Ana Səhifə» 2010»İyul»3 » Azərbaycan bayrağı "Xəzər Lənkəran"ın problemlərindən də ucadadır...
21:42
Azərbaycan bayrağı "Xəzər Lənkəran"ın problemlərindən də ucadadır...
"12-ci oyunçu" azarkeş qrupunun təşkilat komitəsi azarkeşlərə müraciət edir.
Biz illərdi bu oyunu gözləyirdik.İndi buyurun, iyulun 8-də Moldova təmsilçisi Lənkərana gəlir,bəli məhz Moldova təmsilçisi.
Əslində "Olimpiya" klubu Moldovanın Belç şəhərinin komandasıdır.Lakin, avroliqa turnirində bir kimsə bunun fərqində deyil.Bu faktdır ki, "Olimpiya" buraya Moldova təmsilçisi kimi gəlir.Eynən onlar da Lənkəran gəlib bir Azərbaycan təmsilçisi ilə qarşılaşacaqlar.Ona görə də biz klub rəhbərliyi və baş məşqçiyə qarşı olan bütün narazılıqlarımızı bir oyunluq unutmalıyıq.
Biz Azərbaycanımızın adını və ölkə futbolunun şərəfini düşünməliyik.
Bir neçə gün öncə saytımızın şərh bölümündə "XL" nikli bir azarkeş belə yazmışdı:
-"Oyunu boykot etmək olmaz.Həmin gün "Xəzər" meydana ağ-yaşıl bayraqla deyil Azərbaycan bayrağı altında çıxacaq.Mənim üçün Azərbaycan bayrağı "Xəzər Lənkəran"dan da onun problemlərindən də ucadadır..."
Şərhin müəllifi öz mövqeyini bildirərkən daxildən gələn hisslərini,vətənə olan sevgisini ortaya qoymuşdur.Azərbaycan bayrağı bizim üçün ucadır.Məgər "Xəzər Lənkəran"ın yarandığı 2004-cü il tarixindən əvvəl biz Azərbaycanı avropada təmsil edən klublara və ya milli komandaya ölkəmizi təmsil etdiyi üçün azarkeşlik etmirdikmi ?
İyulun 8-dəki oyunda, bu vətən sevgimizə, avropa səviyyəli turnirdə doğma şəhərimizin komandasına da dəstək olmaq şansının əlavə olunması, həmin gün stadionda daha coşqu ilə azarkeşlik etməyimizə əsas verir.
Biz "12-ci oyunçu" azarkeş qrupunun təşkilat komitəsi olaraq həmin gün "Fırtınalar Meydanı"nda "Xəzər Lənkəran"ı qələbəyə sələyərkən səsimiz batana qədər,boğazımız ağrıyana qədər,gözlərimiz qaralana qədər,huşumuzu itirənə qədər,bütün çılğınlığımızla azarkeşlik edəcəyik.Daim "Fırtınalar Meydanı"nın "E" sektorunda görünən "12"-rəqəminin sağ və sol tərəfində Azərbaycanın üçrəngli bayraqları asılacaq.
Qoy Moldovanı avroliqda təmsil edən "Olimpiya" klubunun rəsmiləri,futbolçuları və azarkeşləri görsünlər qafqazın ən cənub bölgəsində ölkəsinin bayrağının ucalması üçün huşunu itirməyə də razı olan cənublular var.
Qoy Moldovalılar bilsinlər ki,bizim üçün futbol vasitədir.
Biz bu vasitə ilə vətənimizə və yurdumuza olan sevgi və məhəbbətmizi biruzə veririrk.
Qoy onlar bizi "Qafqazın çelsisi"nin azarkeşləri kimi yox,qafqazın ən qeyrətli,ən çılğın azarkeşləri kimi tansısınlar.
Qoy onlar da başqaları da bilsinlər ki,bizim sevgimiz pulla və var dövlətlə ölçülmür.
Qoy onlar da başqaları bilsinlər ki,Lənkəranda ölkənin ən varlı klubu deyil ən kasıb klubu da yardılsaydi belə biz eyni çılğınlığımızla tanınardıq.
Moldovaya qayıdandan sonra "Olimpiya"lılar nə vaxtsa bir dəfə də "Xəzər Lənkəran"la rastlaşanda haqqımızda "Qafqaz çelsisi"nin azarkeşləri deməsinlər.
Qoy onlar "Qafqaz çılğınları"nın futbol klubu olan "Xəzər Lənkəran" desinlər.
