www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 19 » Başımızın üstündə umud,ayağımızın altında bulud...
19:52
Başımızın üstündə umud,ayağımızın altında bulud...
MƏSAFƏ.
(Ağasəlim Mircavadova)
Başımızın üstündə umud,
ayağımızın altında bulud.
Səma çökübmü,
yoxsa yer bu qədər uca?
Geyindiyimiz libaslar
bədənimizin eybini örtər yalnız,
geyindiyimiz libaslar
gizlətməyə çalışar
ürək çırpıntılarımızı.
Ürəyimizlə bədənimizin,
bədənimizlə libasımızın arasında
daha çox
qaranlığı sevər zaman.
Gözlərimizin qarasında
təkrar-təkrar aydınlanar
hər gün
gözlərimizlə toxunduqlarımız.
Demək,
gözlərimiz
əllərimizdən daha uzun,
daha uzun, ağa!
Biz meydanlardan çox
meydanların yaşılını sevərik...
O üzdən
bütün sevdikərimiz ayağımız altında.
Elə deyilsə
bəs niyə, nə üçün
ayaqlarımız altındadı
sevdiyimiz,
ana dediyimiz bu torpaq?!
Kirləndikcə hər şey
zaman bizi,
bizsə libasımızı dəyişərik,
yalnız libasımızı...
Fikrincə dəyişkənlikmi bu?!
Yox ağa, yox!
Əkdiyimiz ağacların kölgəsində
dincələnlər varsa
əkdiyimiz ağacların kölgəsinin
kölgəmizdən böyük olması
heç də faciə deyil,
faciə deyil, ağa!
Tərlan (Əbilov)
Bölmə: |Baxış sayı: 701 | Yazar: ISLAM |
Всего комментариев: 2
21.05.2010
2. terlan [Материал]
tural bey, sheirime munasibetiz sizin telebkar, semimi oxucu oldugunuzu subuta yetirir. size ve sizin kimi butun oxuculara minnetdarliq bildirmeyi bir shair kimi ozume borc bildim. ne yaxshi ki sizler varsiz, yoxsa men shair olmazdim. gozleriniz var olsun.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

21.05.2010
1. Tural [Материал]
Mən müəllifin dərin düşüncə sahibi olduğuna əminəm.Şerdə müəllif müxtəlif formalarda fikirlərini oxucuya çatdırmaqla Ağasəlim Mircavdovu vasitə kimi istifadə edərək insanların əməllərinin yaxşı və pis tərəflərini göstərə bilib.Fəlsəfi fikirlərin yer aldığı şerdə şəxsən mənə ən çox meydanların yaşılının sevilməsi ilə ana torpağın tapdaqlar altında qalmasına qədər qəribə lakin eyni zamanda doğma fikirlərin və yeniliklərin olması daha çox maraqlı oldu.Əkdikləririmizlərin kölgəsi deməklə şair sənətin yüksəkliyindən adi insanlara onların layiq olduqları nəzərlə baxa bilib.Mən hələ idman və futbol haqda belə bir şer görməmişdim.Güman edirəm ki,növbəti belə şeri məhz bu müəllifin ifasında görəcəyəm.Aldığım zövqə görə kimə minnətdarlıq edəcəyimi bilirəm.Ağasəlim Mircavadova isə bel bir əsərin qəhrəmanı olduğu üçün həsəd aparıram.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz