25 fevral (cümə)
AZAL – "Bakı”
"Neftçi” – MOİK
"Qarabağ” – "Turan”
27 fevral (bazar)
"İnter” – "Xəzər Lənkəran”
"Qəbələ” – "Gəncə”
"Simurq” – "Muğan”
Fevralın
25 və 27-də premyer liqanın XXII turunun oyunları keçiriləcək. "Xəzər Lənkəran”
fevralın 27-də "İnter”in qonağı olacaq. Komandamız bu oyunun və "Neftçi” - MOİK
oyununun nəticəsindən asılı olaraq, ən
pis halda turnir cədvəlinin ikinci pilləsində yer alaraq premyer liqanın final
mərhələsinə və ya ilk altılığa qədəm qoyacaq. Beləki, qarşıdakı turda turnir
cədvəlində liderlik edən "Neftçi” autsayder MOİK klubunu qəbul edir və "ağ-qara”ların
hakimin final fitindən sonra meydandan üç
xalla ayrılacağı hamıya məlumdur. Hər halda hərbiçilərin "Neftçi”yə müqavimət
göstərəck gücdə olmaması fikri ilə razılaşmaq lazımdır. Belədə "Neftçi” xalını
48-ə çatdıraraq turnir cədvəlinin ilk pilləsini qorumuş olacaq. "Xəzər Lənkəran”
komandası əzəli rəqibin qələbəsindən sonra, "İnter”lə oyundan istənilən hesabla
ayrılmasından asılı olmayaraq ikinci pillədə qərarlaşacaq. Amma qələbə hesabına "Neftçi”
ilə arasındakı xal fərqini minimumda saxlaya biləcəyini də xüsusi qeyd etmək lazımdır.
Növbəti
turda turnir cədvəlinin ilk altılıq üzrə son iki pilləsi uğrunda da gərgin
mübarizə gedəcək. 5-ci və 6-cı yerlərdə qərarlaşan AZAL və "Bakı” oyununda daha
çox "ləkəli kubok”un sahibləri canfəşanlıq edəcəklər. Çünki, bu oyuna onların xal
itkisi ilə qaşılaşacaqları təqdirdə, "Qəbələ” öz meydanında "Gəncə”yə qalib gələrək ilk
altılıqda yer ala bilər...
|