www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 24 » Bir də “Bakı” klubundan xahiş edirik,heç olmasa avropada da ölkəmizi belə təmsil etməsin və ökəmizin adına ləkə gətirməsin.
01:55
Bir də “Bakı” klubundan xahiş edirik,heç olmasa avropada da ölkəmizi belə təmsil etməsin və ökəmizin adına ləkə gətirməsin.
“Bakı” – adını daşıdığı şəhərin adına layiq olmayan formada kuboka sahib çıxdı.
Ümumilikdə hər iki komanda qələbəyə layiq oynadı.Birinci hissədə “Bakı” çox gözəl çıxış etsə də,ikinci yarıda “Xəzər Lənkəran” gücünü ortaya qoydu.Artırma vaxtlarında isə baş verənlərə görə ara qarışdığından və yaranan ruh düşkünlüyü hesabına cənublular istəklərinə çata bilmədilər.
“Xəzər Lənkəran”ın futbolçularına bir az ayıqlıq öyrətmək lazımdır. “Bakı”nın futbolçularına isə əxlaq dərsi keçilməlidir.Bunun üçün dərs verə biləcək müəllim olmalıdır ki,görünür bu sarıdan klubun problemləri vardır.Matç bitəndən sonra meydana daxil olan çoxsaylı “Bakı” rəsmilərinin bəzilərinin ifasında bu mənada kasıbçılıq hiss olunurdu. Konkret olaraq həmin epizoda gəldikdə isə həmin qolun səbəbkarlarından olan və yerdə qalaraq güya zədələnən futbolçu hakimin yaxınlaşdığını görüb dərhal ayağa qalxıb qaçdı ki,bunu da futbolçu hiyləgərliyi kimi qiymətləndirmək olar.Amma bu hərəkətə görə heç bir futbolçuya irad tutula bilməz.Daha sonra hakim topu hər iki komandanın futbolçularının arasına ata bilərdi.Bu məsələdə də hakimi qınamaq olmur,çünki Mario Souzanın gözu qarşısında hakim topu rəqib komandanın futbolçusuna verirsə və o buna etiraz etmirsə epizod iştirakçıları hamısı normal hərəkət etmiş olurlar.Axı “Bakı”nın futbolçusu topu sakit şəkildə,lakin uzaq məsafəyə olmaqla, “Xəzər Lənkəran”ın qapıçısı istiqamətində göndərir.Düdür bu zaman futbolçu topa zərbə vurub sadəcə çəkilsə idi və top qapıya getsəydi,anlamq olardı.Ancaq diqqət yetirələsi bir məqam vardır. “Bakı”nın futboçusu əvvəlcə Kamran Ağayevə baxır və sonra zərbə vurur.Daha sonra qapıya qol üçün vurulan zərbə sonrası kimi topu sona qədər izləyir.Eyni ilə oxşar epizodlarda adətən topu rəqibə centlemencəsinə ötürən futbolçu topu belə uzaqlıqdan izləmir.Top “Xəzər Lənkəran”ın qapıçısına yönəlirsə, “Bakı”nın futbolçusu topu qəbul edən qapıçının atışı ilə rəqibin hücum edəcəyini düşünməli idi.Hər halda “Bakı”nın futbolçusu bunu bilərəkdən etməyə də bilrədi.Qapıçı Kamran Ağayevin səhvi nəticəsində top qapımızdan keçir, demək də tam ədalətli deyil.Çünki epizodun qolla nəticələnməsi özü ədalətdən uzaqdır.Əvvəlcə “Bakı” komandasının futbolçuları buna sevindilər, sonra isə “Xəzər Lənkəran”ın futbolçuları hakimə etiraz etdilər.Əslində hakimə etiraz düşmürdü.Amma rəqib komandanın futbolçularına qola beləcə sevindiklərinə görə etiraz yerində edildi.Ən azı “Bakı”lılar centlemen olaraq bir top da öz qapılarına vursaydılar və sonra daha güclü olan komanda kimi “Bakı” qalib gəlsəydi,bu onların halal kuboku olacaqdı.Yəni hesabın bərabər olacağı təqdirdə oyunun sonuna qədər güclü komandanın qələbə qazanması ədalətli olardı.Amma bunu etmək onlar üçün çətin oldu.Bunu etmək üçün bir az əxlaq dərsi almaq gərəkdir.Qoy “Bakı” futbolçuları bu qola sevinsinlər,bu onlara yaraşır.Elə “Bakı” klubuna da ... Sissokonun Lənkəranlılara qarşı etdiyi ədəbsiz jestlərinə görə onu cəzalandırmayaraq,arsız-arsız hələ də komandada saxlayanlara belə qolla kuboka sahib çıxmaq yaraşmazmı ? Yaraşar !
Sonda isə deməliyik ki, “Bakı”– adını daşıdığı şəhərin adına layiq olmayan formada kuboka sahib çıxdı.Bir zamanlar Bakı şəhəri öz adına layiq insanlarla və təşkilatlarla təmsil olunurdu.İnanırıq ki,indi də “Bakı” klubu istisna olmaqla belədir və bundan sonra da belə olacaq.
Bölmə: |Baxış sayı: 733 | Yazar: ISLAM |
Всего комментариев: 13
25.05.2010
13. Messi [Материал]
bir oyuna gore ozumuzu prav cixarmagdan otru elden gedirik de. butun chempionata baxin. kime geldi harda geldi xal verdik (daha dogrusu verdiler) indi yapishmishiq bakidan kamrandan nebilim qashqaldagdan. avropada qapimizin setkasini 2 ci taym tezeliyecekler. onda bilersuz ne var ne yox. agaselimi tepesine mindirenler danissin baxaq ne olur.

