Ana Səhifə» 2010»Sentyabr»19 » Artıq döyüş zamanıdır,haydı İrəli !
21:01
Artıq döyüş zamanıdır,haydı İrəli !
Futbol üzrə ali
qurumlar olan FİFA və UEFA-ya və hər iki qurumun prezidentləricənab Jozef Blatterə və cənab Mişel
Platiniyə.
Biz bütün bu olanlardan sonra
sizlərə müraciət etmək məcburiyyətində qalırıq, futbolda haqq-ədalət olmasını
hamı dilə gətirir, lakin hec də hamı əməl etmir. Azərbaycanda futbolun
inkişafindan ağızdolusu danışan futbol qurumlarımız görün nə işlərlə məşğul
olurlar.
Bu ədalətsizliklər əsasən onminlərlə
azarkeşi olan ‘’Xəzər Lənkəran’’a qarşı baş verir. Ölkənin futbol
statistikasına nəzər salsaq, ‘’Xəzər Lənkəran’’ın bir matçına gələn azarkeş
sayı, ümumilikdə bir neçə tur digər klubların ümumi azarkeş sayından dəfələrlə
çox olur.Bəlkə də elə bu, futbol
qurumlarımızda oturanların qısqanclığına səbəb olur?
Onların zorla, çökmüş sovet rejimində
oldugu kimi, hansısa komandanı nəyin bahasına olursa, olsun çempion etmək
istəkləridir. Bu yolda onlar hətta çirkin olan hər bir vasitədən belə istifadə
etməkdən çəkinmirlər. Bu komanda sovetdən qalma "Neftçi”dir və sonda onun
çempion olmasının şahidi olsanız təəccüblənməyin. Bu vəziyyət bir neçə ildir
ki, davam edir. Lakin onu çempion edə bilmirlər ki, bilmirlər. Bu illər ərzində
bu komandaya güclü transferlər etmədən, meydandankənar vasitələrlə buna nail olmaq
istəsələr də, bunun mümkün olmadığını gördülər. Məhz bundan sonra bir-iki orta
səviyyəli transfer etməklə və bu meydandankənar amillərini işə salmaqla
istəklərinə nail olmağa çalışırlar. Biz bu illər ərzində Azərbaycan futbolunun
yaxın izləyiciləri kimi bunu tam əminliklə deyə bilirik. Lazım gələrsə, buna
misal olan oyunlardan videogörüntüləri həm siz özünüz əldə edə bilər və ya biz
sizlərə göndərə bilərik.
Bu, 2010/2011 mövsümü yeni başlasa
da, artıq bu işlərə indidən start verilib. Turnir cədvəlində, beş turdan
sonra1-ci və 2-ci yerləri "Xəzər
Lənkəran”la bölüşən "Neftçi” üçün artıq belə qara işlərə start vermişlər.
"Muğan” komandasını evdə qəbul edən "Neftçi”nin oyuna bir gün qalmış, oyunu
idarə edəcək hakimlər briqadasının tərkibində dəyişiklik edildi. Yəni
əvvəllcədən təyin olunmuş yan xətt hakimi son anda "sözəbaxan” imici ilə
tanınmış E.Nağıbəyova həvalə olundu. Düzdür bunu əvvəlki yan xətt hakiminin
ailə vəziyyətində problem olduğu ilə izah edən futbol qurumları sonradan bir
maraqlı məqamla bizləri üz-üzə qoydular. Məhz bu matçda, E. Nağıbəyovun yan
hakim kimi nəzarət etdiyi cinahda "Neftçi”nin futbolçusu ofsayt vəziyyətinə
düşür və E. Nağıbəyov ofsayt faktını qeydə almır, ardınca "Neftçi”nin ofsaytda
olan futbolçusu qapıçı ilə adi oyun epizodunda toqquşur və budur baş hakim
penalti nöqtəsini göstərir, 1:0. Oyun elə bu hesabla da bitir. "Neftçi” 3 xal
"qazanaraq "Xəzər Lənkəran”la yenidən xallarını eyniləşdirir. Halbuki,
bütünlukdə matçın ikinci hissəsini "Muğan” klubu rəqibindən xeyli üstün
səviyyədə keçirir. Matçsonrası mətbuat konfransında "Neftçi”nin baş məşqçisi
"oyunu zəif keçirib, qalib gəlmək də olur” kimi fikirlər səsləndirir.
Altıncı turda "Xəzər Lənkəran” Salyan
şəhərində "Muğan” klubunun qonağı oldu. Matç başlayar-başlamaz heç bir ciddi
əsas olmadan matçın baş hakimi Anar Salmanov, "Xəzər Lənkəran” ın
futbolçularına bir neçə sarı vərəqə göstərərək onların "əl-qolunu bağladı”.
