Ana Səhifə» 2010»Sentyabr»5 » Ay lolo "Neftçi"nin...,ay lolo PFL-in..,ay lolo...
00:33
Ay lolo "Neftçi"nin...,ay lolo PFL-in..,ay lolo...
"Futbol
da bir dünyadır” deyimi, həqiqətən də çox gözəl bir deyimdir. Biz
futbolsevərlər idmanın şahı adlandırdığımız bu idman oyununda nələr görməmişik,
dilə gətiriləsi olmayan hansı həyəcanları yaşamamışıq. Hərənin sevdiyi bir klub
var ki, onunla yaşayır, fəxr edir, öyünür, ona nəğmələr qoşur.
Lakin "Xəzər lənkəran”
azarkeşləri də özünəməxsusluğu ilə seçilir, onu "Sən bizim qürurumuzsan!”
deyə qürürlanır, "öncə vətəni, sonra səni sevdik!” deyə sevgisini izhar
edir, start fitindən, final fitinə qədər inanılmaz dəstək nümayiş elətdirir,
harada oynamasından asılı olmayaraq onu yalnız buraxmır, gününün çox hissəsini
komandası haqda düşünür, söhbətlərinin əsas hissəsini komandasına ayırır, ona
əks gedənlərin yerindəcə cavabını verir, istənilən sivil yolla doğma
komandasını müdafiə edir və sair. Ən yaxınına və ən əzizinə olan münasibətini
"Xəzər Lənkəran”dan əsirgəmir. Bu böyük ailənin möhkəmliyi və böyüklüyünün
sirri də bundadır. Bu günə qədər "Xəzər Lənkəran”a çox mahnılar qoşulub,
çox şüarlar səsləndirilib. Amma "Xəzər Lənkəran”ın cənub bölgəsini təmsil
etdiyini nəzərə alaraq və bu bölgənin digər məşhur xalq mahnilarından biri olan
"Ay Lolo” xalq mahnısının musiqisi üzərində qurulmuş, sözləri isə
"Xəzər Lənkəran”a aid olan bir mahnını oyun zamanı bütün azarkeşlər bir
ağızdan oxusalar, stadion necə də doğma və möhtəşəm bir "havaya” qərq
olar. Bu mahnını hamı bildiyi üçün onun həyata keçirilməsi də yəqin ki çətin
olmaz. Bu xalq mahnısının musiqisinə Mirhafiz Babayevin yazdığı sözləri,
azarkeşlərin müzakirəsinə buraxmaq, onların istəyi ilə dəyişikliklərin
edilməsi, nəhayət belə bir özəlliyə də sahib olmamız bizcə, oyunlar zamanı çox
xoş bir ovqata gətirib çıxarar və bu da komandamıza özəl bir dəstək olar.
Beləliklə, hamının əzbər bildiyi "Ay lolo” aşağıdakı sözlərlə sisin
müzakirənizə verilir. Gəlin bu işi "Neftçi” ilə oyuna qədər tamamlayaq və
bu mahnının sədaları altında əzəli rəqibimizi məğlub edək.