www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Dekabr » 27 » “Bosman” fanklubu 10 nominasiya üzrə qalibləri elan edir.
19:03
“Bosman” fanklubu 10 nominasiya üzrə qalibləri elan edir.


İlin yekunlarına görə "Bosman” fanklubu 10 nominasiya üzrə qalibləri elan edir.


1. İlin "Komandası”--------------------- "Xəzər Lənkəran”

 

 

 

            Futbol üzrə Azərbaycan çempionatı 2010/2011 mövsümünün başlanmasına iyirmi gündən də az bir vaxt qalmış, baş məşqçisini və aparıcı futbolçularını dəyişməsinə baxmayaraq, göstərilən müddət ərzində yeni baş məşqçi və bir neçə futbolçuları heyətinə qatmağa müvəffəq olmuş "Xəzər lənkəran” komandası bütün bu çətinliklərə baxmayaraq ilin son turunadək öz gözəl oyunu və göstərdiyi nəticələrə görə təsnifat mərhələsinin yekununa dörd tur qalmış ilk  " 6–lığ”a vəsiqəni təmin etdiyinə görə "İlin Komandası” nominasiyasında qalib elan olunsun!

 

 

 

2.  İlin "Məşqçisi”-------------------------- Mirça Rednik

 

 

 

            Yuxarıda göstərildiyi kimi mövsümün başlanmasına sayılı günlər qalmış və əsas heyətinin bir çox üzvünü dəyişmiş bir komandanı qəbul edərək, bir daha yuxarıda göstərilən nəticələri qazanaraq, komandada psixoloji durumu lazımi səviyyəyə qaldırmış, Azərbaycan futboluna və komandalarına dərindən bələd olmamasına baxmayaraq, qısa müddətdə düzgün analizləri hesabına hər komandaya qarşı fərqli taktika ilə komandanı matça çıxarmış və qənaətbəxş nəticələr əldə etmiş, bütün bu kimi bacarıqlarının hesabına həm klub rəhbərliyinin, həm də ən böyük azarkeş ordusu olan "Xəzər Lənkəran” azarkeşlərinin böyük rəğbətini qazanmış komandanın baş məşqçisi Mirça Rednik "İlin Məşqçisi” elan olunsun!

 

 

 

3.  İlin "Azarkeşi”----------------------"Xəzər Lənkəran” azarkeşi

 

 

 

            Daim komandasının yanında olmaqla güclü dəstək nümayiş etdirmiş, komandanın göstərdiyi nəticələrdə yaxından payı olmuş, həyata keçirdiyi müxtəlif xoşməramlı layihələrlə çempionatımıza rəng qatmış, öz dostluq münasibətləri ilə seçilən, təkcə cari mövsümün iyirmi (biri kubok matçı olmaqla) matçı ərzində ölkəmizdə rekord sayda 103.720 nəfər olmaqla komandaya dəstək nümayiş etdirmiş "Xəzər Lənkəran” azarkeşi "İlin Azarkeşi” elan olunsun!

 

 

 

4.  İlin "Futbol şəhəri”--------------------------- Lənkəran şəhəri

 

 

 

            Futbola böyük marağı ilə seçilən və yuxarıda göstərilən rekord sayda, stadionların bəzəyi olan azarkeşlərə malik olması, azarkeşlər arasında müxtəlif futbol turnirlərinin keçirilməsi ilə yadda qalan, bu mənada bu ilə də öz möhürünü vuran, "Xəzər Lənkəran” kimi bir komandaya malik olması ilə seçilən, bu mövsümün ən son "Start və Final fiti”nin məhz bu şəhərdə səslənməsi ilə yadda qalan Lənkəran şəhəri "İlin Futbol şəhəri” elan edilsin.

 

 

 

 

 

5.  İlin "Futbol simasına çevrilmiş qəhrəmanı”-------------- Mübariz İbrahimov (Milli Qəhrəman)

 

            Torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş, bununla da hər bir Azərbaycan vətəndaşının o cümlədən ölkə futbolsevərlərinin əbədi yaddaşına həkk olmuş Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş, Lənkəranda keçirilən "Mübariz Olaq” turnirinin onun adı ilə bağlı olmasının, bu amilə görə futbol turnirlərində də xatırlanaraq, futbol ailəsinə gəlmiş isim olaraq Mübariz İbrahimov "İlin Futbol simasına çevrilmiş qəhrəmanı” elan edilsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

 

 

 

6.  İlin "Avropada ən uzun yol” qət edən komandası------- "Qarabağ”

 

 

 

            Azərbaycan futbolunda son illərdə Avropa miqyaslı turnirlərdə uğurlu çıxışı ilə yadda qalan, bu il Avropa Liqası turnirində üç mərhələ qət edərək, qrup mərhələsinin biraddımlığına qədər gələn, yalnız son təsnifat mərhələsində bu gün Almaniya Bundesliqasının lideri olan Dortmundun "Borussiya"  klubuna yenilməklə yarışları tərk edən, Azərbaycan futbol tarixində Avropa miqyaslı turnirlərdə ən uzun yol qət edən Ağdamın "Qarabağ” komandası "İlin Avropada ən uzun yol qət edən komandası” nominasiyasında qalib elan olunsun!