agaya da halaldiye ozzum olum. butun zibiller ortadadi, ele duz qosh eliyir ki imkan vermir adi chekilsin

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

25.05.2010
12. Messi [Материал]
XL fanati, messi mennen fexr eliyir :)

indi baki centlmenlik elemir de neyleyek.. top devyatkadan kecmedi ki, kamranda gunah gormeyim. baki centlmenlik elemirdise kamran da mesuliyyetsizlik elemiyerdi.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

25.05.2010
11. azer_talis [Материал]
baki bundan bele menim en nifret etdiyim kamanda oldu.neftci kamandasi bunlarin yaninda kiwidi ewi.neyse ...
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.05.2010
10. CABBARLI (ISLAM) [Материал]
NEFTÇİ_FLAQMAN adlı şərhçinin yazdıqlarına münasibət bildirmək istəyirəm.
Maraqlıdır,diqqətlə izlədikdə bütün digər klubların fanatları bu məsələdə bir mənalı münasibət göstərirlər.Lap Molla Nəsrədddinin məsələsi yada düşür.
Bir dəfə Molla Nəsrəddin evinin qapı - pəncərəsini açıq saxlayıb qonşuya gedir.Qayıdanda evin bərbad vəziyyətdə olduğunu görüb, palazın altında qoyduğu pulların oğurlandığını aşkarlayır.Kəndə səs salır.Kənd əhli yığışıb Mollanı qınayır.Hərə bir söz deyir:-Niyə pulu palazın altında saxlamısan,niyə evin qapı,pəncərəsini aşıq qoymusan,niyə qonşuya getmisdin,evində qalaydın da və s.
Sonda Molla dözməyib əsəblə deyir:-Ay camaat,sizin deməyinizdən belə anladım ki,oğrunun günahı yoxdur.Günahların hamısı elə məndədir.Onda belə çıxır ki,oğru elə düz edib ?
İndi siz mənim kimi günahkarlardansınız ya o oğru kimi əməli düzlərdən ...?

