Ana Səhifə» 2010»Dekabr»7 » Braziliyadan 2-ci məktub.
21:15
Braziliyadan 2-ci məktub.
Bir müddət əvvəl əlimizə təsadüfən
Braziliyadan gələn bir məktubun düşməsindən xəbərdarsız. Bu məktubu
Braziliyadan Flavinyonun Matilda adlı nənəsi göndərmişdi və məktubun üzərində
"Azərbaycanın ən çox azarkeşi olan klubun braziliyalı futbolçusuna” sözləri
yazıldığından, bizim ünvana çatmışdı. Bizim üçün də qaranlıq olan bu məktub
Portuqal dilinin Braziliya ləhcəsində yazılmışdı deyə onu yalnız buralarda bu
dili bilənTəkamül İbrət müəllimə tərcümə
etdirib, sizin də diqqətinizə çatdırmışdıq. Bu günlərdə ikinci belə bir məktubun
ünvanımıza daxil olması yenə həmin səbəbdən, məktubun üzərinə "Azərbaycanın
ən çox azarkeşi olan klubun braziliyalı futbolçusuna” sözləri yazıldığından,
Poçtampın əməkdaşlarının israrla: " bu sizə çatacaq” deyə yenə bizə təqdim
etmələrini təbii qarşılayıb, Təkamül müəllimi tərcümə üçün bir də əziyyətə
salmalı olduq. Təkamül müəllim məktubanəzər
salıb bizə qısa məlumat verdi ki, Matilda nənə bu dəfə daha geniş dairədə hərəkət
etmişdir. Məktubun tam mətnini təqdim
edirik:
Yaşasın
ənənələr... və ya "Flaqman”çınənələr.
Salam
əziz nəvəm Flavinyo!
İndi necəsən? Ayağının ağrıları
azalıbmı? İnan hər gecə yuxuma girirsən. Özü də o, zəhrimara qalmış ayağındakı
gipsli sarğı lap gözümə tikan kimi batır. Bircə sağalıb o, zəhrimara qalmış
gipsi ayağından açsaydılar mən də xeyli yüngülləşərdim. Düzünü de, indi
ağrımırsan ki? Ürəyimi bir tikə etmisən. Heç olmasa yanında olsaydım, bəlkə bir
az toxdayardım. Bilirsən ki, qoca arvadam, bu boyda yolu sənin yanına gəlmək mənim
üçün lap cəhənnəmə getmək kimi bir şeydir. Keçən məktuba cavabında mənə narahat
olmamağı tapşırırsan. Heç elə şeymi olar sən orda sarğıda yatasan, mən
canıyanmış burda rahat oturum?
Onsuz da rahat oturmuram, mən də
burda hərəkətdəyəm, sənə deyəcəyim çoxlu sözlər var. İndi mən deyim sən də
yavaş-yavaş oxu, qulaq as. Bilirəm, bütün ölkələrdə futbolçuları alıb-satma
vaxtına az qalıb. Eşitdiyimə görə sizin komandanıza da bir neçə futbolçu
lazımdı. Yəqin komandanızın keçən dəfə bura gələn işçiləri yenə gələcəklər. Nənə
sənə qurban, mənə hirslənmə, amma onların yolunu çox səbirsizliklə gözləyirəm.
Həm səndən xəbər tutaram, həm də bilirsən ki, onlardan çox xoşum gəlir. Di
yaxşı, bilirəm hirslənəcəksən.
Bayaq dedim ki, boş oturmuram.
Bilirsən, yavaş-yavaş internetdən istifadə eləməyi qonşumuz Mariya xalan mənə
öyrədir. Amma bu internet də yaman şeymiş ha... Di yaxşı, hirslənmə. Kim bunu
fikirləşib qoy Allah onun da nənəsini saxlasın. Mən də belə imkanlardan istifadə
etməyi öyrənirəm. Sizin özbəkistanlı, makedoniyalı bir də belçikalı
futbolçularınız vare, adlarını yadımda yaxşı saxlaya bilmirəm. Amma internet
vasitəsiylə onların nənələri ilə də tanış olmuşam, demək olar hər gün əlaqəmiz
var. Birinin adı Şəxrizod Nasimjanovadır, obirisi Katerina Georgievskayadir,
üçüncüsü isə Mpenzanın nənəsiBelladır.
