Ana Səhifə» 2010»Dekabr»16 » Bizi futboldan ayıra bilən gün...
19:16
Bizi futboldan ayıra bilən gün...
Mənəvi saflığı olmayanların nə səmimiyyəti nə də ədaləti
olmaz. Biz ədalətsizliklərə qarşı mübarizəmizdə
davamlı olduğumuz qədər də zülmə və ədalətsizliyə qarşı üsyan etməklə
bəşəriyyətə örnək olan İmam Hüseyn məktəbindən
hələki öyrənməyə çalışırıq. Hər birimiz həyatımız boyunca bu məktəbdə imtahan
veririk. Kimlərsə imtahandan üzü ağ çıxmağa çalışır, kimlərsə heç bunun
fərqində olmur. Bəzən geri baxmadan ədalətbildiyin bir iş üçün irəli gedirsən. Bir də baxırsan ki, arxada
güvənəcəyin bir kəs qalmayıb…
Həyatın bütün sahələrində belə hallarla rastlaşmaq mümkündür. Eyni ilə
futbolda da…
Yalançı dəvət məktublarını imzlayan Kufə əhlindən, vədinə
naxələf çıxmaqda fərqlənməyənlər yaşadığımız günlərdə sayca daha da çoxalıb
desək yanılmarıq.
Elə zülmü gündəlik əməl rasionuna daxil edənlər, ikiüzlülük
və yalan danışmaq yarışında rekordlara
can atanlar da onlardan nəinki geri qalmırlar, hətta bizlərin sayını "təkdən
birə” salmaqla da sevinə bilərlər.
Meydanda tək qalmanın ağırlığını anlamaq üçün müharibə
iştirakçısı olmaq da yetmir. Hər müharibə haqqın zəfəri naminə olmadığı kimi, hər
mübarizə növü də ədalətə qulluq etmir. Ən azından gərək biləsən ki, nə üçün mübarizə
aparırsan və bu mübarizə, hər şeyin ilk olaraq ikiyə bölündüyü bu dünyada, hansı
tərəfə qulluq edir...
Eyni zamanda mübarizə meydanını görməyənlər, mübarizə
aparmanın çətinliyini, həmçinin gözəlliyini dadmayanlar, ədalət anlayışını
şəxsi maraqdan kənarda olduğunu qavramayanlar, yalnız gözə kül üfürmək üçün sinə
başa əl qatanlar "O”nun mahiyyətini bəlkə də başa
düşməzlər. Başa düşmək üçün isə özünün hansı tərəfdə olmasını anlamaq şərtdir.
Bir tərəfdə haqq və ədalətdən savayı hər şey var…
Digər tərəfdə isə
birincidə olmayanların əzizlənərək qorunması və onun uğrunda mübarizə var, çarpışma var, etiraz var…
QEYD:
Lənkəranda Kərbəla hadisələri ilə əlaqədar keçirilən
tədbirlərə qatıldığımızdan saytımızda ardıcıl iki gün ərzində məlumatlar təqdim
olunmamışdı…