Tutaq ki,Kamran stadionun meydançasının bunca düz olmadığını nəzərə almamışdı,yəni top yerə dəyib istiqamətin 60-dərəcə dəyişib qapıya getdi və s. Xəzər Lənkəranı futbolçusu da bunun belə olacağını bilmədiyi üçün Bakının futbolçusuna demişdi ki topu ver Kamrana və s. sonda da qol oldu.

Sizin məntiqlə Molla günahkardır ya oğru ?

Ən azı oğru pulu qaytara bilərdi axı və s.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.05.2010
9. NEFTCI_FLAQMAN [Материал]
HEC KIM MENDEN INCIMESIN TUTAQ BAKI DUZ QOL VURMADI AXI OYUNDA XEZERDEN USTUN IDI BES BU ??TUTAQ BAKI ELE QOL VURMAQ ISTEYIB BES KAMRANIN ADINA YARAWARDI ELE SEHV BURAXMAQ??
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.05.2010
8. TALISHSTANLI [Материал]
Nedi yene hayku salmisiz guya Baki merdlik elemedi? Baki eceb eledi Xezerin canini aldi!!!Cunki Xezerden qat-qat yaxsho oynayir.Sizler ise kim ozune Mircavadov severler deyirler gedin yene onu destekleyin.Bizim talish milletinde var tez inanmaq.Mircavadova birdefe topu vurdu hami bashladi el calmaqa...nolub??Bu ne (BUARADA ŞƏRHİN MÜƏLLİFİ ETİKADAN KƏNAR SÖZ İŞLƏDİB)???Axirinci yerde olsaq da yene deyersiz ki, aga bize kuboklar qazandirib.Rykaard da Barcaya kuboklar qazandirib ama ele dovur geldi ki komanda batirdi ozu cixib getdi..Bizde ise stadionda banner "Harda Mircavadov orda cempion" Ayig olun ay menim hemyerlilerim,ayig olun.Kimki bu gun deyir ki bize qoymadilar udmaqa bu oyunu--o zeyif insanlardir.hansilarki realligdan qorxullar.
Ele sherefsizliy bizim bolgeye yarashmaz.Mubariz baglasa klubu onnan yaxshidi.Hamimiz Masalliya azerkeshliy eliyerik.
Cavab: Bu şərhi yazandan xahiş edirik ki,etik normalar çərçivəsində fikir bildirsin.Müəllifin şərhində həmin o söz xüsusi qeyd olunub.Bu sayt azarkeş saytı olduğundan,bütün fikirlərə hörmətlə yanaşılır.Amma bu sayta nəzər salan gənclərin hətta,uşaqların da olduğunu unutmaq olmaz.Xahiş edirik diqqətli olun.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.05.2010
7. Sayavush Khalilov [Материал]
Əvvəlki şərhimin 3-cü bəndinə əlavə etmək istəyirəm. Dubl etmək arzusunda idik. Qismətimizə trio çıxdı.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.05.2010
6. Sayavush Khalilov [Материал]
Məqaləni və ona yazılan şərhləri oxudum. Fikirlərimi aşağıda Sizlərlə bölüşmək istərdim:

