Yeni
açılacaq azarkeş saytı böyük "Xəzər Lənkəran” ailəsinin informasiya məkanında irəliləməsi və futbol aləmində baş verən hər hansı bir hadisəyə azarkeşlərin operativ münasibət
bildirməsi üçün böyük tribuna deməkdir. Yeni yaradılacaq saytın Lənkəranda və Bakıda
çalışacaq əməkdaşları saytı futbolla bağlı bütün informasiyalarla təmin edəcəklər.
"Xəzər Lənkəran”ın səfər oyunlarına hazırlığı barədə komandanın hətta Lənkərandan
kənarda keçirdiyi məşqlərdən məlumatlar azarkeşlərə
çatdırılacaq. Komandanın televiziya ilə yayımlanmayan oyunlarında qapılar
ağzında yaranan bütün qol vəziyyətlərinin fotoları dərhal, video görüntüləri isə bir neçə dəqiqə
sonra saytımızda təqdim olunacaq. Mübahisəli
epizodlara oyun sonrası aydınlıq gətirmək üçün saytımızın bir neçə əməkdaşı
bütün oyunlarda meydanın müxtəlif yerlərindən çəkiliş aparacaqlar. Saytın vap
versiyası gün ərzində 18-saat fəaliyyət göstərəcək. Saytda oxucular üçün müxtəlif
imkanlar yaradılacaq. Beləki, saytda qeydiyyatdan keçmiş ən aktiv oxucu və ya şərhçi
saytın əməkdaşına çevirmək imkanı qazanacaq.
Belə bir azarkeş saytı ölkədə hələki yoxdur. Sən də bir addım at, ölkədə ilk veb və vap versiyalı
operativ informasiya yaymaq imkanlarına mailk
azarkeş saytının yaranmasında yaxından iştirak et !
Ağasəlim Mircavadov «Xəzər Lənkəran»da baş məşqçi olarkən: - Alo… Alo. Salam. Ağasəlim müəllim sizi filan qəzetdən filankəsdi narahat edən. Sizdən müsahibə götürmək istəyirdik. Vaxtınız varsa… - Vaxtım yoxdu! - Nə vaxt olacaq vaxtınız? - Bu nə sualdı? «Vobşe» heç vaxt vaxtım olmayacaq. - Yaxşı… Sağ olun. - Xoş getdün. Ağasəlim Mircavadov «Xəzər Lənkəran»dan ayrılıb, işsizdi: - Alo… Salam. Ağasəlim müəllim, sizi filan qəzetdən filankəsdi narahat edir. Sizdən müsahibə götürmək istəyirdik. - Əcəb edirsüz. «İntervü» nə barədə olacaq? - Heç, ümumi. Siz hardasız, yerinizi deyin, gələk ora. - Yox, siz zəhmət çəkməyin. Siz yerinizi deyin mən özüm gələrəm.