Ana Səhifə» 2010»Sentyabr»2 » Bəlkə azarkeşləri hakimlərdən qoruyaq...
00:07
Bəlkə azarkeşləri hakimlərdən qoruyaq...
Azərbaycan
hakimləri azarkeşlərdən qorunacaq,Özbək hakimlərini isə ...
PFL
hakimlər üçün mühafizə qrupu yaratdı.(Ardı)
2010/2011 mövsümünün dörd turu arxada qalsa da
biz hələki, bir matçda, 3-cü turda Fariz Yusifovun baş hakim kimi idarə etdiyi
"Xəzər Lənkəran” – "İnter” oyunundan narazı qalmışıq. Çox
güman belə "idarəetmə” Fariz Yusifovun 4-cü tur oyunlarına təyinat
almaması və eyni zamanda Premyer liqanın 5-ci turuna da təyinat almayıb,
Birinci Divizion oyunlarını idarə etməyə göndərilməsinə gətirib çıxarmışdır.
Amma keçən
mövsüm və ondan əvvəlki mövsümlərdə isə bərbad və qərəzli hakim idarəçiliyinə
az rast gəlinməyib. Bu müxtəlif hakimlərin ifasında özünü çox göstərib ki, indi
həmin hakimlərin bəziləri ümumiyyətlə hakimlikdən uzaqlaşdırılıb.
Konkret
olaraq, bütün görüşlərini izlədiyimiz "Xəzər Lənkəran” klubunun dəfələrlə
hakimlər tərəfindən sıxışdırıldığının çoxları şahidi olmuşdur. Belə misalları
çox çəkmək olar. Lakin ötən mövsümün Lənkəranda keçirilən və Əfqan Həmzəyev
tərəfindən idarə olunan "Xəzər Lənkəran” – "Neftçi” qarşılaşması
yəqin ki, futbolsevərlərin yaddaşlarından silinməyəcək. "Xəzər Lənkəran”
azarkeşlərinin ard-arda müxtəlif instansiyalara müraciətini nəzərə alaraq və
AFFA prezidenti cənab Rövnəq Abdullayev tərəfindən haqlı olaraq, bu matçla bağlı
Əfqan Həmzəyev üç oyunluq diskvalifikasiya olundu və həmçinin müəyyən şəxslər
də müxtəlif formalarda cəzalandırıldı.
Düzdürbu matçda müxtəlif formalı qalmaqallar və
hakimin təhqir olunması belə qeydə alınmışdı. Amma gəlin görək belə qalmaqal
həmişə baş verirmi? Ümumiyyətlə, normal idarə olunan neçə-neçə matçlarda
azarkeşlərimiz hakimlərin təmiz idarəçiliyini qiumətləndirmiş, onlar meydanı
tərk edən zaman azarkeşlərlə sağollaşarkən, uzun uzadı əl çalmaqla azarkeşlər
tərəfindən alqışlanmışlar. Ümumiyyətlə əxlaq və başqa qayda-qanunlara görə kim
nə edirsə, o da başına gəlir. Bunu dahilər bir çox misallarla və ya təmsillərlə
qələmə almışlar. Məsələn, məşhur "Durna və Tülkü” timsalında, sonda
tülkünün dili ilə deyilən məşhur kəlam olan "Nə tökərsən qarşına, o çıxar
qaşığına” deyimini hər kəs xatırlamamış deyil.
Son günlərdə
PFL hakimlərin qorunması ilə əlaqədar mühafizə qruplarının yaradılmasına qərar
verib. Yuxarıda göstərdiyimiz kimi hər kəsin qorunması təqdirəlayiq haldır.
Amma bu o demək olmamalıdır ki, hakim özbaşınalığı və ədalətsizliyi,
qorunmalarına arxayın olaraq baş alıb getsin. Əlbəttə, PFL və Hakimlər Komitəsi
yəqin ki, bundan sonra hakimlərin işlərinə daha diqqətlə yanaşacaq lazım
gəldikdə isə lazımi cəza tədbirləri tətbiq edəcəklər. Amma hər matçın
komandalar üçün bəlkə də həyati əhəmiyyət kəsb etməsini futbol qurumları
anlamalıdırlar. Çünki sonda bu gün edilən hakim səhfi və ya qərəzi sonda
hansısa klubu çempionluqdan edə bilən xal itkisi ilə üz-üzə qoya bilər.
Hakim qorunursa arxayınlaşmamalı, əvəzində
onun hakimlik həyatına təsir edən cəzalarla üz-üzə qalmalıdır ki, mövsüm
sonunda hansısa komandanı çempionluqdan və ya başqa uğurdan edib, ona həyati
zərbə vurmasın.
Bizim sağlam
hakimlik ənənələrimiz əvvəl də olub, indi də var. Lakin cənab hakimlər, gəlin
bu sağlam ənənələri siz də davam etdirin ki, heç olmasa özbəkistanlı hakim
Ravşan İrmatov kimi, fitinizin səsi dünyanın məşhur turnirlərindən eşidilsin.
Ravşan İrmatovu isə son Dünya Çempionatının bir neçə məşhur oyunundan, onun
verdiyi ədalətli və düzgün qərarlardan bütün dünya tanıdı.