Ana Səhifə» 2011»Yanvar»20 » Biz zülmkar deyilikmi ?
19:01
Biz zülmkar deyilikmi ?
20-il
əvvəl və bu gün...
20-il
əvvəl - bu gün, meydanlara axışanlar qorxu bilmədən, sonunu düşünmədən zülmə
qarşı çıxmışdılar. Zülmə qalib gəlməyin yollarını axtaran zaman zalımlar tərəfindən
qan töküldü, daha böyük zülmlər edildi məzlumlara...İnsanlar vəhşicəsinə qanına
qəltan edildi, ardıyca represiyalar başlandı... Zülm bütün dövrlərdə olub indi
də var... O vaxt meydanlara axışanlara
extremist deyənlərin bəziləri, o vaxt üçrəngli bayrağı tikələyib ayaqqabılarını
silənlərin bəziləri indi dəyişilibmi güya..?
Bayrağı başı üzərində asıb zülm edənlərimiz də
var, zülmə göz yumanlarımız da, zülmə qarşı çıxmaqdan qorxanlarımız da...
İndinin özündə zülm edənlərin sayı heç də
azalmayıb, onların əməllərinin sadəcə
forması dəyişib. Dəyişən isə təkcə forma deyil, bəziləri simasını, bəziləri əqidəsini
dəyişmişdir... Mahiyyət isə yerində qalıb- zülm !
Yanvar
hadisələrində qucağında körpəsi ilə tankın qarşısına çıxan qadınlar olduğu
halda indi qadının kölgəsində gizlənən kişilər də var...
O
vaxt zalımın kimliyini açıq aşkar demək mümkün olurdusa indi hamı bildiyini deməkdən
çəkinir, hamı bilmədiyindən söz salır. 20-il əvvəl bizə kənardan zülm
olunurdusa indi özümüz özümüzə zülm edirik, indi cəmiyyətimizdə həkim müəllimə,
müəllim tələbəyə, tələbə valideynə, valideyn tabeçiliyində olanlara zülm
edir...Polis də bu sırada xüsusi yer tutur, ticarətçi də qulluqçu da.. Hamılıqla
biz zülmə meyilli qövmə çevrilirik...
Yanvar
hadisələrində verilən canlar xatirinə hansımız bir günahdan keçmişik, hansımız
bir borcu bağışlamışıq, hansımız bir gözəl iş görmüşük ki..?
Yanvar
hadisələrində yaşananlara görə Rus millətini söyənlər də olurdu, amma
anlamırdılar ki, bu hadisə zülmlə qurulan bir zalım imperiyanın sonu olduğu
üçün baş vermişdi. Tarixi dəyişən bir imperiyanın sonunda nə olmalı idi ki..?
Bəs
indinin özündə tarixi dəyişmək istəyənlər azdırmı ?
Biz
özümüz qədər ikinci zülümkar və ya zülmə
tabe olanlar tapa bilmərik, biz yanvarda
şəhid olanlar qədər təmiz ola bilmərik, biz onlar qədər səmimi də ola bilmərik...
Amma
hələlik əlimizdən gələni bircə işdir; yanvar
ayının 2-ci dekadasının tamamında şəhidlər xiyabanına ziyarətə getmək.
Yaxşılıq
etmək, pisliklərdən uzaq olmaq, yaradana tapınmaq, bağışlamaq, zülm etməmək,
milləti və vətəni sevmək, sadəcə insan
kimi yaşamaq və yaşatmaq bəlkə hələ də bizlik deyil... Təki mən yanılaydım...