Fırtınalar meydanın sözünün stadion diktoru tərəfindən deyilməməsinə etiraz olaraq şəxsən mən 3-dəfə klub prezidentinə müraciət etmişəm.Bir dəfə də 12-ci oyunçu adından etiraz məktubu yollamışıq.Hətta biz məktubda Fırtınalar meydanının fikrinin yaranma tarixini də ona anlatmışıq.2005-ci ilin sentyabrında futbol + qəzetinin o vaxtki ( İlk ) bölgə müxbiri sonradan 12-ci oyunçunun yaranmasında müstəsna xidmətləri olan Anar Məmmədli bu fikri öz məqaləsində vermişdi.Onu da qeyd edim ki,ilk dəfə Anar bu fikri səsləndirmiş və məqaləsində o haqda yazmaqla dillər əzbəri etmişdir.Bu faktı sübut edə biləcək insanlar da hələ ki,sağdırlar.O hadisədən 3-il sonra isə Xəzər Lənkəranın Bakı fan klubu müstəqilliyini elan edərək Fırtına adıyla fəaliyyətə başladı.İndi isə klub rəhbərliyi Fırtına fan klubu ilə aralarında olan nəyəsə görə stadionda bu sözlərin deyilməsinə qadağa qoyursa (?) buna kim rəsmi və ya qeyri rəsmi etiraz edib görəsən.Mən və 12-ci oyunçu azarkeş qrupunun etirazları fakt olaraq ortada vardır.Biz etiraz edərkən Fırtınalar Meydanı fikrinin müəllifi olan Anar Məmmədli ilə də bu haqda məsləhətləşdik əvvəlcə.Messi indi siz ha ha ha deməklə nə demək istədiyiniz dəqiq deyin mümkünsə.onu da qeyd edim ki,Anar Məmmədli qəzetin bölgə müxbiri kimi çalışanda mən öz hesabıma həmin qəzetə şəkillər çəkib göndərirdim,adım qəzetdə həmin ərəfələrdə yazılsa da qəzetdən pul almırdım.Həmin fikrin yaranmasından sonra 2005-ci il sentyabrda qəzetdə o məqalə ilə yanaşı çıxan şəkili də mən çəkmişəm.Ümumiyyətlə Fırtınalar meydanının mıətbuatda çıxan bütün ilk şəkillərini də mən çəkirdim və öz hesabıma qəzetlərə göndərirdim və hər dəfə də şəkilin altında yazılan yazı isə belə olurdu - Fırtınalar meydanı.O vaxtlar qəzetlər Fırtınalar meydanı kimi qəbul etmək istəmədikləri o stadionu biz Anarla birgə düz bir ilə bütün ölkəyə məcburi olaraq qəbul etdirdik.Siz messi bunları bilirsinizmi ? Baxın bizə ki,qadağa qoymaq mümkün deyil. Biz bütün yazılarımızda Fırtınalar meydanı yazırıq.Biz dəyişmədik fikrimizi və özümüz də dəyişmədik.Qoy özləri və fikirlərini tez - tez dəyişənlər düşünsünlər.Fırtınalar Meydanı fikrini yaradanlar,hər yerdə deyənlər də , stadionda qadağa ediləndə etiraz edənlər də bütün vəziyyətlərdə biz - 12-ci oyunçu olub.Maraqlı olarsa sizin üçün ümumiyyətlə Fırtınalar Meydanı fikrinin nədən və necə yaranmasını da yazaram.Axı mən bu hadisələrin ən yaxın iştirakçısı və şahidiyəm.Elə şeylər vardır ki,bunu yalnız mən və Anar Məmmədli bilirik.
Bu oyuna mence hami,razida-narazida gedecek.Ona gorede lazimsiz tebligata ehtiyac yoxdur.Ayin 8- Xezer-Lenkaran oynayir ve hemin gun biz Xezere gore oyuna baxmaqa gedirik,elimizde Xezer-Lenkaran bayraqi ile.
Kabralın niyə oynamaması ilə əlaqədar başqa bir şərhdə də sorğuya rast gəlmişdim, ozümün də bu barədə narahatçılığımın olmasına cavab almaq istəyim vardı. Amma, Moldovadakı oyunun ardından çıxan idman nəşrlərində və hamımızın etibar etdiyi "Futbol+" qəzetində Kristian Kabralın məşqlər zamanı yüngül zədə alması ilə bağlı və buna görə oynaya bilməməsi ilə əlaqədar informasiyalar getmişdi. Allah qoysa, cavab oyununa qədər hər şey düzələr və Kabralı meydanda görə bilərik. Hətta arzu edək ki, bir məhsuldar ötürməyə və bir qola imza atsın.
Gəlin, Azərbaycanın cənub şəhəri ilə birlikdə Avropanın Futbol tarixinə düşmə şansımızı qaçırmayaq!
"Xəzər Lənkəran” klubu bildiyimiz kimi, Avropa liqası 2009/2010 mövsümündə çıxış etmək hüququ qazanıb. "Olimpiya” Beltsı (Moldova) klubu ilə ilkin təsnifat mərhələsində artıq iyul ayının 1-də, ilk görüşünü səfərdə keçirən doğma komandamız, iyul ayının 8-də cavab görüşünə çıxacaq.
Bu günə qədər Avropa miqyasında keçirdiyi rəsmi görüşlərini doğma meydandan kənarda keçirməyə məcbur olan "Xəzər Lənkəran” klubu nəhayət, bu il ilk dəfə olaraq, ev oyununu doğma şəhərdə yəni Lənkəranda, "Xəzər Lənkəran Mərkəzi Stadionu”nda, onu özlərinə qurur sayan öz çılğın və sadiq azarkeşlərinin qarşısında keçirməklə tarixə düşəcək. Elə ilk rəqib komanda kimi də "Olimpiya” Beltsı (Moldova) klubu, "Xəzər Lənkəran Mərkəzi Stadionu”nun ilk beynəlxalq qonağı olacaq.
Düzdür, "Xəzər Lənkəran Mərkəzi Stadionu”nda iki dəfə əsas və U-17 yığmalarımızın oyunları keçirilib. Amma "Xəzər Lənkəran” klub olaraq, məhz ilk beynəlxalq matçını iyul ayının 8-də "Olimpiya” Beltsı (Moldova) klubuna qarşı keçirəcək.
Ümumiyyətlə, ilk beynəlxalq oyununu 2004/2005 mövsümündə, Avropa kuboklarına vəsiqə qazanmaqla elə Moldovanın "Nistru” komandasına qarşı oyunlarla beynəlxalq tarixə düşən klubumuz, o zamankı ev oyununu "T. Bəhramov adına stadion”da keçirmişdi. O zaman UEFA-nın tələblərinə cavab verən stadionumuz inşa edilirdisə, beynəlxalq uçuşları qəbul edəcək hava limanımızın olmaması bunu əngəlləyirdi (ölkədaxili uçuşları qəbul edən hava limanımızın olmasına baxmayaraq).
İndi, UEFA-nın tələblərinə cavab verən hər bir şəraitimizin qaydasında olması bizi çox sevindirir. Elə doğma şəhərimizdə, ilk beynəlxalq oyunda da komandamızın bizləri öz qələbəsi ilə mərhələ adlayaraq, daha bir ilkə imza atmaqla, sevindirəcəyi günü səbirsizliklə gözləyirik.
Həmçinin klub rəhbərliyindən UEFA-nın tələblərinə uyğun yaratdığı şəraitin ardıca, UEFA-nın hər iki liqasının qrup mərhələsində mübarizəyə davamlı bir "Xəzər Lənkəran” formalaşdırmağı təvəqqe və tələb edirik.
Qoy, 2010-cu il iyulun 8-də, klub futbolu tarixində, ilk beynəlxalq arenaya çıxacaq Lənkəran şəhərini və onun "Xəzər Lənkəran”ını bütün Avropa tanısın və bununla da beynəlxalq uğurlarımızın başlanğıcı qoyulsun!
Gorunur rehberlik azerkeshlerin meydana GELMEMESINDEN YAMAN NARAHATDIR. Bu meqsedle de her sheye el ati kechmekle Aganin ugurlarini gozumuze soxa bilmezler!maga hazirdilar, yalniz Agani qovmaqdan bashqa. Olimpiyan
MEN qardaş vetenin namine ne etsek menliyimize leke düşmez.Xezer onsuz da qalib gelecek sen ve men getmesek de,Olimpiya zeifdir.Burda söhbet ondan gedir ki,azarkeş olaraq Azerbaycanın adı namine destek olmalıyıq.Bir neçe il sonra Xezerin indiki problemleri hell olar o zaman Lenkeranlı azarkeşler haqda heç kes danışmaz.Amma 8-de biz ele etmeliyik ki,iller sonra da bizden danışanda layiq oldugumuz kimi danışsınlar.
Men Xezer Lenkeranin azerkeshiyem.Amma sozun duzu kamandaya azerkeshlik elemeye daha adam utanir.Xezerde demek olar ki hucum xetdi yoxdu. Kabral niye o gun oynamirdi?aga onunda qovmaq isteyir.yeqin onun movqeyinde Mahmudu dushunur!Kalinkov,Svetkov,Osvaldo kimi oyunculari qovandan sonra,XEZER ne oyun gosterer!!! Alim,Xeqani XEZERIN neyine lazim?Zaur yene basha dushulendir,XEZERE qelebe getiren gunleri olub.Ehtiyatda oturmaga ona yer tapila biler. XEZERI COX SEVDIK,AMMA MENLIYIMIZ SEVGIMIZDEN DAHA USTUN!!!
Biz azarkeşlər daha çox "Qafqaz çılğın"ları adı ilə tanınmağa layiqik.Mən bu çağırışa qoşulan ilk azarkeşlərdən biri,bəs ardı varmı ? Kim özünü həqiqi çılğın azarkeş sayırsa buyursun fikir bildirsin.Etiraz etmək bacarığı çılğınlığın bir hissəsidir,bəs o birisi ən çətin anda özünü sübut etmək bacarığı kimdə var ? Kim əlində Azərbaycan bayrağı tutaraq, "Xəzər Lənkəran"a çılğın şəkildə dəstək olmaqla rəqib komandanı şoka salmağa hazırdır,kim "Fırtınalar Meydanı"nda bizə qoşulacaq ?