Bundan sonra "Xəzər Lənkəran” ın futbolçuları anladı ki, ikinci başqa bəhanə
ilə onları qırmızı vərəqə gözləyir və beləliklə, komandanı azlıqda qoya
biləcəklərindən ehtiyatlanıb, məcburi oyunun tempini aşağı salmalı oldular,
lazımsız ehtiyatlanma prinsipi ilə oyunu davam etdirdilər. Halbuki, rəqib
futbolçuların qat-qat kobud oyunu və rəftarına, Anar Salmanovun "dözümlülük
göstərərək” nəinki kart göstərməməsi, onlarla uzun-uzadı söhbət edərək oyunun
vaxtını "yeməsi”, sonda da əsas vaxta yalnız 3 dəqiqə əlavə edərək (İkinci hissədə ən azı 6-dəqiqə vaxt itkisi olsa da ) həvəslə
final fitini səsləndirməsi, onun əvvəlcədən hansı "planla işlədiyinin”
göstəricisi sayıla bilər. Oyun zamanı"Xəzər
Lənkəran”lı futbolçunun rəqibin cərimə meydançasında kobudluqla qarşısı alınanda
da baş hakim hamını heyrətləndirərək
zərəçəkəni sarı vərəqə ilə cəzalandırdı. Matç bitəndən dərhal sonra AFFA
nümayəndəsinin belə idarəçiliklə təhqir olunmuş "Xəzər Lənkəran” azarkeşlərinə
tərəf gəlib onlara barmaq silkələməsi, müxtəlif sözlərlə onları hədələməsi nə
dərəcədə qanunauyğundur?
"Xəzər Lənkəran” a qarşı belə praktikadan
əvvəlki illərdə də çox istifadə olunub və bunun özlərinə yarayan effektindən
futbol qurumlarında çalışanlar çox faydalanıblar. Birbaşa "Neftçi”yə işləyən,
futbol qurumlarında çalışanlar bir çox vasitələrlə, o cümlədən hakimlərin əli
ilə çox iyrənc işlər görməkdə davam edirlər. Əvvəllər "Neftçi” rəhbərliyində
çalışan insanlar, indi ölkədə ali futbol qurumunda ən yüksək vəzifələrdə
çalışırlar. İndiki "Neftçi” rəhbərliyi isə onlara çox yaxın qohumluq əlaqələri
olan insanlardır.
Bütün bunlar sentyabrın 25-də "Xəzər
Lənkəran” – "Neftçi” oyunundan əvvəl baş verirsə, onda keçən il olduğu kimi,
qarşıdakı bu oyunda "Xəzər Lənkəran”ı hansı haqsızlıqlar gözləyir? Əgər mövsüm
başlamamış kiminsə çempion olacağı əvvəlcədən məlumdursa, onda çempionatı
keçirmək kimə lazımdır və ya həm ölkə tərəfindən, həm də klublar tərəfindən bu
qədər xərclənən pulların nə əhəmiyyəti var?
Futbol üzrə ali qurumlar olan FİFA və
UEFA-ya və hər iki qurumun prezidentləri cənab Jozef Blatterə və cənab Mişel
Platiniyə.
Bir neçə il
öncə MDB kubokunun finalında oyununu izlədiyiniz və güclü rəqibləri yenərək turnirin qalibi kimi kuboku başı üzərinə
qaldıran "Xəzər Lənkəran” indi daha da güclü olmasına rəğmən sifarişləri
yerinə yetirən hakimlərin qərəzli əməllərinə və təzyiqinə məruz qalaraq həmin turnirdə çıxış
edən klublardan daha zəif bir komandanı məğlub edə bilmir.Ölkənin futbol
qurumları isə nəinki bu hadisələrə qarşı seyirçi mövqe tuturlar, hətta
sifarişlərin "kassir"inə çevriliblər.
Biz "Xəzər Lənkəran” azarkeşləri kimi, doğma komandamızın başına
gətirilən, həmçinin bununla da bizlərin təhqir olunması istiqamətində aparılan
bu kompaniyaya son qoyulması üçün sizdən kömək gözləyir və nə vaxtsa ölkəmizdə
də sağlam futbol şəraitinin yaradılacağına inanmaq istəyirik.
QEYD:Azarkeşlərin müzakirəsinə təqdim olunan mətn İngilis dilinə tərcümə olunaraq FİFA və UEFA-ya göndəriləcək.
