Ana Səhifə» 2009»Oktyabr»8 » Biz vəkil deyilik amma...
18:45
Biz vəkil deyilik amma...
Biz vəkil deyilik amma...
“12-ci oyunçu” azarkeş klubu ədalətin tərəfində olduqca geri zəkalıların hədəfinə çevrilib.
“Xəzər-Lənkəran” və “Muğan” əvəzedici komandalarının oyunundan sonra maraqlı hadisələr baş verməkdədir ki,o hadisələri görmək üçün bu oyuna bizim qədər bağlı olmaq lazımdır.Beləki məhz biz 12-ci oyunçu azarkeş klubu olaraq Gənclərimizə dəstək olaq adlı layihəni həyata keçirərək 25-sentyabrda keçirilən oyundan bir neçə gün öncə afişalar hazırlayaraq Lənkəranın hər yerində yaydıq.Hətta “Futbol+” qəzetində də elan verdik.Oyunda 1000-azarkeş toplandı ki,bu da ilk dəfə bu qədər azarkeş toplayan əvəzedici komandalarının oyunu kimi ölkənin futbol tarixinə düşdü. Bu oyundan çox danışılıb,elə oyun sonrakı olaylar barədə də müxtəlif fikirlər səsləndirilib.Bəs bu oyun ətrafında cərəyan edən hadisələrin digər iştirakçıları haqda kim fikir bildirəcək,yəqin ki,bu məsələ də bizim üzərimizə düşür. Oyuna təyin olunmuş hakimlər,hakimlər komitəsi və intizam komitəsi,mətbuat,həmin oyunda iştirak edən azarkeşlər,müxtəlif bəyanatlarla və müraciətlərlə çıxış edən fanatlar və s. Bunlar hadisələrdə əyani iştirak etmişlər məlum ,necə deyərlər qiyabilər də da vardır ki,onlar da iki qrupa bölünürlər.Sentyabrın 25-də keçirilən oyunda və oyun ətrafında baş verənlərə biganə qalanalar və sevinənlər. Hər iki qrupa məxsus olanlar sonrakı mərhələlərdə bu və ya digər formada dəyişilmələrə məruz qaldılar.Müəyyən hissə isə ideya baxımından birləşərək bizləri, yəni 12-ciləri günahlandırırlar.Belələri Bakıda və Lənkəranda yaşamalarından asılı olmayaraq ideya baxımından yaxın olduqları üçün biri-birilərindən xəbərsiz olaraq eyni fikirləri irəli sürürlər. “12-ci oyunçu” azarkeş klubunu nədə günahlandırırlar? Konkret olaraq “Xəzər-Lənkəran”ın əvəzedici heyyətinin baş məşqçisi işləmiş Fazil Əsədovu müdafiyə etməkdə.Xəstə düşüncəyə malik geri zəkalılar bizi suçlamaqla öz iç üzlərini göstərmiş olurlar.Çünki onlar məsələnin mahiyyətindən xəbərsizdirlər.Mahiyyətdən xəbərdar olmaq üçün isə dərin düşüncə lazımdır.Bu yazının geri zəkalılar tərəfindən də oxuna biləcəyini nəzərə alıb bəzi məqamlara toxunmaq lazım bildik.Beləliklə Xronoloji qaydada hadisələrə bir daha nəzər salaq. 25-sentyabr 2009-cu il Lənkəran olimpiya kompleksinin əsas meydançası, ”Xəzər Lənkəran”- “Muğan” əvəzedici heyyətlər,Oyunda 1000-azarkeş var, baş hakim səhvlər etdikcə oyunu idarə etməkdə çətinlik çəkir,Fazil Əsədov qırmızı kartla meydandan qovulur və qovulduğu yerin 5-metrliyindən oyunu seyr edir(Azarkeşlərin arasindan deyil),azarkeşlər hakimin işindən şokdadırlar,oyun sonrası olaylar,azarkeşlər olaylara yalnız tamaşa edirlər,mətbuat bu hadisəni rəzalət adlandırır,bir neçə gün sonra intizam komitəsi sərt qərar qəbul edir, “Xəzər Lənkəran” klubu öz saytında bildirir ki,bu qərardan öncə klub rəhbərliyi baş məşqçini işdən azad edib,hakimlər komitəsi hakimlərə yüksək xal verir,azarkeşlərdən