Ana Səhifə» 2010»Avqust»26 » Bizim Mirça,bizim Mirça...
21:10
Bizim Mirça,bizim Mirça...
"Xəzər
Lənkəran” avqustun 26-da saat 18:10-da
axşam məşqinə çıxdı.Bu dəfə əvəzedici heyyətdən gətirilən Nicat Həbibovdan
başqa qapıçı Tərlan Qasımzadə də əsas heyyətlə birgə məşq edirdi.Bir neçə
formada keçirilən bu günki məşqdə də yeniliklər var idi.İkitərəfli oyundan
sonra hücumçuların ayrıca,müdafiə və yarımmüdafiənin ayrıca məşq keçməsi
maraqlı alındı.Bir tərəfdə Mirça Rednik taktiki məşqləri keçir,digər tərəfdə isə
Mihay Keja öz fiziki məşqləri ilə diqqət
çəkirdi.Müdafiə ilə məşqin isə qeyri adiliyi daha çox hiss olunurdu.Müdafiə dördlüyünün düzülüşü, oyun vəziyyətlərində yerdəyişmələri
və s. azarkeşlərin marağına səbəb olurdu.Məşqdən sonra istər futbolçular istərsə
də məşqçilər aarkeşlərlə birgə fotoşəkil çəkdirməyə məmuniyyətlə razılıq
verirdilr.
Ay qardaslar bu gunki, mesq daha super idi. Heqiqeten Rednik meni mesqden mesqe, oyundan oyuna daha cox heyran edir. Her mesqde muxtelif cur mesqler kecmasi meni heyran edir. Bu gunden men Redniki Xezer Lenkeran ucun Joze Mourinyo adlandiriram. Belkede bu gulmelidi amma heqiqeten ureyimden qelbimden gelen ifade idi deyirem. InsALLAH her sey yaxsi olacaq. Men buna eminem.