Mən onlarla razılaşdım ki, hərəsi öz nəvəsinə tapşırsın ki, qəzetə-zada azərbaycanlıların
vəhşi olduğu haqda müsahibədən-zaddan versinlər ki, qoy dünya onları vəhşi kimi
tanısın, həm də sizin ayağınız zədələnməsin. Şəxrizod nənə ilə Katerina nənə
tez razılaşdılar. Amma Bella nənə bununla razılaşmadı. O dedi ki, Mənim nəvəm
futbolçudur. Futbolçunun da oyun zamanı əlinə-ayağına zərbə dəyə bilər, belə
şeylər normaldır. Həm də onu da dedi ki, nəvəm Emil buna heç vaxt razı olmaz.
Axı biz qaradərili olsaq da Avropada yaşayırıq, bu qitədə belə şeylər ayıb
sayılır. Mən ona deyəndə ki, nə olsun Makedoniya da Azərbaycan da Avropa ölkəsidir,
hətta Şəxrizod nənə də onlara qoşulub mənim bu fikrimlə razı oldu. Bunun
cavabında Bella nənə mənə nə desə yaxşıdı. O mənə ehtiyatla dedi ki, onlar əvvəllər
sovet rejimində yaşamış ölkələrin insanlarıdır, onlarda bundan da betər şeylər
də qəbahət sayılmayıb. İndidə bəzilərinin qanında hələ belə şeylər qalıb. Ona
görə də onlar səninlə razılaşıblar. Amma həm də dedi ki, sizə də (yəni bizi nəzərdə
tutur) belə şeyləri məsləhət görmürəm. Belə hərəkətlərə görə özünüzü nəki,
Avropada lap Dünyada da biabır edərsiz. Sözün düzü Bella nənənin belə deməyi məni
bir az həvəsdən salsa da Şəxrizod nənə ilə Katerina nənə yenidən məni ürəkləndirdilər.
Belə razılaşdıq ki, Bella nənə
razı olmur, olmasın Şəxrizod nənə də öz nəvəsinə, Katerina nənə də öz nəvəsinə
bu barədə məsləhətlərini versinlər. Sonra o vəhşi ölkənin Apasport.az saytında
04-12-2010 tarixində, o xarabanın saatı ilə 19:26-da gözümə belə bir xəbər dəydi:
"Təəssüf ki, hakimlər bu cür vəhşiliklərə göz yumurlar”.
Öz aramızdır onların vəhşilikləri
elə bəzi adlarından da görünür. Apasport.az nə deməkdir? Bizdə meşələrdə
sivilizasiyadan uzaq apaçiləryaşayır, yəqin
xatırlayırsan. "Apa” yəqin elə Apaçi sözündən götürülüb, sport da hər yerdə idman
kimi başa düşülür. Yəqin bu ad da "Azərbaycan Apaçilərinin İdmanı” mənasını
daşıyır. Axı onlar vəhşidirlər, yoxsa hər oyunda neçə dəfə sizin futbolçularla
az da olsa toqquşur və siz də zədələnirsiz.
Elə vəhşilik sözünü görəndə
bildim ki, bu nə məsələdir. Həvəslə oxumağa başladım, oxumağıma peşman oldum.
Biz Şəxrizod və Katerina nənə ilə razılaşmışdıq ki, nəvələri vəhşilik sözünü
işlətsinlər. Amma onlar görməmişlər kimi bir cümlədə 6-7 dəfə vəhşilik sözü işlədiblər.
İndi bildim ki, Bella nənə deyən sovetdənqalma fikri düz imiş. Allah atasını rəhmət
eləsin onun. Həm də sonra öyrəndim ki, onlara həm nənələri tərəfindən həm də öz
rəhbər işçiləri tərəfindən belə tapşırıq veriblər. Amma Bella nənə kimi nəvəsi
Emil də bununla razılaşmayıb. Hətta deyib ki, bir də məni belə şeylərə məcbur
etsəniz, müqaviləyə-zada baxmayıb, burdan gedəcəyəm. Qaldı o biri iki nəvəyə,
onlar da vəhşilik sözünü ona görə çox işlədiblər, inanmazsan...e... bir cümlədə,
6-7 dəfə. Həm də bütün komandaların onlara qarşı guya belə vəhşi olduğunu
deyiblər. İndi bilmirəm, o biri komandalar onlara vəhşi deyildiyinə görə bəyanat
yayacaqlar, ya yox? Bir az da buna görə narahatam.
