www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2009 » Noyabr » 11 » Bizi müdafiə edin,Mais Mənsimov.
03:42
Bizi müdafiə edin,Mais Mənsimov.
“Xəzər Ləkəran” klubunun prezidenti Mais Mənsimova açıq məktub.
Surəti klubun fəxri prezidenti Mübariz Mənsimova.
Surəti “Futbol+” qəzetinə.
Surəti Türkiyənin “Hürriyyət” qəzetinə.

Bu məktubu yazmaqda bir vətən sevgisindən yurd məhbbətinə qədər olan məsafədə “Xəzər Lənkəran” adlı futbol klubuna olan bağlılıq və bu bağlılığın arxasında ədalətsizliyə məruz qalmanın acısı durur.
Mən “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin rəhbəri İslam Cabbarlı olaraq 11- noyabr 2009-cu il tarixində saat 00:15-də ANS-televiziyasının efirində birbaşa yayımlanan “Topsuz-toplu” adlı idman verilişində eşitdiklərimdən ürək ağrısı keçirdim.39-illik ömrümün müəyyən dövrlərində,1990-cu il yanvar qırğınında, eləcə də Ermənilərin torpaqlarımızda işğalçılıq siyasəti apararaq 1990-cı illərin əvvəllərində hər bir rayonumuzun işğalı xəbərini eşidərkən çəkdiyim mənəvi əziyyətin təkararını hiss etdim özümdə.Xocalı soyqırımındakı kiçikliyimi,acizliyimi hiss etdim, gündəlik çörək pulunu qazanmaqla başım qarışdığından Azərbaycanlı kimi təhqirimə cavab verə bilməyəcəyimdən özümü qınadım.Noyabrın 11-də ANS tele kanalının adı çəkilən verilişində Lənkəranlıları təhqir etmək üçün, noyabrın 8-də Lənkərana gəlmiş olan insan bunu açıqca etiraf etdi.Həqiqətən də “Neftçi” fanatlarının əllərində futbol günü ingilis dilində Lənkəranlıları təhqir edən sözlər yazılmış şüar var idi.Bu peşimançılıq üzərində qurulan etiraf olsa idi,anlamaq olardı.Amma təəsüflər olsun ki,o insan bunu fəxrlə dedi,utanmadı,çəkinmədi də.Lənkəran Azərbaycanımızın ayrılmaz bir hissəsidir anlayışına tüpürən bu şəxsə, Lənkəranda 200.000- insanın yaşadığı elə həmin canlı efirdə xatırladılanda da o insan sözündən dönmədi.Mən bir Azərbaycanlı kimi utandım,mən bir Lənkəranlı kimi utandım,eyni zamanda doğulub boya başa çatdığım Lənkəranı müdafiyə edə bilmədiyim üçün xəcalət çəkdim.Axı onu sıradan bir futbol azarkeşi deməmişdi.O sözləri Dövlət Neft Şirkətinin maliyyələşdirdiyi “Neftçi” futbol klubunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən fan klubun nümayəndəsi demişdi.Lənkərandakı oyuna gəlmək üçün məhz “Neftçi” futbol klubu onlara şərait yaratmış və avtobus sifariş etmişdi.Bu fakt həmin artıq fan klubun “Neftçi” klubuna maliyyə bağlılığını sübut edir.
Məni bunca utandıran bir şəxs bu sözləri dedikdən sonra ANS telekanalını tərk edərək Bakı şəhrəində sakit tərzdə heç bir şey olmayıbmış kimi yaşayacaq.Mən və mənm kimilər acizlik hissi ilə Lənkəranda qəhərdən boğulacağıq.Eləysə hanı bizim milli ədalət hissimiz,hanı bizim fəxr etdiyimiz milli mentalitet və ən nəhayət hanı bizim milli qürurumuz.Buna qarşı çıxmanın vaxtı deyilmi ?
Mənim və digər “Xəzər lənkəran” futbol azarkeşlərinin dilində əzbər olan bir şüarla futbol oyunlarına gedirik- “Öncə vətəni, sonra səni sevdik Xəzər Lənkəran !”.
