Qabaqcadan
deyildiyi kimi Lənkəranda milli qəhrəman Mübariz
İbrahimovun xatirəsinə həsr ounan futzal turniri keçiriləcək. Artıq noyabrn 15-dən başlayaraq turnirdə çıxış etmək üçün sifariş ərizələri
qəbul olunur. Sifariş ərizələrinin qəbulu dekabrın 4-nə qədər davam edəcək. Xatıraladaq ki,
turnirdə komandalar bir neçəqruplarda mübarizə
aparacaqlar ki, həmin qruplar işğal altında olan şəhər və rayonlarımızın
adlarını daşıyacaq. Dekabrın 5-də püşk atılacaq və 19-dekabr tarixində start
götürəcək turnirin finalı 2011-ci il fevralın 7-də olacaq. Xatırladaq ki,
7-fevral şəhid Mübariz İbrahimovun doğum günüdür.
Oyunlar Lənkəran olimpiya kompleksinin örtülü
zalında keçiriləcək.