Zaur Ramazanov ”Xəzər Lənkəran”-”Bakı” matçında futbolçu karyerası ilə vidalaşacaq "Xəzər Lənkəran”ın oktyabrın 2-də Unibank Premyer Liqasının VIII turunda "Bakı” klubu ilə qarşılaşmasında komandamızın sabiq hücumçusu Zaur Ramazanovun futbolla təntənəli vidalaşma mərasimi keçiriləcək. Zaur topa ilk zərbəni yetirərək meydanı azarkeşlərin alqışları altında tərk edəcək. Zaur Ramazanov 2005-ci ildən "Xəzər Lənkəran”ın ən böyük nəticə verən futbolçularından biri olub. "Xəzər Lənkəran”ın bütün titulların qazanmasında Zaur Ramazanovun xidmətləri danılmazdır. Onun iştirakı ilə komandamız 2 dəfə Azərbaycan kubokunun qalibi (2006/2007 və 2007/2008), 1 dəfə ölkə çempionu (2006/2007) olub, 1 dəfə Birlik kubokunu qazanıb (2008). Zaurun özü də Azərbaycan çempionatının bombardirlər siyahısında yer almışdır (2006/2007). Eyni zamanda Ramazanov Azərbaycan milli yığmasının üzvü də olub. Həmin qismdə o 14 oyunun iştirakçısı olub.
Zaur adi gelende Paxtakor yadima dushur. Zaur adi gelende Platini, Blatter yadima dushur. Bu efsanevi futbolcumuzu adina layiq alqishlarla yola salmaq lazimdir. Axi o butun Lenkeranlinin dostu olub. Hem de Suleyman Mikayilov(kecmish icra bashcisi) ona Lenkeranin fexri vetendashi adini verib. Eger bizim coreyimizi yeyibse hemde TALISHDIR. Sene halaldir ZAYKA
Halal olsun ona.urekle oynayib,heyfki sonacan olmadi.alqislarla yola salmaq lazimdi.klubumuzun iniyedek en guclu ve yaddaqalan oyuncusu ve kapitani olub