"Şəfa” stadionunda XVIII tur çərçivəsində
keçirilən və "MOİK”üzərində "Xəzər Lənkəran”ın
qazandığı 0:2 hesablı qələbənin sevinci ilə stadionu tərk edən 2000-dən çox
olan Lənkəranlı fanatlar, çıxışda həmin tur "Bakı” üzərində çətin qələbədən
sonra Tofiq Bəhramov adına stadiondan qayıdan "İnter” klubu və azarkeşləri ilə
dolu olan avtobusun qarşısını kəsdilər. Bu, qardaşlıq münasibətində olan
"İnter” klubunu və onun azarkeşlərini qələbə münasibəti ilə çılğın bir təbriketmə
mərasiminə çevrildi. "İnter” komandası və onun fanatları avtobusdan düşərək
bizləri də qələbə münasibəti ilə təbrik edərək qarşılıq verirdilər. Bu həqiqətən
də çox gözəl bir mənzərəyə çevrildi. Futbolumuzda nadir rast gəlinən belə bir
hadisə həqiqətən də hər iki klubun fanatlarının əsl mənada dost və qardaşlığını
göstərən mənzərə idi.
Bu
əvvəlcədən planlaşdırılan bir layihə yox, təbii alınan bir görüşün təəssüratları
haqqıda çox danışmaq olar. Görüşdə "İnter” fanatlarının oyunun bitimindən təxminən
30-40 dəqiqə keçməsinə və Tofiq Bəhramov adına stadiondan, "Şəfa” stadionuna qədər
yol gəlmələrinə baxmayaraq, üzlərindəki gərgin ifadədən və narahat danışıq tərzindən
(sanki oyun haqqında təəssüratlarını sözlə ifadə etməkdə çətinlik çəkirdilər)
"Bakı” ilə görüşün necə dramatik keçdiyinin göstəricisi idi.
Belə
çətin qələbəyə görə bir daha "İnter”li qardaşlarımızı təbrik edirik və aşağıda
"İnter” fanatlarının özlərinə məxsus saytda bu hadisə ilə bağlı təəssüratlarını
da nəzərinizə çatdırırıq:
Cənublu
fanatlardan qardaşlıq jesti
Dünən
Unibank Premyer Liqasının XVIII-ci turu çərçivəsində Tofiq Bəhramov adına
Respublika stadfionunda "Bakı” və "İnter” komandaları qarşılaşırdılar. Oyun
"İnter” komandasının 2:1 hesablı qələbəsi ilə nəticələndi və "bankirlər” növbəti
üç xalı aktivlərinə yazdılar. Lakin oyundan sonra baş verən təqdirəlayiq bir
olayla sizləri tanış etmək istəyirəm. Qarşılaşma
bitəndən sonra "İnter”li futbolçular komandanın avtobusuna minib "Şəfa”stadionunda
yerləşən bazaya yollandılar. ”Şəfa” stadionuna çatanda avtobus "MOİK” – "Xəzər
Lənkəran” oyunundan çıxan cənublu fanatlarla dairəyə alındı. Bunu görən "İnter”
komandasının futbolçuları işin nə yerdə olduğunu anlamadılar. Lakin "Xəzər Lənkəran”
komandasının azarkeşləri 10 dəqiqə ərzində "İnter” komandasını alqışlara qərq
edib,"Bakı” üzərində qazandıqları qələbə
münasibəti ilə təbrik etdilər. Avtobusdan düşən futbolçuları qucaqlayıb
alqışlayan cənublu fanatlar oyunçular ilə çox mehribancasına ünsiyyət
qururdular. Şəxsən mənim özümlə görüşən cənublu fanatlar məni qələbə münasibəti
ilə təbrik edib bu oyunda "İnter”in qə1ələbəsini arzuladıqlarını nəzərimə
çatdırdılar.
"İnter” fanklubunun rəhbərliyi, idarə
heyyəti və üzvləri adından "İnter” komandasına göstərdikləri xoş münasibətə görə
"Xəzər Lənkəran” komandasının azarkeşlərinə təşşəkkür edib onlara minnətdarlığımızı
bildiririk.
Allah sizi qardaşlıqdan əskik etməsin!!!
Mənbə: "İnterfan.az”
QEYD: Biz də "12-ci oyunçu" azarkeş qrupu olaraq, "İnter" fanatlarının bu sevincinə şərik oluruq. Onu da demək istəyirik ki, bu dostluq və qardaşlığın təməlinin qoyulmasına görə "12-ci"lər daim fəxarət hissi keçirir.
Azərbaycan əsilli iş adamı, “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimovun prezidenti olduğu ‘Palmali” Şirkətlər Qrupu tərəfindən Beşiktaş Dənizçilik Tərsanəsində tikdirilən “Mübariz İbrahimov” adlı neft tankeri bu gün suya buraxılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Qəhrəmanının adını daşıyan tankerin suya buraxılması ilə bağlı keçirilən mərasimə Mübariz Mənsimov, “Beşiktaş” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri İhsan Kalkavan, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov və Mübariz İbrahimovun valideynləri qatılıblar. Mübariz İbrahimovun atası Ağakərim İbrahimov mərasimdə çıxış edib. O deyib ki, oğlu ilə qürur duyurlar, belə bir böyük gəmiyə övladlarının adının verilməsinə görə şaddırlar: “Oğlumun adı artıq dənizlərdə yaşayacaq. Mübariz Mənsimova çox təşəkkür edirəm”. Neft tankeri daha sonra Ağakərim İbrahimov və Validə İbrahimova tərəfindən suya endirilib.
Azərbaycan milli çempionatının XIX turunda keçiriləcək “Xəzər Lənkəran” – “Qarabağ” oyununun başlanma saatı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dekabrın 23-də Lənkəran şəhər stadionundakı görüş saat 17:00-da başlayacaq. Görüş “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.