Ana Səhifə» 2009»Oktyabr»9 » Bəlkə, bu ləkəni bizim futboldan beynəlxalq futbol qurumları olan UEFA və ya FIFA aradan qaldırmalıdır?
16:14
Bəlkə, bu ləkəni bizim futboldan beynəlxalq futbol qurumları olan UEFA və ya FIFA aradan qaldırmalıdır?
Bütün sahələrdə olduğu kimi futbola və onun ətrafında olan hadisələrə kimisi sırf idman növu kimi baxır, kimlərsə bundan şəxsi niyyətlərini həyata keçirmek üçün istifadə edir. ‘’12-ci oyunçu’’ nun saytında ‘’Biz vəkil deyilik’’ məqaləsini oxuduqdan sonra münasibet bildirməyi borc bilirik. ‘’Biz vəkil deyilik’’ məqaləsi hamıya aydın olduğu kimi son zamanlar öz aktuallığı ilə bütün KIV-lərin diqqət mərkəzində olan ‘’Xəzər Lənkəran’’-‘’Muğan’’ klublarının əvəzedicilərinin 25 –Sentyabr 2009-cu il tarixində keçirilmiş oyunu və oyundan sonrakı hadisələrlə bağlıdır.Artıq, oyunu izləyənlərin və həm də televiziyada göstərilən kadrlardan çoxlarının xeberi var.Bu görüntülərdən də aydın olduğu kimi IK-nin cıxardığı qərarlar düzgün deyil və ən azı çox sərt qərarlardır. Ədalətin bərpası naminə ‘’12-ci oyunçu’’ların göstərdiyi səyləri təqdirə layiq hesab edirik və qiymətləndiririk. Azərbaycanda çox az klub var ki, onların ‘’Xəzər Lənkəran’’ azarkeşi kimi sadiq, mədəni, idman baxımından çılğın azarkeşleri vardır. Bu azarkeşlərlə Azərbaycan futbolu öyünməli olduğu halda, onları dələduz və vəhşi qismində kimlərinsə təqdim etməyini heç cür həzm etmək mümkün deyil. Amma bir futbol adamının taleyine bunca insafsız yanaşaraq ona bu qədər sərt cəzaların verilməsi, azarkeşlərin futbolsuz qoyulması necə, ‘’mədəni vəhşilik’’ deyilmi? IK-nin bu qərarları qüvvədə qaldıqca Azərbaycan futboluna bir ləkə düşmüş olur.Bu ləkənin aradan qaldırılmasını AFFA rəhbərliyi məsələyə yenidən baxmaqla təmin edə bilər. Biz buna ümidliyik! Yoxsa, bu ləkəni bizim futboldan beynəlxalq futbol qurumları olan UEFA və ya FIFA aradan qaldırmalıdır?
Bu oyunun vaxtinin deyisdirilmesi sebei ile bu oyunda istirak etmemisem daha doqrusu ikinci hissenin 10 deqiqesine baxib getmei olmusam. Verilen cezalarin boyukluyunu ve yanlis olduqunu her bir insan qebul edir. Alinan qirmizi vereqeye gore Fazil muelimi 2 ve ya 3 oyun meydancadan kenarlasdirmaq mumkun idi. Mesqcinin iki illik lisenziyasinin alinmasi tamam yanisdir,ola bilsin ki,ali futbol qurumlarinda bu ise baxilsin ilk once bunu temin etmek lazim olacaq.
Mübarizəni davam etmək lazımdır.Görülən işlər vaxtında və yerində olmuşdur.Ancaq bunula da kifayətlənmək olmaz.Sona qədər mübarizə aparmaq və istəklərimizə çatmalıyıq.
Mence artiq gecdir ve bu mesuliyyetsiz futbol teskilatlari qerarlarini deyismek istemirler.Bununla bele bu isde eziyyet cekerek Lenkeranli azarkeslerin haqqini qoruyanlar esl qehreman oldular.Her nese olanlar gosterdi ki,Lenkeranlilar hec de intizam mokitesinin terefinden deyildiyi kimi seviyyesiz deyil.
