Ana Səhifə» 2010»Avqust»27 » Baxına yana-yana qalına, cənab Erkin ...
21:27
Baxına yana-yana qalına, cənab Erkin ...
Əziz "Xəzər”sevərlər "Azerifootbal.com” saytında İlkin İbrahimov (Erkin ləqəbli) biri 3-cü tur Lənkəranda keçirilən "Xəzər Lənkəran” – "İnter” qarşılaşmasından sonra, bu matçı izləmədən "Xəzər Lənkəran” azarkeşlərinə müraciət edərək bizlərin aldadıldığını iddia edib. Həmçinin Rednikin komanda qura bilməməsini, yalnız ilk iki turda zəif rəqiblərə üstün gələ bildiyini yazıb. "İnter”lə oyunda isə "Xəzər Lənkəran”ın necə zəif olduğunu və guya Tsxadadzenin Rednikə taktiki dərs keçdiyini dilə gətirib. Elə isə Erkin bəyə sual vermək lazımdır. Bəs belə olan halda "İnter” niyə qələbə qazana bilmədi?
Birdə ki, bu gün Tsxadadze söyüş söydüyünü etiraf edib. Bunun üçün Kilsəyə gedərək dua etdiyini və Allah tərəfindən bağışlanmasını təvəqqe edib ( Futbol+ qəzeti 26 avqust 2010).
Həmçinin həmin görüşün baş hakimi F. Yusifov da növbəti tura təyinat almayıb. Yəqin bunun da bir səbəbi olmamış deyil. Bütün bunlar Erkin adlı yazarın fikirlərinin üstündən çarpaz xətt çəkir ki, belə yazılarla onun nələrə nail olmaq istəməsi özündən başqa bir kəsə məlum deyil.
Bütün bunlar "İnter”lə oyunda olduğu üçün çox təəssüf doğurur. Çünki "İnter”li azarkeşlər bizimlə çox gözəl münasibətə malikdirlər. Bizim gözəl ənənələrimiz formalaşıb və inanmırıq ki, nə Erkinkimilərin, nə də başqalarının əməlləri bu dostluq və qardaşlığı sarsıda bilsin. Yaşasın, "Xəzər Lənkəran” və "İnter” azarkeşlərinin dostluq və qardaşlıq ənənələri! Aranı vurmaq cəhdində olan belələrinə isə ar olsun deyirik!
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Ya sifariş, ya da maraq,
Sözlərinə çəkdi daraq.
Ədalətə xor baxaraq,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Bizi heç kim aldatmayır,
Yalan söz bizə batmayır.
Qədirbilən söz satmayır,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
"Neftçi”yə vurduq iki qol,
Hücumlarımız da bol-bol.
Hesabı yazdılar "nol-nol”
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Əgər "Xəzər” zəifdisə,
Oyun göstərə bilmirsə,
Bəs "İnter”, uda bilmirsə?
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
"Simulyasiya” nə bilirsən?
"Fair Play” gözləyirsən.
Futbol nədir?-Heç bilirsən?
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Rednik qurur yeni "Xəzər”,
"Xəzər” futbolumuzu bəzər.
Erkinlər divanə gəzər,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Bizə dost deyə səsləndin,
Aldatmıştək həvəsləndin.
Kim tərəfindən, bəsləndin?
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Bu oyunu izləmədən,
Heç bir sərhəd gözləmədən,
Cəfəngiyyat yazdın nədən?
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Görmədin iki qələbə?
Heç-heçəni saldın dəbə,
Sənə qənim olsun Kəbə!
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Məsələlər çox qabardı,
Günahkar səhvin anladı.
Gedib Kilsədə yalvardı.
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Bir gün gərək səbr edəydin,
Sən də Məscidə gedəydin,
Səhv etmişəm söyləyəydin.
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Jurnalist ideal peşə,
Sənin yerin isə meşə,
Get yaşa orda həmişə,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
"İstefa”nın da yeri var,
Səninsə, düşüncən çox dar,
"Xəzər”sevərlərə yalvar,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Nifrət dolu ad qazandın,
Çürük fikirlərlə yandın.
Görəsənmi bir oyandın?
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Hələ sən tələsmə tezdir,
Biz "Xəzər”ik, "Xəzər” bizdir.
Get özünə qəm yedizdir,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
"Xəzər” uğurlar qazanar,
Erkinlər də odda yanar.
Qansa, bəlkə onda qanar,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Hamı sənə nifrət etdi,
Nifrətlə də baxıb getdi.
Erkin nağılı da bitdi,
Vəziyyəti etdin gərgin,
Cənab Erkin, fikirlərin niyə çirkin?!
Müəllif: Mirhafiz M. Babayev ("Bosman" Fanklubundan)
В целом же, "Хазар", особенно после перерыва был ближе к победе, и не стоит считать ее просто стечением обстоятельств.
Bu hemin yazarin Xezer - Neftchi oyunundan sonra yazdigi fikirdi. Sizce Neftciye simpatiyasi olan ya da Xezeri sevmeyen birisi bunlari yazar? Menim fikrimce siz oxudugunuz megalede Xezer yox onun ozu ile 5 hemyerli getiren rumin hocasi tenqid olunub ve Pasulko ile paralel aparilib. Ve yazida Xezere ve onun azarkeshlerine hormet defelerle vurgulanib.
Azerbaycan futbolunda kimin kim oldugunu hami yaxshi bilir. Bu gun qelemini satmayan sozunu deyen 4-5 yazar varsa onlardan biri da mehz Erkindi. Yeri gelmishken bu o adamin leqebi deyil esl adidi. Mence siz onun meqalelerini mutemadi olaraq oxumursuz ya da rus dilini bilmirsiz. Hem de kecen il Efgan Hemzeyev Xezerin bashina oyun achanda mehz hemin Ibrahimov Xezerin mudafiesine galxmishdi.
"Xəzər Lənkəran" və "İnter" azarkeşləri çox əvvələ təsadüf edən dostluq və qardaşlıq ənənələrinə malikdirlər. Bu artıq həyatda öz təsdiqini tapmış bir məsələdir. Ona görə də hər iki möhkəm tərəfin arasını nə Erkinlər nə də Elnurlar vura bilməz. Bundan əmin olsunlar və boşuna cəhd etməsinlər. Əgər özlərini yormaq istəyirlərsə, onda sonu belə biabırçı vəziyyətə düşməyi göz önünə ala bilərlər.