1. Azərbaycanda centlemenlik gözləyib sayıqliğını əldən verən günahkardır. Bunu bizim tariximiz və futbol tariximiz bizlərə isbat edib.
2. Azərbaycanda haqsızlıqla qarşılaşanlar haqq və ədalətdən danışırlar. Haqsızlıq kimlərə sərfəlidirsə susurlar. Qəbələ - Xəzər Lənkəran oyununu xatırlayın.
3. Çempion ola bilmədik, Halal və ya haram yolla kuboku əldən verdik hələ üstəlik klubun fəxri prezidenti klub üçün xərclədiyi vəsaiti başımıza qaxınc etdi. Bu bizim 2009-2010 Azərbaycan çempionatındakı üç nəaliyyətimiz oldu.
4. Avro kubokda iştirak hüququ qazanmışıq. Əgər mən fanat olsaydım deyərdim. Avropa kubokunda sübut edərik kim kimdir. Ordakı nəaliyyətlərimiz hər şeyi göstərəcək. Amma mən fanat deyiləm azarkeşəm. Fanatla azarkeşin də fərqini onda görürəm ki, bir şeyin fanatı olmaq ona o dərəcədə bağlanıb məhəbbət bəsləməkdir ki, onu ilahiləşdirib xürafata yönəlirsən. Amma azarkeş olaraq təhlil aparma bacarığını saxlayırsan. (Bu əsas anlayışlar mənim subyektiv fikrimdir) Azarkeş olaraq isə onu qeyd etmək istəyirəm ki, Avropa kubokunda Xəzər - Lənkəran bu oyunu ilə davam etsə biz ən ən yaxşı halda iki oyun görəcəyik. Bunların birinin nəticəsinə fırtınalar meydanında, digərinə isə televiziya qarşısında üzülüb, əsəbiləşəcəyik.
5. Sonuncu olaraq nəyi qeyd etmək istəyirəm. Xəzər - Lənkəran, məni 2010-2011 mövsümündə çempion olmağınla sevindirmə, kuboka sahib olmağının da sevincini istəmirəm. İstədiyim isə bircə şeydir. Lənkəranda yetişən yerli futbolçulara dəyər verin. Lənkərana Lənkəran futbolunu qaytarın. Biz azarkeçlərə, səsimiz batana qədər həmyerlilərimizi dəstəkləmək fürsəti verin. Amma bir xahişim də var bu fikirlərimin reallaşması üçün mənə klubun xərclərini öz üzərimə götürməyi təklif etməyin.

Səbirli olub sona qədər oxuyanlara minnətdaram.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.05.2010
5. XL Fanatı [Материал]
Bakı klubunun rəhbərliyinin, oyunçularının və azarkeşlərinin diqqətini bir məsələyə yönıltmık istəyirəm. Necə olur ki, "İnter" klubu çempion olur "Xəzər Lənkəran" azarkeşləri onu ürəkdən təbrik edir, dostluq mesajı gğndərirlər. Amma "Bakı" klubu kuboku qazanır, onu belə qınayırıq. Deməli problem bizdə yox, Bakı klubundadır. Haqq etmədiyi kuboka sevinmək düzgün deyil. Avrokuboklarda təbii ki sizi də dəstəkləyəcəyik. Amma gərək kuboku mərdliklə alaydınız.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.05.2010
4. Demir Agaci [Материал]
Haram Kubok Bakinin , Halal Mashin Lenkeranin...
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.05.2010
3. CABBARLI (ISLAM) [Материал]
Messi,topu qarşılamağa çıxan Kamranı qınamaq olar.Amma biz Kamranı qınamaqla asan işi görməkdənsə,vəziyyəti qiymətləndirməliyik.Vəziyyət isə odur ki,Xəzər Lənkəran eyni formada oyunda qalib gəlib. kuboku qazansa idi,bütün Xəzər Lənkəran azarkeşləri bunu pisləyərdi və hətta kubokdan imtina edərdilər.İnanırıq ki, komandamızın futbolçuları da belə qələbəni heç özlərinə rəva bilməzdilər.Azərbaycan futbolunun daha bir üzü Bakının rəsmiləri və futbolçularının ifasında belə açıldı.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.05.2010
2. XL Fanatı [Материал]
Messi, (adıvı dəyiş, kişini biabır eləmə) centlmenlik qaydası deyirlər... Bakı klubu da göstərdi ki bu CENTLMENLİK onlarda yoxdur. Kamran hesab eləmirdi ki Bakı oyunçuları belə mərdlikdən uzaq hərəkət edərlər. Bir də ki, azarkşləri özünü Messi adlandırırsa məsələ məlumdur :)
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

24.05.2010
1. Messi [Материал]
Kamrana halal olsun, ne qeder elleşdise tuta bilmedi topu. yaziqda gunah yox idi . çox çetin top idi. bele topu heç buffon da qaytara bilmezdi.

60 metreden qol buraxib siz nagil danisirsiniz

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz