Fanat.az-saytında 05.12.09 tarixində belə bir yazı gedib. Dünəndən etibarən Lənkəranda "İnter"lə oyunu izləmək istəyən "Xəzər Lənkəran" azarkeşlərinin siyahısı tutulur. Fanat.az xəbər verir ki, fanatlar bazar günü keçiriləcək matçı canlı izləmək üçün avtobusla Bakıya gətiriləcəklər. Azarkeşlərin siyahısı "Xəzər Lənkəran"ın rəsmi fan-klubu tərəfindən hazırlanır və "İnter"lə oyunu canlı izləmək istəyən hər bir azarkeş Lənkəran şəhər stadionunda rəsmi fan-klubun nümayəndələrinə yaxınlaşıb adını siyahıya yazdıra bilər. Avtobuslar dekabrın 6-da, səhər saat 09.00-dan etibarən hər 10 dəqiqədən bir şəhər stadionunun qarşısından Bakıya yola düşəcək. Bakıya gələcək azarkeşlər yol pulunu və bilet xərclərini ödəməyəcəklər. Onlar yalnız yemək xərclərini öz hesablarına ödəməli olacaqlar. Görünür, "Xəzər Lənkəran" rəhbərliyi bu addımı atmaqla yenidən azarkeşlərinin ürəyini almağa, yaranmış gərginliyi aradan qaldırmağa çalışr. Hər halda, son günlər "Fırtına" fan-klubu ilə bağlı yaranan problemlər fanatlarla rəhbərlik arasında ciddi uçurum yaradıb.------
Məlumatın bu formada verilməsi ilə razılaşa bilmirəm və azarkeş klubunun rəhbəri kimi bu yazıya münasibət bildirməliyəm. "Xəzər Lənkəran" azarkeşləri ələ almağa çalışır - Sərlövhəli məlumat xarakterli yazının mənasından belə anlamaq olur ki,güya Lənkəranlı azarkeşləri bu yolla ələ almaq mümkündür.Cənublu futbolsevərlər “İnter”lə oyuna onsuz da gedəcəkdilər.Lənkərandan təxminən 450-500 azarkeş öz hesabına bu oyuna baxmağa gedəcəkdi.İndi əgər “Xəzər Lənkəran” klubu bu şəraiti onlar üçün yaradıbsa ola bilər ki,qeyd etdiyim azarkeşlərdən müəyyən hissə klubun hesabına getməyə qərar versin.Məncə buna başqa don geyindirmək lazım deyil.Lənkəranlı futbolsevərlər ölkənin aparıcı azarkeş qüvvəsi olmaları ilə yanaşı özünə hörmət etməyi bacaran azarkeş kütləsidir. Biz “12-ci”lər öz adətimizə sadiq qalaraq “Xəzər Lənkəran” klubunun hesabına yola çıxmaqdan imtina etdik.Azarkeş klubumuzun vasitəçiliyi ilə bir qrup fəal azarkeş öz hesablarına mikro avtobuslarla Bakıya gedərək “İnter”lə oyunda komandamıza dəstək olacaq.Onlar “Xəzər Lənkəran”ın paytaxtdakı bütün oyunlarında iştirak edirlər və heç vaxt “Xəzər Lənkəran” klubunun hesabına yola çıxmırlar. Başqa bir tərəfdən bu yazıya yanaşanda qəribə vəziyyət və bu vəziyyətədn doğan qəribə bir sual yaranır.Beləki Lənkəran stadionunda milli komandanın sentyabr ayında Finlandaiyaya qarşı keçirdiyi oyunda iştirak edən, müxtəlif klubların fan klubları AFFA-nın hesabına avtobuslarla Bakıdan Lənkərana gəlmiş və pulsuz biletlə təmin olunmuşdular.Hətta həmin oyunu işıqlandıran jurnalistlər də AFFA-nın kirayələdiyi avtobuslarla gəlmiş,yolda da AFFA-nın hesabına çörək yemişdilər.Bu o fanatların və jurnalistlərin AFFA tərəfindən ələ alınmasıdır yoxsa pulsuz əmələ gələn -avtobus,bilet və yemək rüşvət statusu daşıyır? Xatıraladım ki,millinin Lənkərandakı oyununda da sıravi Lənkəran azarkeşlərindən başqa təkcə biz “12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi, bir təşkilat kimi öz hesabımıza pulla 117-ədəd bilet alaraq,özümüzdən əlavə imkansız azarkeşlərdən müəyyən hissəni biletlə təmin edərək stadiona daxil olmuşduq.Həmin oyunda biz yenə öz hesabımıza müxtəlif layihələr həyata keçirmişdik.Belə çıxır ki, biz “12-ci oyunçu” azarkeş klubu olaraq həmin oyunda millini dəstəkləyən fan klubları və ölkə mətbuatını AFFA- tərəfindən ələ alınmışlar kimi qələmə verə bilərik.Razılaşın ki, “Xəzər Lənkəran" azarkeşləri ələ almağa çalışır -Sərlövhəli məlumat xarakterli yazınının məntiqi ilə biz adları ümumi formada çəkilənləri, fan klubları və jurnalistləri AFFA-dan asılı olanlar saya bilərik.Amma digər şərh yazanlar də bu məntiqi qəbul etməyə bilərlər.Hər bir insan düşüncə tərzində və hadisəyə baxışında azaddır,hamının fikrinə də hörmətlə yanaşılmalıdır.Amma Fanat.az saytında gedən yazının ən azı ad qoyuluşu məncə uğursuz alınıb. “Xəzər Lənkəran”ın azarkeş ordusunun 90%- Lənkəranda yaşayır,onlar heç bir fan kluba daxil deyillər və onlar “Xəzər Lənkəran” klubundan da bu və ya digər formada asılı deyillər.Sadə azarkeşlər “Xəzər Lənkəran” klubuna Lənkəranı təmsil etidyinə görə dəstək olduqları üçün, klubun onlara qarşı Lənkəran adına layiq rəftarlıya, komandanın gözəl və uğurlu oyunuyla azarkeşlərin sevgisinə nail olmaq mümküdür.Bu faktı nəinki “Xəzər Lənkəran” klubunun rəhbərliyi eyni zamanda ölkənin futbol ictimaiəti və mətbuat da anlamalı və qəbul etməlidirlər.Lənkəranlı azarkeşləri maddi yardımlarla deyil,qarşılıqlı mənəvi dəyərlərin kompleksinə əsaslanan hörmətlə, belə demək mümkünsə ələ almaq olar. Hörmətlə “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin rəhbəri İslam Cabbarlı.
''Xezer Lenkeran'' azarkesleri onsuz da hemise dogma klublarinin yanindadirlar.Bu bugunun sohbeti deyil. Boylanib arxaya baxanda bu tarixi aydin gormek olur. Bu sevgi ne pulla olculur ne de basqa maddi bir vasite ile. Bu menevi deyerlere esaslanan bir sevgidir. Evvellerde de dediyimiz kimi ''BU SEVDA BITMEZ''!