Şüarımızdan da göründüyü kimi biz öncə vətənə olan sevgimizi bildiririk.Bu canlı efirə qədər də 8-noyabr tarixində Lənkəran şəhər stadionunda baş tutan “Xəzər Lənkəran”-“Neftçi” oyununda polisin mühafizə etdiyi həmin o “Neftçi” fan klubu Lənkəran sakinlərinə təhqirlər yağdırarkən polis və daxili qoşunlıarın hissələri onlara deyil yerli futbol azarkeşlərinə fiziki təzyiq göstərmişdi. “Fırtınalar meydanı” adını qoyan Lənkəranlı futbol azarkeşlərinə həmin gün elə “Fırtınalar meydanı”nda divan tutulmuşdu.Bu bizim vətən sevgimizə təsir etmək üçün edilmişdimi ? Ya bu ayrıseçkiliyin arxasında nə dururdu bunu deyə bilmərəm.
Mən və digər “12-ci noyunçu”lar “Xəzər Lənkəran”ın hər ev oyununa minlərlə vərəqə hazırlayıb paylayırıq ki,stadiona azarkeş toplayaq.Bizim həyat tərzimizlə tanış olan minlərlə insan bizə inanır və klubun hazırladığı afişalardan əlavə bizim vərəqələrə görə də ruhlanaraq stdaiona gəlir.İndi onların üzünə biz necə baxaq,onlara nə deyək ki,çağırdıq gəldilər və stadionda təhqir olundular.Ardıyca isə ANS-in canlı efirində bir daha ingilis dilində təhqiramiz ifadələri şüar şəklində stadiona gətirənlər bu haqda fəxrlə danışdılar.
Azərbaycanımızı bölgələrə bölənlərə nifrət hissimi heç vaxt gizlətəmişəm.Mən və ətrafımdakılar həmişə Azərbaycanımızı bütöv görmək istəmişik.Ölkəmizin parçalanmasına meyilli qüvvələrə ölüm arzulamışıq.Eləysə mənim və minlərlə azarkeşin təhqirinə qarşı çıxın,susmayın.
“Xəzər Lənkəran” klubun prezidenti Mais Mənsimov, sizdən xahiş edirəm bu məsləyə münasibət bildirəsiniz. “Xəzər Lənkəran” azarkeşləri ilə yanaşı 200.000-dən çox Lənkəran sakininin təhqirinə siz də etiraz edin.Bu sizin adında Lənkəran sözlərini daşıyan klubun prezidenti kimi haqqınız və borcunuzdur.Haqqınızdan istifadə edin ki, borclu qalmayasınız.Bu məsuliyyəti böyüklük göstərərək öz üzərinizə götürün,böyüklər məsuliyyətdən qorxmurlar.Qorxanlar isə böyük ola bilməzlər.Sizin bir addımınıza, iki addımla cavab verəcəyik,”Xəzər Lənkəran” azarkeşinin qürurunu tapdalamağa çalışanlara qarşı.
Hörmətlə “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin rəhbəri İslam Cabbarlı.