Belke heremiz oz xaricde yasayan dostlarimiza hemin video-fraqmentleri gonderek. Onlar da hemin olkelerin futbol verilislerinde onu numayis etdirmeye nail olsunlar ve xaricde de gorsunler ki bizim futbolun basina ne oyun acirlar
İntizam komitəsinin qərarı ölkə futbolunun inkişafına xidmət edə bilməz,belə qərarlar komitənin adına da uyğun gəlmir.Ən azı ona görə ki,qərarın qəbul olunmasında intizamlı insanlar iştirak etsəydilər indi o qərarı dəyişməyə çalışardılar.
Bu intizam komitesinde yalniz düsünceden dar insanlar oturub bunu bilirik.Bes bizim Xezer Lenkeran klubuna ne düsmüsdü ki intizam komitesinin qerari cixarilmamisdan Fazil Esedovu isden cixardilar.Size bele gelmir ki bu klubun sifarisine oxsayir.Mence onlarin da ifsa olunmasi gerekdir.Lenkeranli azarkesleri vehsi deyenlerin ata-babalari vehsi olal biler.Utansin futbol ictimaieti ki.bu islerde bizi müdafie etmediler.Bu olkede futbol mehve mehkumdur.O ki qaldi klub rehberliyine onlarla haq hesabimiz qalsin sonraya ,men Samir Sefiyev bildirirem ki,onlarin da bu isde elbir oldugunu arasdiracagam ve eger fakt taparamsa bilerem ne ederem.Fazil Esedovu ne taniyiram ne de hec indeye qeder gormemeisem,menim ucun maraqli meselenin basqa terefidir.
Bizləri qınayanlar bilməlidirlər ki,bizlər Fazil Əsədovu deyil,ədaləti müdafiyə edirik.Bu gün biz sussaq sabah digər ədalətsiz qərarlarla da susaraq razılaşacağıq.Biz kimlərinsə iradəsinə uyğun deyil öz düşüncəmizlə hərəkət etməyə qadirik və müstəqil fikir bildirmək qabiliyyətindəyik.
Biz Lenkeran genclerinin adindan olke prezidentine muraciet etmek fikrindeyik.Esitdiyime gore milli qehramanlarin aileleri de imza toplayirlar.25-sentyabrdaki hadiselerle bagli cixarilan qerarlar hec bir metiqe sigmir,biz bua qarsi cixacagiq.Lazim gelerse beynelxalq futbolqurumlarina da muraciet edeceyik.
Bu qeder dozduk daha besdir,bizim sikayet etmeye haqqimiz da var.Ele hemise Lenkeranlilarai sixir incidirler.Ister futbolda isterse de basqa sahelerde.Hemise bizmkileri Bakida incidibler,stadionlarda bileri tehqir edirler.Affa bizi adam yerine qoymur,PFL istediyi qerari cixarir.Bunun sonu olmalidir.
İlk olaraq mən fikir bildirim. Ölkə futboluna rəhbərlik edənlər futbolumuzun paytaxtı kimi Lənkəranı qəbul etməyənə qədər bu və ya digər problemlər öz həllini tapa bilməyəcək.Azərbaycan futbolu süni mərkəzləşməyə məruz qaldığından inkişaf etməyəcək.Unibank Premyer liqasında keçirilən oyunlarda stadionlara toplaşan azarkeşlərin 60% -Lənkəranda yığılır.Bu həqiqətdir,ölkənin futbol ictimaiəti bizimlə hesablaşmalıdır,Əks təqdirdə Azərbaycanda stadionlar boş qalacaq və futbola maraq olmadıqca komandalar dağılacaq.Bu da öz növbəsində Azərbaycanda futbol adlı idman növünün getdikcə yaddan çıxacağına gətirəcək.Bütün bunların baş verməməsi üçün AFFA və PFL cinayətkar əməllərindən əl çəkməlidir.Ya da bizim yolumuz UEFA -ya ,hətta FİFA-ya düşə bilər.