bir qrup etiraz edir,mətbuat azarkeşləri vəhşi adlandırır,azarkeşlər bəyanatla çıxış edirlər,imzalar toplanır,video görüntülərdən məlum olur ki, intizam komitəsi və hakimlər komitəsinin qərarları yanlış və qərəzlidir,insanlardan bir qrup AFFA prezidentinə müraciət edir.Bu xronologiyada “12-ci oyunçu” azarkeş klubu etiraz bildirmək və bəyanat yaymaqlarına görə saytdan yararlanmaqları üçün azarkeşlərə şərait yaradır.Azarkeş klubu eyni zamanda azarkeşləri vəhşi adlandıran mətbuata,hakimlərə yüksək xal verən hakimlər komitəsinə və yanlış qərar verən intizam komitəsinə etiraz edir.25-sentyabrdakı oyunu canlı izlədiyimiz üçün, oyun sonrası baş verən olayların mərkəzində olduğumuza görə hər şeyi görmüşdük o səbəbdən də video materiyallara tamaşa etməmişdən biz etirazımızı bildirmişdik .Lənkəranlı azarkeşlərin vəhşi adlandırılmasına qarşı çıxdıq,səviyyəsiz hakimliyə görə etiraz etdik,Fazil Əsədovun azarkeşlərin arasında olmadığını və onun azarkeşləri nəyəsə təhrik etmədiyini iddia etdik.Biz azarkeş klubu kimi üzərimizə düşənləri etdik. “12-ci oyunçu” azarkeş klubu hadisələrə ədalət prinsipləri ilə yanaşdı.Amma sən demə bəzilərinin Fazil Əsədovla şəxsi prinsipləri var imiş və belələri hadisələrə göz yumub,azarkeşlərin vəhşi və rəzil adlandırılmasına razı oldular ki, təki şəxsi düşmənləri olan baş məşqçi cəzalandırılsın.Susanlar susdu, sevinənlər də sevindi. Mahiyyət də budur,biz ədalətli hərəkətlər etdik,bizi günahlandıranlar isə geri zəkalılardırlar.Biz Fazil Əsədovu deyil,ədaləti müdafiyə etdik,hakimlərə və hakimlər komitəsinə qarşı çıxdıq,intizam komitıəsinə qarşı etiraz etdik,mətbuata yerini göstərdik.Biz 12-cilər qətiyyətli olduq, beləcə geri zəkalıların hədəfinə çevrildik.
Mən Lənkəranda yaşayıram və həmin oyunda ola bilməsəm də xəbərim var idi ki,azarkeşlər mətbuatda deyilən sözlərə layiq deyildilər.Əlimdən bir şey də gəlmədi,12-ci oyunçunun bəyanatı ardıyca Bosmanın bəyanatı və s -ni oxuyandan sonra bildim ki,iş görənlər var.Bəzən belə olur ki,əlindən bir şey gəlməyən avaralar iş görənləri də bəyənmirlər.Adları da yaxşıdır- Geri zəkalılar.
fazil esedov lenkeranin yetisdirdiyi ve futboldan ayrilmayan futbol mutexessisidir.Onu mudafiye etseniz de ayib deyil.O ki qaldi siz boyuk isler gormusuz,azarkesleri tehqir edenleri yerine otuzdurduz size ancaq sag ol dusur.
Evezedicilerin oyununda baş verenlere göre hakimler komitesi ve intizam komiteleri mesuliyyet daşiyirlar.Azarkeşleri vehşi adlandiranlarla razilaşanin ise ne menviyyati ne de vexlaqi var.Men 12-ci oyuncunun üzvü olmasam da üreyim sizinledir.
Mən belə başa düşdüm ki,sizi kimsə ittiham edir.Onlar gərək bilsinlər ki,12-ciləri bütün azarkeşlər qəbul edirlər.Kimsə sizə qarşı çıxırsa özləünə zərər edəcək.
Kim ne deyir desin,siz Lenkeranli azarkesleri mudafiye etdiniz ve isinizin ohdesinden geldiniz.Men basa dusdum ki,dedikleriniz konkret kimlere aiddir ve siz novbeti defe boyukluk gostererk onlarin adlarina isare etmediniz.Yeqin ki oz paylarini goturecekler.