Bölmə: |Baxış sayı: 3229 | Yazar: ISLAM |
Всего комментариев: 9
12.11.2009
9. Ramin Kazimov (Ramin) [Материал]
hansisa bir seviyyesizin bizi oz evimizde tehqir etmesine goz yuma bilmerik!Bunun uchun lazimi tedbirler gorulmelidir.Lenkeranin Hezi Aslanov,Baloglan Abbasov kimi ogullari oldugu halda bizler de onlardan numune goturub Lenkaranin eleyhine soz deyenleri susturmaliyiq.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.11.2009
8. XezerliAzarkes [Материал]
Xezer lenkeran azarkesleri klub rehberliyinden cavab addimlar gozleyir,daha geri cekilesi yer yoxdur.Firtina fan klubu Bosman fan klubu onlar da bizimdirler.Onlari Xezer lenkeranin azarkeslerinden ayri bilmeyin.Bizi biri birimizden ferqlnedirn hec ne yoxdur.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.11.2009
7. Dasdemir [Материал]
Mais Mensimov basla indi novbə senindir.Bu meqamda bizim terefdə olmsan sonra gec olacaq.Beyanat ver,Lenkeran azarkeslerini mudafiye et.mais Mensimov ve Mubariz Mensimov meydan sisindir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.11.2009
6. Tarif [Материал]
Bu nə biabırçılqdır.Biz buna etiraz etməliyik.haydı Lənkləranın mərd oğulları atlanın.Azərbaycanı bölməyə imkan verməyək,Lənkəran Azərbaycanın ayrılmaz bir hissəsi olduğu kimi də mərd oğulların məskənidir.hanı o polis ki,Lənkəranlıları stadionda döyüb,indi buyurun siz kimi qoruyurdunuz.Xainləri,satqınları?
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.11.2009
5. rovshan [Материал]
Islam muellim cox xahis ederdim mumkumse o verlisin hemin meqaminin video goruntulerini saytda yerlesdiresiniz.hemin insanin adini ve vezifesini de qeyd etsez yaxsi olardi.xususen video goruntu.qoy hami o insani tanisin.sifeti yaddasimiza hekk olunsun.ardini lenkeranlilar ozu ona basa salar.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.11.2009
4. Rahim [Материал]
Məncə məktub çox uğurlu alınıb,o mənada ki,yazı mədəni bir insanın həm də vətənini sevən bir insanın tərəfindən yazılıb.Bu məktubu oxuyan vicdanlı insan ilk növbədə kövrəlir.Biz məgər bunca aciz imişik ?!!! Ya oyanlıq olsun ya da yaşayaq kişi kimi,o səviyyəsiz mənşəli Neftçi azarkeşi nin dedikləri bütün Azərbaycan əhalisinin təhqir olunmasıdır.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.11.2009
3. CABBARLI (ISLAM) [Материал]
Mən dünən ANS-dəki verilişə baxandan sonra futbola da nifrət etdim,futbol adı altında çirkin işlər görən insanlar toplusuna da.Lənkəranlıları təhqir etməyini canlıı efirdə arsız arsız dilə gətirənlərin Azərbaycan torpağında gəzməyə haqqı yoxdur.Bu biabırçılığa klub rəhbərliyi son qoymalıdır.Yox əgər onlar etməsələr onda biz baılayacağıq o zaman bütün tərəflər üçün pis sonuclanacaq.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.11.2009
2. Ramin Safarov (Firtinaci) [Материал]
Eyer cox hormetli Mais muellimi orada yazilanlar ve Xezer azerkesine qarsi edilen hormetsizlikler zerre qeder narahat etseydi, Islamin muracietinden once bir tedbir gorerdiler. Kim bilir? belke de biz azerkeslere qarsi edilen hormetsizlikler ele bu sexsler terefinden desteklenib/teskil edilib. Ona gore muracietin unvaninin duz secilmediyi qenaetindeyem. Birce umidimiz Mumariz muellimedir ki, o da deyesen son vaxtlar Xezerden uz dondermis kimi gorunur....
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.11.2009
1. Dr.Mirhafiz [Материал]
Bütün bu olanlara qarşı İslam bəyin bu məktubla bu ünvana (ünvanlara) müraciət etməsinə "Bosman" fanklubunun nümayəndəsi kimi men də qoşuluram. Bildirmək istəyirəm ki,bu ən qanuni və sivil bir yoldur.Əgər PFL DİN-ə müraciət edib Lənkəran polisinin cəzalanmasina nail ola bilirsə, (məlum, əvəzedicilərin görüşü ilə baglı) onda biz niyə bu tərbiyəsiz azarkeşlərin və onları müdafiə edənlərin cəzalanmasına nail olmayaq.Məgər Azərbaycanda kimləri isə təhqir etmək bu qədər asandır?

Mirhafiz Babayev

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz