Ana Səhifə» 2010»Aprel»3 » Bizə sayğı göstərin ,bizimlə hesablaşın,bizdən öyrənin !
23:35
Bizə sayğı göstərin ,bizimlə hesablaşın,bizdən öyrənin !
Bizə sayğı göstərin ,bizimlə hesablaşın,bizdən öyrənin !
“Xəzər Lənkəran” – “Qarabağ” oyunu televiziya vasitəsi ilə canlı yayımlandı və bütün ölkə Lənkəranlı fanatların futbol mədəniyyətinin şahidi oldu.
Hər iki komandanın gözəl futbol nümayiş etdirdiyi oyunda baş hakimin qərarlarında əgər müəyyən çatışmamazlıq var idisə də, bu bilərəkdən olmurdu və bu səbəbdən də azarkeşlər hakimlər briqadasının qərarlarına hörmətlə yanaşırdılar.Hətta ikinci yarıda künc zərbəsini yerinə yetirərkən, İvan Tsvetkovun cərimə meydançasına göndərdiyi topun qapı xəttinindən çıxması səbəbindən yan xətt hakimi bayrağı qaldırdı və baş hakim də bunu qeydə aldı.Azarkeşlər də öz növbəsində bu qərarı adi qəbul etdilər.Stadionun “İ”,”O” və “S” -sektorundan oyunu izləyən azarkeşlərin reaksiyasından anlamaq oldu ki,yan xətt hakimi həmin anda düzgün qərar verərək bayrağı qaldırmışdı.Hakimlər briqadası öz işini vicdanla yerinə yetirərkən,heç bir azarkeş özündən çıxmaz.Bundan əlavə ”Neftçi” ilə oyundan fərqli olaraq bu dəfə oyunun hakim inspektoru və AFFA nümayəndəsi meydana daxil olmadılar “Xəzər Lənkəran”ın lehinə penaltini verərkən, hakim həmin epizoda yaxın oldu və vəziyyəti düzgün qiymətləndirdi .Düzgün qərar verərək Anar Salmanov hələ də ölkədə normal hakimlərimizin olduğunu təsdiqlədi.
Baxın budur Lənkəranda futbol bayramı, budur Lənkəranlı azarkeşlər. “Xəzər Lənkəran” – “Qarabağ” oyununda azarkeşlər stadiona bir dənə belə yad əşya atmadılar,hakimi söymədilər və döymədilər .Bu oyunda bir daha Lənkəranlı futbol azarkeşlərinin mədəniyyəti və futbol biliyi göründü.Kimlərsə bunu görmək istəmirsə bu onların öz problemləridir.
AFFA-nın baş katibi oyunu bir başa stadiondan izlədi və yəqin ki,bizim haqqımızda eşitdiklərinin yalan olduğunu öz gözləri ilə gördü.”Fırtınalar meydanı”nda dolu tribunalar,mədəni azarkeş,Meksika dalğası,komandaya sivil qaydada olan dəstək,qol sevinci,rəqibin uğultuya tutulması və s.futbola aid yaxşı nə varsa oldu.
Biz mədəniyik,biz birinciyik,biz bir orduyuq,biz Lənkəranlı futbol azarkeşləri zatən beləyik.
Bizə sayğı göstərin ,bizimlə hesablaşın, bizdən öyrənin !
Sizli bizli bu oyunda qələbəyə layiq idik və istədiyimizi də qazandıq.Sağ olsun futbolçular da məşqçi heyyəti də.Hamını təbrik edirəm.Gələcək günlərdə uğurlar qazanmaq arzusu ilə.
Bu fantastika idi,bele azarkeslik Azerbaycan futbolundan qabaqda gedir. Kimler bizi beyenmirse, kimler bizim azarkesliyimize subhe edirse onlara ar olsun. Hamina tesekkurler, hamini da tebrik edirem.