Fevralın
14-də bir qrup azarkeş, saytımız vasitəsi
ilə klub rəhbərliyinə müraciət edərək, fevralın 20-də "Fırtınalar meydanı”nda
keçiriləcək "Xəzər Lənkəran” – AZAL oyununun
başlama vaxtının 18:00 və ya 19:00 saatlarına təyin edilməsi istəyində
olduqlarını bildirdilər. Təbii ki,
saytımızın azarkeşlərə xidmət etdiyini xatırladaraq, saytımızda bu məsələni
işıqlandıracağımızı bəyan etdik.
Bu
arada "Bosman” fan klubunun rəsmi internet saytında (bosman.at.ua) da bu mövzü
ilə əlqaədar klub rəhbəırliyinə müraciət təqdim olunmuşdu. Biz ilk növbədə
saytımızda "Bosman” fan klubunun müraciətini işıqlandırdıq. Ardıyca "Xəzər Lənkəran”
klubunun icraçı direktoru Höccət Hacıyevə azarkeşlərin istəklərini çatdırdıq.
Klub rəsmisi artıq bu barədə xəbərdar olduqlarını dilə gətirib, azarkeşlərin istəklərini nəzərə
alaraq oyunun saat 17:30-da baş tutacağını bildirdi.
SALAM MEN ISLAM YUXARIDA QEYD OLUNAN FIKIRLE RAZILASIR,XEZER -LENKERANIN EV OYUNLARININ BASLAMA VAXTININ SAAT 18.00DAN SONRAYA TEYIN OLUNMASININ TEREFTARIYAM.MEN BU SOZLERI 50-60 ESIL XEZER-LENKERAN XESTESI OLAN FANATLARIN ADINDAN YAZIRAM.STADIONUMUZUN PROJEKTORLARI OLA-OLA NE SEBEBE OYUNLAR TEZDEN BASLAYIR,EGER KEND CAMAATINA GOREDISE,ONLAR ONSUZDA YA MASINLA,YADA OZLERI TUTDUQLARI AVTOBUSLARLA GELIB-GEDIRLER.PROJEKTOR ALTINDA STADIONUMUZ ESL FIRTINALAR MEYDANINA BENZEYIR.