Səndən bir şey soruşum, o apaçilərin
saytında Şəxrizod nənənin nəvəsi bir şey də deyib. Deyib ki, mən vurduğum
qollarla yalnız Azərbaycan futbolunun inkişafı üçün çalışıram. Yəqin o, sizin
klubdan maaş-zad almır, ancaq elə o, vəhşilərin inkişafı üçün çalışır. Gör
yazıq vəhşilər nə gündədirlər ki, Şəxrizodun nəvəsinin vurduğu 14 qol onların
inkişafına səbəb olub. Amma nahaq yerə, sən də çaşıb onun kimi inkişafa-zada
çox meyl eləmə. Oynayırsan, pulunu da al. Axmaq olma, əzilməyinlə əlaqədar
oynamadığın günlərin pulunu da al. Şəxrizod nənənin nəvəsinə çox da fikir vermə,
pul almır, özü bilər. Əslində imkan düşdükcə çox pul almağa çalış. Onsuz da vəhşilər
pulu neynirlər axı, versinlər sənin kimi gözəl göyçək nəvəmə. Sən də ordakı...
bilirsən də, nəyə xərclə. Amma bu barədə də çox bədxərc olma. Obiri nənələrin
dediyinə görə sizin pulunuzun çoxu deyəsən elə belə şeylərə xərclənir. Bu barədə
evə gələndə səninlə danışacağam. Düzünü deyim eşitdiklərim məni bir az hirsləndirib.
Bir də buralarda başqa söz-söhbətlər
də gəzir. Deyim sən də xəbər tut. Braziliya kimi futbol ölkəsi ordakılar qədər
futbolu bilmirlər, hə... hə. Burda danışılan söhbətlərdən bilinir ki, orda
sizin klub tərəfindən futbolun yeni növünü təklif etmək istəyirlər. Şəhərinizin
bəzi yerlərində "Kontaktsız avtoyuma” bildirişlərini, həm də sizin əzilmələriniz
haqda bəyanatları əsas götürüb "Kontaktsız Futbol” layihəsini hazırlayıb,
UEFA-ya göndərmək istəyirlər. Deyirlər əyər UEFA bu layihəni qəbul etməsə də
özlərində bunu tətbiq etmək fikirləri var. Hətta bir az da irəli gedib
"Kontaktsız Boks” növü layihəsi də hazırlayıblar. Deməli burda necə olacaq,
daha əvvəlki kimi boksçular bir-birlərinə zərbə endirməyəcəklər. Sadəcə
bir-birlərinə yumruqlarını göstərəcəklər. Kim rəqibinə yumruq göstərməyi daha
yaxşı bacarsa, o biri nokauta düşməlidir. Əyər düşməsə onda hakim istər-istəməz
barmaqları ilə 10-a qədər sayıb onu məğlub hesab edəcək. Bax oralarda doğurdan
da idmanın sürətlə inkişaf etməsinə belə töhfələr vermək istəyirlər. Həm də
bununla dünya idmanı da qazanmış olacaq, heç kim zədələnməyəcək. Demə ki, qoca
arvaddır, xərifləyir nə gəldi danışır yox, mən ancaq ordan gələn və burda
danışılan söhbətləri sənə çatdırıram. Bu həm də qonşumuz məşhur teleserial çəkən
Armando üçün də gözəl materiallardır. Onun dediyi kimi belə getsə bu, dünyanın ən
uzun teleserialı olacaq. Bununla da yaxşı pul qazanarıq. Di yaxşı salamat qal,
özünə yaxşı bax. Amma bircə oyunçu alqı-satqı dövrü başlasaydı və sizinkilər
bura gəlsəydi... Həm səndən xəbər tutardım, həm də... Dİ yaxşı, hirslənmə əziz
nəvəm üzündən öpürəm özünə yaxşı bax, yoxsa çox nigaranam.
Tərcümə
edən Təkamül İbrət.
Qeyd:
Matilda nənə nigarançılıqdan və tələskinlikdən məktubu yazıb ölkəmizə göndərdiyi vaxtda sevimli nəvəsi müalicəsini davam etdirmək
üçün vətəninə dönüb. Nəvə gedib, məktub gəlib. Nəvə evinə çatar çatmaz yəqin hay həşir salıb ki, ay nənə, məktubun
üzrərində ünvanı düz göstərməmisən...