Ana Səhifə» 2010»İyun»15 » Bir gün etiraz etdi və bir gün ac qaldı.
03:21
Bir gün etiraz etdi və bir gün ac qaldı.
Bu insan haqda “Futbol +” qəzetində çox yazılıb.Arabaçı Mirzə kişi, nə siyasətə qarışır nə də ara söhbətlərə.O bircə “Xəzər Lənkəran” var olsun deyə Lənkəran bazarında səhərdən axşama qədər futboldan danışır.May ayının 15-də Lənkəranda keçirilən məlum oyundan sonra düz 3-gün gözə dəyməmişdi.Məğlubiyyət onu da sarsıtmışdı.Kubokun finalında vurulan əcaib qoldan sonra isə ilk dəfə “namərd rəqib futbolçudansa mərd düşmən yaxşıdır”,deyə finalın ertəsi günü arabasının xidmətindən yararlanlardan pul almadı.Əlindən heç nə gəlmədiyini görən 60-yaşlı insan etirazını belə bildirdiyini deyirdi.Bu da bir etiraz forması idi.Etiraz etdi və həmin gün,gündəlik dərman qəbul etməyə məhkum olan şikəst oğlunun dərmanlarını ala bilmədi.Etiraz etdi və bir gün ac qaldı,bir gün üzü gülmədi,bircə gün etiraz etməyə gücü çatdı.Amma həmin bir gün,iradənin nəfsə,dözümün ağrıya qalib gəlməsi ilə yadda qaldı.Bir günlük etiraz, min illərin köləliyinə qarşı oldu və ondan üstün oldu. Onu anlamaq üçün nə araba sürmək lazımdır,nə çoxlu para sahibi olmaq...
men mirzeni şexsen taniyiram, ona böyük hörmetim var. bilirsiniz niye? çünki mirze üçün bu memleketde varli, pullu-paralı anlamı yoxdur. defelerle şahidi olmuşam, mirze kişi böyük bazarın ten ortasında ona ve başqa insanlara qarşı edaletsiz olanlara ucadan nece etiraz edib. o ki, qaldı onun ac qalmasına, onun "aclıq aksiyası" keçirmesine, bu heç de qeyri-adi bir şey deyil. sual:-mirze kişinin haçansa qarın dolusu yediyi bir gün olubmu? mence mirzenin yaxşı yaşaya bilmemesi esl faciyedir, xezer-lenkeranın uduzması yox. teklif edirem ki, mirze kişini qiymetlendirmek üçün azerkeş kütlesinin hemişeyaşar sesinden istifade edek; kim mirze kişinin xezer-lenkeran komandasının fexri üzvü seçilmesinin terefdarıdırsa saytımızın bu yazısının şerh yerine özünü elave etsin. eziz azarkeşler, özünüzü qiymetlendirmek şansınızı qaçırmayın!