Ana Səhifə» 2010»Noyabr»25 » "Bakı" klubu və "Qız qalası"..
21:33
"Bakı" klubu və "Qız qalası"..
"Bakı”
nın futbolçusu Əziz Quliyev mətbuata verdiyi müsahibəsində belə deyib : "Bizim
üçün fərqi yoxdur qapıda kim qalır, Kamran Ağayev və ya Oliver Kan. Biz qol
vurmalıyıq.”
Əziz
Quliyev futbolçudur, futbolçular isə sözlərini meydanda deyirlər. O səbəbdən də
Quliyevin dediklərinin xırdalıqlarına getməməyi məsləhət bildik.
Amma o
elə bir klubun futbolçusudur ki, orada ləyaqət hissi may ayında ayaqlar altına
atılıb, ləkəli kubokun düz ləkə düşən yerindən öpüblər...
"Bakı”
klubu hamılıqla həmin ləkəli kuboka sahib çıxanda sevinərkən öz loqolarında əks etdirilən həmin "Qala”dan özünü atan "qız” qədər də olmadılar...
İnanmaq
olar ki, "Bakı”nın futbolçuları rəqib komandanın qapısında kimin dayanmasından asılı olmayaraq qol
vurmağa, bəlkə də necə olursa olsun qol vurmağa hazırdılar. Amma qolu kişi kimi
vurarlar. Ən azı heç olmazsa vurulan qola kişi kimi sevinərlər. Qazanılan titullar
çox olur. Bəziləri qazandıqlarını öpmək üçün elə tələsirlər ki, çaşqınlıqdan ləkə düşmüş yerdən həvəslə
öpürlər...