************
************************************
Yazı İnter azarkeşlərinin yenicə açaraq “ağlı-göylü” adı ilə fəaliyyətdə olan internet saytında təqdim olunmuşdur.Saytın adı klubun ağ-göy rəngli rəmzlərinə uyğun seçilmişdir.
Yazıdan göründüyü kimi,Polşalı fanatlar da “Xəzər Lənkəran” və “İnter” azarkeşlərinin qarşılıqlı hörmətini görə biliblər.Bu hörmət məhz qarşılqlı olduğu üçün də uzunömürlüdür.Biz “12-ci oyunçu” olaraq avqustun 21-də yenə “İnter” fanatlarını Lənkəran şəhərinin girəcəyində qarşılayacağıq.Bununla da bir daha Lənkəranlıların qonaqpərvərliyini,eyni zamanda layiqli insanlara hörmətlə yanaşmanın vacibliyini göstərmiş olacağıq.Digər fan klublar da bəlkə anladılar ki,Lənkəranlı azarkeşlər hər kəsi layiq olduğu qaydada qarşılayıb eyni tərzdə də yola salırlar. “İnter” fanatları isə hörmətə layiqdirlər.
Çox hörmətli İslam qardaşım.İnan bu yazı məni çox kövrəlydi.Biz daim Lənkarana gələn zaman orada hörmət görmüşük.Buna görə də Xəzər Azərkeşlərinə və bütün cənub zonasının sakinlərinə dərin təşşəkürümü bildirirəm.