 

 

 

 

 

7.  İlin "İdman nəşri”------------------------------------"Futbol +” qəzeti

 

 

 

            Uzun müddətdir ki, ölkəmizdə nəşr olunan, ölkə və dünya idmanından oxuculara operativ və ən əsası obyektiv məlumatlar çatdıran, Azərbaycan azarkeşinə xüsusi həssas diqqəti ilə seçilən, bütün bunlara görə də ölkə idman nəşrləri arasında liderliyini yarandığı gündən davam etdirən "Futbol+” qəzeti bu il də, "İlin İdman nəşri” nominasiyasının qalibi elan edilsin!

 

 

 

 

 

8.  İlin "Azarkeş saytı”---------------------------"12cioyuncu.com” saytı

 

           

 

            Azarkeşlərin həm matç zamanı və həm də matçdankənar vaxtlarda komandalarına dəstək nümayiş etdirərək, qarşılıqlı fikir mübadiləsi, yeni xəbərlərin digər azarkeşlərə çatdırılması, müxtəlif müzakirələrə tribuna verməsi, lazım gəldikdə matçlardan onlayn (canlı) xəbərlər yayımlaması vasitələrindən biri də internet imkanlarıdır. Ölkəmizdə bir çox fanat qurumlarının internet saytları fəaliyyət göstərir ki, bunların da arasında öz xüsusi dəst-xətti və izləyici sayına görə rekordçu olan, "Xəzər Lənkəran”ın fanat qurumlarından "12-ci oyunçu”lara məxsus "12cioyuncu.com” saytı, "İlin fanat saytı” nominasiyasında qalib elan olunsun!

 

 

 

 

 

9.  İlin "Gənc və Döyüşkən” komandası------- "Turan” (Tovuz şəhəri)

 

 

 

            Apardığımız araşdırmalara əsasən bu il Azərbaycan Premyer Liqasında təmsil olunan üç ən gənc komandalardan biri də Tovuz şəhərini təmsil edən "Turan” komandasıdır. "Turan” komandası ölkəmizdə orta yaş həddi 24 olan üç komandadan biri olmasına baxmayaraq, öz döyüşkən imici, ölkə futboluna bəxş etdiyi çoxlu sayda gənc futbolçuları, hər hansı bir iddialı komanda ilə başabaş mübarizə apara bilən və meydanda yorulmağın nə olduğunu bilməyən həm gənc və həm də döyüşkən futbolçulardan təşkil olunduğuna görə, "İlin gənc və Döyüşkən Komandası” nominasiyasında qalib elan olunsun!

 

 

 

 

 

10. İlin "Azarkeş Dostluğu”------------------"İnter” və "Xəzər Lənkəran” azarkeşlərinin dostluğu                                                                                     

 

           

 

            Futbol komandaları bir-birinə rəqib olduğu kimi, onların azarkeşlərini də rəqib saymaq olar. Lakin "İnter” və "Xəzər Lənkəran” azarkeşləri yalnız 90 dəqiqə rəqib, ondan kənar vaxtlarda necə dostluq etməyin nümunəsini göstərə bilmişlər. Mövsüm boyu qarşılıqlı olaraq həyata keçirdikləri müxtəlif layihələrlə bunu sübuta yetirən hər iki klubun azarkeşləri öz komandalarına bağlı olduqları qədər də qarşı tərəfə sayğılıdırlar. Bu hörmət və ehtiramın nəticəsidir ki, ölkədə ilk dəfə olaraq Novruz Bayramı ərəfəsində stadionda oyundan öncə qarşılıqlı bayram təbrikləri və sair kütləvi salamlamalar  həyata keçirmiş, komandalarının uğurlarına ğörə oyunlardan sonra bir-birlərini təbrik etmiş, oyundan öncə isə uğurlar arzulamışlar. Fanklub işlərində isə daim qarşılıqlı kömək göstərmişlər. Bütün bu kimi ənənələri nəzərə alaraq "İnter” və "Xəzər Lənkəran” azarkeşlərinin bu münasibəti "İlin Azarkeş Dostluğu” nominasiyasında fərqləndirilsin!

 

 

 

 

"Bosman” fanklubunun İdarə Heyəti       27 Dekabr 2010.                 

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 715 | Yazar: ISLAM |
Всего комментариев: 3
27.12.2010
Elshen qardeshim
yayda Xezer-Lenkeran ne gunde idi?
Amma indi:
Турнирная таблица:
Нефтчи 41
Хазар-Ленкорань 40
Азал 34
Интер 34
Карабах 33
Габала 30
Бакы 28
Гянджа 22
Мугань 17
Туран 12
Симург 12
МОИК 6

Bu fantastikadir! Rednik bunu bacardi.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

27.12.2010
Nacishensoy Turana qayitdi, Turan klubunu tebrik etmeye deyer.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

27.12.2010
1. Elshen Lenkeranli [Материал]
Eziz Xezerli dostlarim!!!
Sizinle 2 nominasiyadan bashqa hamisiyla raziyam. Ilin Meshqcisi Rednik yox Nazim Suleymanov olmalidir. Ilin komandasi da neqeder uzucu de olsa Nefci komandasidir. Yeqinki Xezerli qardashlarim meni oz fikirlerime gore duzgun anlayarlar. Amma qalanlariyla raziyam. XEZERE cempionluq arzulariyla!!!!!!!!!!!!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz