Ana Səhifə» 2010»Dekabr»4 » Azərbaycan futbolunda nə desən olar...
18:38
Azərbaycan futbolunda nə desən olar...
Azərbaycan futbolunda nə desən olar...
"Turan” – "Xəzər
Lənkəran” oyununda qəribə bir hadisə
qeydə alınıb. Beləki, "Xəzər Lənkəran” komandasının hücumlarının
birində yan xətt hakimi futbolçumuzun ofsayda düşməsini qeydə alıb, baş hakim isə davam işarəsi verib.
Vurulan qolu qeydə alan Fariz Yusifov meydanın mərkəzini göstərib. Daha sonra meydan
sahibi klubun rəhbərləri meydana çıxıblar. Ara qarışıb, hər iki komandanın baş
məşqçisi və kapitanları da söhbətə müdaxilə etməli olub. Bundan sonra Fariz Yusifov
qərarını dəyişərək oyunu davam etdirib və vurulan həmin qol isə hesaba
alınmayıb. Oyunu canlı izləyənlərdən bir çoxunun dediyinə görə həmin qalmaqallı
epizodda ofsaydda olan futbolçumuz deyil, ofsayda düşməyən oyunçu topu götürüb irəliləyirmiş.
Başqa sözlə qolun qaydalar çərçivəsində vurulduğunu iddia edirlər.
Ədalətli oyun prizmasından yanaşaraq biz, komandamızın
vurduğu hər hansı qolun qaydalar çərçivəsində olmasını istəyirik və elə "Xəzər
Lənkəran”a da təmiz qələbələr yaraşır. Amma məsələnin digər tərəfi də
vardır. Beləki, kubokun finalında məlum biabırçı qolu bir Azərbaycanlı hakim qeydə
alırsa və cəmi 7-ay sonra isə digər Azərbaycanlı
hakim qeydə aldığı qol qərarını dəyişirsə burada təzad yaranır. Xaqani Məmmədov bu
hakimləri necə hazırlayır ki..?
Axı deyəsən biz təzadlar və müəmmalar ölkəsində
yaşayırıq. Bu ölkənin futbolu da müəmmalı
qərarlar və ya qərarların müəmmalı şəkildə dəyişilmələri ilə yadda qalır..!
Nə olursa olsun
verilən qərarlar və dəyişilən qərarlar nəyə görəsə daim "Xəzər Lənkəran”ın əleyhinə
sonuclanır ?!
Xaqani Məmmədovun Fariz Yusifova oyun öncəsi göndərdiyi son təlimatın
belə olduğunu düşünmək olar:"İstəmirsən
çəkiləsən çarmıxa, bacarginən gah nala vur gah mıxa...”
Cavab: Sizin şərhiniz ona görə silindi ki, yazdıqlarınız bizim amalımıza yaddır. Mümkünsə xahiş edirik, nəzərə alasınız ki, bu sayt idman əsasən isə futbolla bağlı mövzuların müzakirəsi üçün nəzərdə tutulumuş azarkeş saytıdır. Xahiş edirik təyin olunmuş qaydalara riayət edəsiniz.