www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 6 » Altılıqlar arası əlaqə və ya kimə “torba” tikilir...
20:14
Altılıqlar arası əlaqə və ya kimə “torba” tikilir...
Altılıqlar arası əlaqə və ya kimə “torba” tikilir...
Bu yazı, “Bosman” fan klubunun saytında təqdim olunub. “12-ci oyunçu” azarkeş klubunun saytında da yazını oxuculara təqdim etməklə, yazıda gedən fikirlərə şərhlər vasitəsi ilə oxucuların münasibət bildirməsinə şərait yaradırıq.
2009/2010–cu il Azərbaycan premyer liqasında çempionluq və kubok uğrunda 12-komanda mübarizəyə başladı (1-ci dəstə komandaları xeyli əvvəl kubokda mübarizəni dayandırmışdı). Çempionat bu il başqa bir formatda yəni “6-lıq” sistemi üzrə keçirildiyindən, əvvəlcə 12 komandalıq təsnifat mərhələsi keçirildi. Bununla da 1-ci yerdən 6-cı yer də daxil olmaqla qərarlaşan komandalar çempionluq uğrunda, 7-12 –ci yerlər isə elitada qalmaq uğrunda mübarizələrini davam etdirmək üçün final mərhələsi deyilən iki “6-lığ”a ayrıldılar.
Lakin bu iki altılıq arasındakı əlaqə tam kəsilmədi. Kubokda iddiasını ½ final mərhələsinə qədər davam etdirən “Olimpik-Şüvəlan” komandası bu “6-lıq”lararası əlaqəni bu günə qədər yəni 05.05.2010 –cu ilə qədər davam etdirə bildi.
Kubokun ½ final mərhələsində üçü birinci “6-lıq” komandaları olan, “İnter”-“Bakı” klubları bir biri ilə və üçüncüsü “Xəzər Lənkəran” olan, yeganə 2-ci “6-lıq” komandası ilə yəni “Olimpik-Şüvəlan”la mübarizə aparırdı. İlk oyunların nəticələri artıq məlum idi, “Bakı” öz meydanında “İnter”ə 0-1 hesabı ilə yenilmişdi, “Olimpik-Şüvəlan” isə son anda qapıçımız Kamran Ağayevin kobud səhvindən sonra hesabı 1-1 etməyə nail olmuşdular. Baxmayaraq ki, “Xəzər Lənkəran” bu oyunda tam əsas heyətlə çıxış etmirdi. Bunun da əlbəttə çempionat oyunu ilə bağlı öz səbəbi var idi. Çoxları finala çıxacaq komandaların artıq birinci cütlükdən “İnter”, ikinci cütlükdən isə “Xəzər Lənkəran” olacağını düşünürdü. Amma onda turnir cədvəlində vəziyyət və başqa amillər başqa söz deyirdi.
Cavab qarşılaşmasında “Xəzər Lənkəran” öz işinin öhdəsindən “Olimpik-Şüvəlan”a 2-1 qalib gəlməklə, vəzifəsini yerinə yetirmiş oldu və finala adlamağı bacardı. Çünki komandamız həm kubok və həm də çempionluq uğrunda mubarizəsini bütün maneələrə baxmadan davam etdirir. Qaldı ikinci cütün taleyinə rəqib meydanında qələbə qazanan “İnter”, nədənsə öz meydanında “Bakı”ya heç gözlənilmədiyi halda 1-3 hesabı ilə məğlub oldu.”İnter” oyunu udmağa heç istəkli də görünmürdü. Yəqin bu matçı televiziyadan izləyənlər də buna şahid olublar. Belə şübhəli məsələlər bir az düsünməyə vadar edir. Və düşündükcə bəzi mətləblər ortaya çıxır.