Seymur qaqa duzdu ancaq istefa vermeselerde canli yayimda peyk vasitesil ile biz bunu butun dunayay tanitdira bilerik eger utanmaz deyilse o istefaya cagirdimiz adamlar cixib gedecekler o ozude yenir amin musayev men innamiram lenkerana gelsin selyana geldi ama lenkerana gelmeyecek ve istefanlari ve s suarlari canli baxmaq biraz pis olar onucun televizirda baxacaq ailesi ile birlikde onda lap ella girecek yere onun o vaxt sifetini gormek isteyerdim nece alcalir her oyunda bu tekrarlansa o hortmen onsuzda duwub ama boyuk memurlara pul qazandirdiqi ucun onlarcun hormetdei ele etmeliyik bu 2 3 neferi butun dunyaya catdiraq bunlari istefa sozunu ingilis dilinde rus diinde desek ve buna baxan olkenden kenarlar hamisi azerbacanin gozel futbol olmasini bilsinler.yegane olke azerbaycandirki butun dunyada premir lia bawdamamiw sene deyirler cempiyon kimindir , kobuk kimindir
Usaqlar hec neden cekinmey lazim deyil. Yeni bu mesele sivil qaydada ve soyuq basla hell olunmalidir. Neftci ve Qarabgin oyununda ust uste 500 azerkes var idi. Bunu PFL ve AFFA da cox gozel bilr. XL azerkeslerinden basqa bu memleketde heqiqi azerkes yoxdur. Stadiona oyun zamani yad esya atmaq lazim deyil ve bunu etrafinizdakilarada basa salin. En gozel usul suarlardir. Bu usul butun dunyada var. Bax bizim gucumuzde azerkes sayinin cox olmasidir. Biz istediyimize nail ola bileriy. Tesevvur edin her oyun bu serefsizlerin unvanina ''gozel'' suarlar seslense, sonu nece olacay. Ve bunu hammi billir ki, XL sefer oyununda 1000 azerkes olur. Ve bu reqem suar seslendirmeye kifayet edir. Acigi bu alcaqlarin istefa vermesine inanmiram. Amma unutmaq lazim deyil ki haqq biziy. Ve bu isde insAllah Allah bizlere yardim olacay. En azindan buna nail olacayiq ki, bu serefsizler XL oynadigi oyunlara ayaq basmayacaq, cunki her oyun bele suarlarin qarsisinda 90 deq durus getirmey elede asan deyil. Ve en esasi novbeti oyunda plakatlari oyundan once acmaq lazim deyil. Start fiti ile eyni zamanda plakatlar acilmalidir. Suarlari ise her zaman seslendirmey olar. (soyus soyulmese daha yaxsi olar, cunki bu pis soyus soymey dinimizde yasaqdir, yeni ''alcaq'' ve ya ''serefsiz'' kifayet eder. Allah bu isde bizlere yardim olsun.
ella cox gozel bu mektubu affayada gonderses alla olar bilirik herweyi tewkil eden onalrdir ama etses ella olur bilmirem kecen defede efqan hemzeyev beleherket etmiwdi ondada uefaya muraciyet olundu bilmedim yerine yetirildi gedliler numayendeler ama yene kohne tas kohne hamam bir ciddi iw gorsunlerde gerke klub baglansin sonra bawdasinlar temizliye redd olsunda ramin neftci oyununda laizmli gerkeleri etmeliyik ozumuze yarawan istefalalari edek ve utanib yere girsin ramin ve ramin ki,ler xeqani efqan anar kimi adamlar yere soxum onlarin shexsiuetini daha njiye uturublare orda qargiw gelir cixin redd olunda ordanda ozunuzu dahahormetden saldizda ogul qizlariniz ovladlariniz var ay ramin xeqani anar efqan utanin daha ovladlarinin bawini awaqi tutmayin kucede ogul qizlariviza ne deyecekler ataniz p...... dir buyun ardina atir haram pul yeyirsiz besdirinde men hemiwe yazanda ureyim gedir daha dayanmir ele isteyirem soyum siziqargiw edim size gedinde gedin daha besdirin sizin axtinz qurtardi bunlari gonderin daha bir futbolumuz iwiq uzu gorsun.
Anar salmanov PESKADI ona gosterisi ele veribler///// istemirde BABEK QULIYEV kimi OFSAYIDDA qalsin.....Corek qazanmag isteyir....ona gorede PEYSERE atir!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Seymur, yanlışlığa düzəliş olundu.Diqqətli olduğunuza görə minnətdaram.Digər azarkeşlərdən xahiş olunur ki,yanlışlıq gördükdə saytın admini ilə dərhal əlaqə saxlasınlar.
Yaxsidir. amma anar salmanov (serefsiz) 2 hisseye 3 deq elave etmisdir. amma metnde yazilib ki hez 1 deqiqe bele elave etmeyib. bele qurumlara yazilan mektublarad diqqetli olmaq lazimdir. faktlari oldugu kimi vermey lazimdir. qerari onlr verecey.