“Xəzər Lənkəran” – “Bakı” oyunu üçün satışa çıxarılan biletlərin əıtrafında çoxlu söhbətlər gəzməyə başladığından mayın 14-də, “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin üzvləri bilet satışı ilə məşqul olanların işi ilə maraqlandı.Bir çox yerlərdə bilet artıq qurtarsa da, hələ satılan yerlərdə isə biletlər də öz qiymətinə satılırdı.Amma stadionun kassalarında sərbəst şəkildə bilet satışı davam edirdi. “Xəzər Lənkəran”ın mıəşqini izləməyə gedərkən kassalarda kiçik növbələri görmək mümkün oldu.Yaxınlaşıb qiymətlərlə maraqlandıq.1 və 2-manatlıq biletlərin fərqli sayda qaldığını da gördük.
Bu arada mayın 14-də, bütün gün ərzində Lənkərandan kənarda yaşayan fəal azarkeşlərin Lənkəranlılara göndərdikləri hədiyyələrin qəbulu ilə məşqul olan "12-ci oyunçu" azarkeş klubu, artıq 5000-ədəd kağız lentlərini,150-ədəd köynəyi,100-ədəd bayrağı və 300-ədəd digər atributları oyunda paylamaq üçün tam hazırlayıb.Mayın 15-də günorta saatlarından başlayaraq ümumi çəkisi 900-kq ağırlığında olan hədiyyələr stadion ərazisinə daşınacaq.