Turnir cədvəlinə diqqət yetirsək,sona iki tur qalır, 27-xalla “Xəzər Lənkəran” vahid liderdir. İkinci yerdə 25-xalla “İnter” klubu qərarlaşıb, üçüncü yerdə isə 24-xalla “Bakı” qərarlaşıb. Növbəti, yəni 31-ci turda “Xəzər Lənkəran” səfərdə “Qarabağ”la qarşılaşır və heç olmasa heç-heçə edib xal itirmək ehtimalı var,belə olan halda “Xəzər Lənkəran” xalını 28-ə yüksəldə bilər. Sonuncu, 32-ci turda isə Lənkəranda “Bakı”nı qəbul edəcəyik. Əgər “Bakı” da əvvəlki üzdəniraq ənənələrini yenə davam etdirməyə,yerə uzanmaq və s.kimi hərəkətlərlə heç-heçəyə nail ola biləcəksə, onda bir xal da artırıb çempionatı 29 xalla bitirə bilərik.
31-ci turun digər oyununda “Bakı”, “İnter”i qəbul edir. Burada, “İnter”, “asanlıqla” kubok məğlubiyyətinin “əvəzini çıxır” və xallarının sayını 28-ə çatdırır. Son, 32-ci turda da “İnter” öz meydanında “Qəbələ”ni qəbul edərək qələbə qazanmaqda çətinlik çəkmir və daha üç xal qazanaraq çempionatı 31-xalla zirvədə tamamlayir.
Onsuz da çempionluq ümidləri ərimiş olan “Bakı”nın yeganə ümidi kubokadır ki, o da buna belə nail olmaq istəyir, əlbəttə finalda komandamıza qalib gəlməyi bacararsa... Zatən itirəcəyi bir şey onsuz da yoxdur.
Sizlər necə razılaşırsınızsa, razılaşın. “Xəzər Lənkəran” qalan iki turda da qalib gələcək, və 33 xalla Çempionluğu, finalda qalib gəlməklə isə kuboka sahib çıxmasını bayram edəcəkdir.
Sənin buna gücün yetər “Xəzər Lənkəran”
Bizi, qızıl dublla sevindir İnşaallah!
Bölmə: |Baxış sayı: 611 | Yazar: ISLAM |
Всего комментариев: 5
07.05.2010
5. Dr.Mirhafiz [Материал]
Burda göstərilənlər əslində ehtimal deyil, çünki bəzi anoloji xəbərlər qulağımıza çatmaqdadır.Müxtəlif üsullarla komandamıza mane olmaq faktı birinci dəfə deyil. Belə olacağı halda biz gecikə bilərik və hər şey əldən gedə bilər. Bunların belə olmaması üçün "Xəzər Lənkəran" azarkeşləri olaraq, hansı önləyici tədbirləri həyata keçirə bilərik? Xahiş edərdim bu barədə münasibət bildirəsiniz.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

06.05.2010
4. Xezerfanatiki [Материал]
Bura Azerbaycan,torbalar diyarı...
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

06.05.2010
3. Xezerfanatiki [Материал]
Torba alınmayacaq,çünki,bizim komanda qalib olacaq.Kubok da bizimdir,çempion da biz olacagıq,Allahın yardımı ile !!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

06.05.2010
2. Amid [Материал]
Mence bu defe,bize torba tike bilmeyecekler.Xezer lenkeran gücünü göstermelidir.Çempion bizik.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

06.05.2010
1. Aftandil Babayev (Talisman) [Материал]
Duz deyirsiz men eyni ile sizin kimi dusunrdum hele kubokda cavab qarsilasmalri olmamisdan qabaq.Oyun geden zaman ise men oz meqalemi Facebook da "Xezer-Lenkaran' azerkes qrupunun sehifesinde yerlesdirmisdim.Burada men sizin dediyiniz Inter ve Baki arasinda anlasmadan subhelendiyimi yazmisdim.Yeri gelmisken haminizi o sehifeye uz olmaqa caqiriram.Insallah Xezerimiz cempion olar ve alasma oz menasini itirecek.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz