Artıq təsnifat
mərhələsinin birinci dövrəsi XI turla yekunlaşdı. Düzdür, əvvəlki illərə yəni
"6-lıq” sisteminə keçməmişdən qabaq I dövrə ilə II dövrə arasında uzun
fasilə dövrü olurdu və bu fasilə dövrü həm Avropada həm də ölkəmizdə transfer
pəncərəsinin açılma dövrünə, bununla da əlaqədar komandaların təlim-məşq
prosesinə başladığı dövrə təsadüf edirdi. Lakin indi Avropada futbol mövsümünün
qızğın dövrüdür. Elə bizdə də həftədən həftəyə keçirilən tur oyunları kimi, I
və II dövrə arasında əlavə fasilə yoxdur. Birinci dövrənin son turu 30-31
oktyabra təsadüf etdisə, ikinci dövrənin ilk turu bundan bir həftə sonraya yəni
6-7 noyabr tarixlərinə planlaşdırılıb.
Birinci
dövrəni incələməyə çalışsaq, "Xəzər lənkəran” heç də pis nəticə
göstərməyib. Komandamız dəfələrlə qeyd etdiyimiz kimi, bu mövsümə müəyyən
sıxıntılarla başladı. Mövsümün başlanmasına sayılı günlər qalmış, baş məşqçi
dəyişikliyi, eyni zamanda əsas sayılacaq bir çox futbolçularımızın komandadan
ayrılması və təbii olaraq yeni futbolçuların komandamıza qoşulması kimi
məqamlar, bu mövsümün uğursuz olacağı anlamına da gələ bilərdi. Çünki nə yeni
baş məşqçi, nə də komandaya cəlb olunan yeni legionerlərin heç biri Azərbaycan
çempionatı ilə tanış deyildilər. Onların çempionat ərzində qarşılaşacağı
komandalar haqqında elə də dəqiq bilgiləri yox idi. Həmçinin bunu öyrənməyə nə
kifayət qədər vaxt, nə də komandanı yoxlamalardan çıxarmaq üçün təlim-məşq
toplantısına zaman qalmamışdı.
Bütün bu
və bu kimi sıxıntılara baxmayaraq, Mirça Rednik göstərdiyi bugünki nəticəyə
görə özünün nə qədər professional olduğunu bizcə ortaya qoya bilmişdir. Bəzi
mətbu orqanlarında ara-sıra Redniki praqmatik oyun göstərməsi bəhanəsi ilə
tənqid də edirlər. Lakin biz demək istəyirik ki, yuxarıda göstərdiyimiz və
göstərilməyən bir çox problemlər olduğu halda Rednikin götürdüyü strategiya elə
ən doğrusudur. Bələd olmadığın çempionat və eyni zamanda yeni heyət qurulma ilə
yanaşı bələd olmadığın, bir komanda ilə hansısa riskli oyun üslublarına getmək
bəlkə də ağılsızlıq olardı.
Bu
fikrimizi təsdiqləyən faktların olduğunu da qeyd edə bilərik. Belə ki, arxada
qalan 11 tur ərzində Rednikin heç də bütün oyunları eyni və ya bəsit taktika
ilə qurmadığının şahidi oluruq. Bu 11 matçda Mirça Rednik komandasına və
çempionatımıza getdikcə bələd ola-ola müxtəlif taktiki variantlar üzərində
qurduğu oyunların şahidi olarıq. Məsələn, "Bakı”, "Neftçi”, "Qəbələ”
və sonuncu turda "Qarabağ”a qarşı keçirdiyi oyunların hamısında fərqli
üslublar oynanılıb. Əlbəttə ki, göstərdiyimiz səbəblər varsa, komandaya bələd
olana və komandanı qurana qədər ən ağıllı yol müdafiənin güclü və keçilməz
olmasına nail olmaqdır ki, elə Rednik də ən lazım olan bu prinsipi tətbiq
etməklə ən doğru olanını etmiş oldu. Hər halda ilk dövrənin sonuna olan nəticə
də bunu təsdiqləmiş olur. Arxayınçılıq üzündən "Gəncə” ilə oyunu nəzərə
almasaq, geridə qalan 10 oyunda "Xəzər Lənkəran”ın qapısından cəmi 1 top buraxdığının
şahidi oluruq. Buraxılan 5 topun isə 4-ü arxayınçılıq və rəqibi düzgün
qiymətləndirməmə səbəbindən bir oyunda qeydə alınmışdır.
Yeni
transfer dövründə əlbəttə ki, lazım olan mövqelərə və öz oyun üslubuna görə
futbolçuların alınmasından sonra, komandanın böyük ölçüdə güclənəcəyini
proqnozlaşdırmaq mümkündür.
Biz
"Bosman” fanklubu olaraq, bu mövsümün təsnifat mərhələsinin ilk dövrəsinin
yekunlarına görə həm "Xəzər Lənkəran”ın və həm də baş məşqçi Mirça
Rednikin göstərdiyi nəticəni uğurlu hesab edərək, yüksək qiymətləndiririk.
Cavab: Bəlkə Qurban Qurbanovun baş məşqçiliyində "Xəzər Ləkəran"ın "Qarabağ"ı səfərdə yenə bilməməsini deyirmiş. Yəni Qurban Qurbanov "Qarabağ"a baş məşqçi təyin olunandan sonra...
Emin Abbasovun verilişi saat 00.50-də efirə çıxacaq
Fanat: Böyük tamaşaçı marağına səbəb olan "Xəzər TV"nin "Futbol saatı" verilişinin efir vaxtı yenidən dəyşdirilib. Fanat.az xəbər verir ki, veriliş bu gündən etibarən fərqli saatda yayıma çıxacaq. Bir neçə həftə əvvəldən etibarən saat 23.00-da yayıma başlayan Emin Abbasovun aparıcısı olduğu proqram bu gündən etibarən saat 00.50-də efirə çıxacaq. Həmiş olduğu kimi Emin Abbasov və qonaqları - Kamal Quliyev, Ürfan Məmmədli və Babək Quliyev Premyer Liqanın son turunu müzakirə edəcəklər.