Mən kimsəni qəribçiliyə slamaq istəmirəm.Ancaq elə bu saytda gedən bir şey maraqlı gəldi mənçün.Mayın 16-da bu saytda gedəın sözlərin etriaz olmasına şübhə edən varmı?
Komandanın ilk altılıqda keçirdiyi oyunlarda ardıcıl xal itkiləri ilə qarşılaşması, baş məşqçiyə qarşı narazılıqların yaranmasına şərait yaradırdı.Son dörd oyunda qazanılan cəmi iki xal və nəhayət son oyunda çempionluq şansının qaçırılması azarkeşlərin istefa tələbi ilə etiraz etməsinə səbəb oldu. “Bakı” ilə keçirilən oyunda “Xəzər Lənkəran” futbolçularının demək olar ki,meydanda heç nə ilə yadda qalmayaraq,rəqibdən fərqli olaraq, fərdi oyun göstərmələri, futbol biliyinə malik Lənkəranlı azarkeşləri özündən çıxartdı.Sevimli komandanının hər oyununu müzakirə edən Lənkəranlı futbol aşiqləri, təkcə baş məşqçiyə deyil,həm də futbolçulara da etiraz etdilər.Bu etirazdan bir pay, futbolçularla iş aparılmamasına görə ümumilikdə kluba da düşdü.Görünür futboçular bu oyuna heç hazır deyilmişlər və görünür futbolçularla iş aparılmayıb da.
Azarkeşlər üçün baş məşqçinin dəyişilməsindən çox,nəticə və ya heç olmazsa gözəl oyun lazımdır.Heç olmazsa gözəl oyunu da görməyən minlərlə insanın etiraz reaksiyası anlaşılan olmalıdır.
Baş məşqçinin istefaya səslənməsi sonrası, cənub bölgəsində nüfuz sahibi olan, “Xəzər Lənkəran” klubunun fəxri prezidenti, azarkeşlərə reallaşması mükün olmayan təklif etdi.Azarkeşlərə klubu təhvil vermək təklifi, böyük pullarla reallaşa bilərdi ki, bu pulu ödəyə biləcək insan da yoxdur.Azərbaycan reallığında bütün klublar yalnız dövlət məmurlarına məxsusdur.Yeganə “Xəzər Lənkəran” klubudur ki,dövlət vəzifəsində çalışanlar tərəfindən maliyələşmir. “Xəzər Lənkəran” azarkeşləri arasında bu klubu pulla alacaq imkanlı şəxsin olmaması faktını ortaya qoyan fəxri prezident, çox çətin vəziyyətdə zərbəni özünə istiqamətləndirdi.Əslində buna zərbə də demək olmazdı.Burada bir valideynin öz övladına:-“Sən mənim haqqımı qaytara bilməzsən” deməsi məsələsi yada düşür.Hamı bilir ki,övlad valideynin haqqını qaytarmaq istəsə belə, bu real deyil.Amma razılaşın ki,bu halda valideyn vəziyyətdən sui istifadə etmiş olur.Bu zaman övlad valideyinlə ya razılaşır,ya da tam olaraq ondan üz çevirir.Real olmayan bir təklif,status baxımından təklif olaraq qalır.Amma təklifi qəbul edə bilməyən tərəf,çıxılmaz vəziyyətə düşür.Çünki övlad üçün valideyndən üz çevirərək ona qarşı getmək nə qədər çətindirsə,Lənkəranlı azarkeşlərin “Xəzər Lənkəran”dan üz çevirməsi və ondan imtina etməsi də o qədər çətindir.
Bəs digər klubların prezidentləri və ya fəxri prezidentləri kimi tanınan sahibləri,bəzi hallarda isə adları gizli qalan klub sahibləri belə bir addımı ata bilərdilərmi? Əsla yox. ! Çünki onların sahibi və ya prezidenti olduqları klubların maliyyə mənbəyi dövlətin müvafiq strukturuna gedib çıxır.Onlar dövlət başçısının idmana diqqət ayrılması haqda tövsiyələrinə hörmətlə yanaşmaq məcburiyyətindədirlər.Bizim halda isə bir şəxsin öz puluna yaratdığı klubdan söhbət getdiyi üçün vəziyyət tamamilə başqadır.Burada əsas məqam isə budur ki,hələ “Xəzər Lənkəran” klubu yaradılanda, fəxri prezident demişdi:-“Xəzər Lənkəran maddi cəhətdən bizim,mənəvi olaraq azarkeşlərindir”.Mayın 15-də də hər iki tərəf öz haqqını tələb etdi.Azarekşlər təkcə baş məşqçiyə deyil,futbolçulara və eyni zamanda da kluba etiraz etdikcə öz çempionluğu qeyd etmək haqqını,yəni mənəvi tərəfi ortaya qoydular.Klubun sahibi isə öz haqqını,yəni maddi cəhəti dilə gətirdi.Hər şey olmalı olduğu kimi də oldu.Hər iki tərəf öz mövqeyini bildirdi və klub sahibi təklifi ilə öz tərəfindən hücum etdi.Məhz bundan sonra azarkeşlərdən bəziləri:-“heç kimin bizim mənəviyyatımızı tapdalamağa haqqı yoxdur”- deyərək etiraz etsə, onları anlamaq lazımdır.Bu da onların öz tərəfindən ortaya qoyulan mövqeyinin tərkib hissəsidir və hücuma əks hücumla cavab vermək cəhdidir.
Sizcə bu etirazdir ya tərif.Gəlin insafnan danışay.Ya Xl rəhbərlərinə qarşı çıxmaq sizlik deyil ? deməklə 12-ci oyunçuya qarşı haqsızlıq etməyək.